Ortogenez

Ortogenez (yun. ortos – istiqamətlənmiş, genezis – doğuluş, doğulma) — istiqamətlənmiş təkamül haqqında metafizik nəzəriyyə. Bu nəzəriyyəyə görə, hər bir orqanizm qrupunun təkamülü müəyyən istiqamətdə gedir. Termini təklif etmiş Haake və Eimer hesab edirdilər ki, təkamülün istiqaməti xarici amillərin orqanizmə bilavasitə təsiriylə müəyyən edilir, lakin orqanizmin özunə xas olan daxili səbəblərdən asılı olaraq yalnız müəyyən istiqamətlərdə dəyişə bilər. Digər alimlər (Lull və b.) hesab edirlər ki, ortogenetik təkamülün istiqaməti bütövlükdə daxili amillərlə müəyyən edilir.

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.