Orta padşahlıq (Misir)
Orta padşahlıq ya Orta dövr Qədim Misirin (e.ə. təqr. 2050-e.ə. təqr.1750 bəzi mənbələrdə e.ə. 2137-1781) XI-XII bəzi mənbələrdə XI-XIII (Manefon) sülalələr dövrünü əhatə edir. Bu dövrdə Misir yenidən güclü mərkəzləşmiş dövlətə çevrildi. XII sülalə fironları Nubiya, Sinay y-a və Cənubi Fələstinin bir sıra vilayətlərini zəbt etdirlər. Bu zaman Suriya, Mesopotamiya, Punt və Nubiya ilə ticarət əlaqələri genişlənmiş, sənətkarlıq, ağac emalı və toxuculuq inkişaf etmişdir. Bu dövrdə ziddiyyətlər, üsyanlar mərkəzləşmiş firon hakimiyyətini zəiflədərək ayrı-ayrı nomların siyasi əhəmiyyətini artırmış olur. E.ə. 18 ci əsrin sonunda (e.ə. təqr. 1710-1580 ci illərdə) Misir heksosların istilasına məruz qalır. Heksoslar Misirdə 100 ildən artıq hökmranlıq etsələr də müstəqil dövlət yarada bilmədilər. E.ə. 17 ci əsrin sonunda Misirin XVII sülalə fironlarının başçısı Yaxmosun dövründə hiksosların ölkədən qovulmalarına başlanıldı.
|
Sülalə öncəsi dövr |
Tasi mədəniyyəti |
Badar mədəniyyəti |
Nakadi mədəniyyəti |
Amrat mədəniyyəti (I Nakad) Gerzey mədəniyyəti (II Nakad) |
Aşağı Misir |
Yuxarı Misir |
Sülalələr dövrü |
Erkən padşahlıq |
I sülalə • II sülalə |
Qədim padşahlıq |
III sülalə • IV sülalə V sülalə • VI sülalə |
Birinci aralıq dövr |
VII sülalə • VIII sülalə IX sülalə • X sülalə XI sülalə |
Orta padşahlıq |
XI sülalə • XII sülalə |
İkinci aralıq dövr |
XIII sülalə • XIV sülalə XV sülalə • XVI sülalə XVII sülalə |
Yeni padşahlıq |
XVIII sülalə XIX sülalə • XX sülalə |
Üçüncü aralıq dövr |
XXI sülalə XXII sülalə • XXIII sülalə XXIV sülalə • XXV sülalə XXVI sülalə |
Sonrakı dövr |
XXVIII sülalə XXIX sülalə • XXX sülalə |
Fars dövrü |
XXVII sülalə • XXXI sülalə |
Yunan-Roma dövrü |
Argeadlar • Ptolemeylər |
Ümumi məlumat
Bu dövrün başlanğıcı adətən XI sülalə zamanının ortalarına II Mentuhotepin hakimiyyəti illərinə təsadüf edir. Birinci aralıq zaman kəsiyində kiçik çarlıqlara parçalanmış Qədim Misir X sülalə sonu şimalda mərkəzi Herakleopol cənubda isə Teben hakimiyyəti formalaşmış olur.
E.ə. 2040 cı ildə Fivan monarxı II Mentuhotep Herakleopol fironunu devirərək insani və maddi nemətləri cəmləşdirərək ən qədim çarlıq dövründəki ümumi Misir irriqasiya sistemini bərpasına başlamış olur və bu prosses sonrakı XI xüsusən də XII sülalə dövründə davam etdirilir. Amenemhet – Senusert sülalələri dövründə (e.ə. 1991-1783), xüsusən də III Senusert dövründə ölkədə vəziyyətin sabitləşməsi və qüvvətlənməsi baş verir. Ölkənin hərbi və iqtisadi potensiyalı xeyli güclənmiş olur. Bu dövrdə çox zaman feodal münasibətlərinin höküm sürdüyü qeyd edilir. Misir tarixinin elə bir dövrü yoxdur ki, bu dövr qədər tarixi abidələrə rast gəlinsin.
Orta qədim dövr özlüyündə iki hissəyə bölünür.
- İlkin Orta qədim, II Senusertə qədərki mərkəzləşmə meyillərinin artığı dövr,
- Sonrakı Orta qədim III Senusertdən başlayaraq XIII sülaləyə qədərki güclü mərkəzləşmiş dövlət və intibah dövrü.
Elm, mədəniyyət[1]
Orta padşahlıq dövründə Misirdə elementar cəbri anlayışlar meydana gəldi, iki məchullu tənliklər həll edildi. Düzbucağın, üçbucağın və dairənin sahəsini, ehramların səthini və həcmini hesablaya bildilər. Meyitlərin balzamlanması, anatomiya və cərrahiyyənin inkişafına zəmin yaratdı. Misirlilər ürəyin funksiyasını öyrənmiş, qan düvranı qanununu kəşf etmiş, kəllənin trepanasiyasını həyata keçirmişlər. Mumiyalama, ətir. Dərman, rəng və s. Hazırlanması, şüşə və saxsı istehsalı kimyanın inkişafına səbəb oldu.
XI sülalə
Turin çar papiruslarında XI sülalənin yeddi çarı və bir də XI sülalənin sonunda "yeddi əbəs buraxılmış vaxt" qeyd edilir. XI sülalənin ümumi hökumranlıq müddəti 143 il göstərilmişdir.[2] Bunu nəzərə alaraq XI sülalənin e.ə. 1994 – 2137 ci illəri əhatə etməsini demək olar. Karnak çar siyahısında I Mentuhotepdən sonra II Mentuhotep deyil I Antef göstərilmişdir. XII sülalə çarları cənub Misirdə, IX-X sülalə çarları isə şimalda qərar tutmuş olmuş, aralarındakı çəkişmələr III Antefin oğlu II Mentuhotep Fivdə hakimiyyətə gəldikdən sonra daha da dərinləşərək onun hakimiyyətinin təxminən 39-cu ilində yuxarı və aşağı Misir hakimiyyətilərinin birləşdirilməsi ilə nəticələnir. Onun oğlu III Mentuhotep 3000 nəfərlik dəstəsi ilə Qırmızı dəniz sahillərinə bir ekspedisiya təşkil etmişdir. IV Mentuhotep hakimiyyəti görünür zəif olmuş, XII sülalənin yaradıcısı I Amenemhet tərəfindən e.ə. 1994 cü ildə devrilmişdir.
XII sülalə
I Amenemhet güman ki, Teben xalqının nümayəndəsi olmuşdur. Ana tərəfdən Elefantinalı hesab edilir. Onun əsasını qoymuş olduğu sülalə hakimiyyəti imperiyada ən qüdrətlisi sayılırdı. O, paytaxtı şimala köçürtmüşdür. Yeni idarə üsulu tətbiq edərək, sağlığında ikən vərəsəsi ilə hakimiyyəti birlikdə idarə etmişdir. I Amenemhetin oğlu I Senusert orta qədim dövrün ən möhtəbər çarlarından sayılırdı. Hələ atası ilə müştərək ölkəni idarə edərkən e.ə. 1975 ci ildə nubilərin üzərinə yürüş etmiş və bir sıra mühüm mövqeləri ələ keçirmişdir. Onun hökmranlığı dövründə ədəbiyyat və mədəniyyət özünün çiçəklənən dövrünü yaşamışdır. I Senusert mühüm məbədlərin tikintisinə və köhnəlmiş çiy kərpic tikililərin yeni daş tikililərlə əvəz olunmasına xüsusi fikir vermişdir.
I Senusertin oğlu II Amenemhet özünün Fələstin yürüşü ilə xatırlanmşdır. Onun xələfi II Senusert cəmi 8-9 il hökmranlıq etmişdir. Onun tikdirtmiş olduğu ehram El-Lahunda yerləşir. III Senusert Misirin ən böyük məna kəsb edən fironu sayılır. Herodot və Maneto öz səlnamələrində III Senusertin Asiyaya çoxsaylı yürüşlərindən bəhs etmişlər. O, hakimiyyəti əlində mıhkəm cəmləşdirərək, yerli hakimlərin səlahiyyətlərini xeyli azaltmışdır. XII sülalınin növbəti çarı III Amenemhet də ölkəni mıhkəm əllə idarə etmişdir. Onun xələfi IV Amenemhet və çariça Nofrusobek haqqında günümüzə bir o qədər də məlumat gəlib çatmamışdır. Orta qədim dövr tax-tac uğrunda gedən çəkişmələr, parçalanmalarla dolu İkinci aralıq zamanın başlaması ilə sona çatmış olur.
Mənbələr
- Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
- Azərbaycan Sovet EnsiklopediyasıVI cild, səh. 596-599, Bakı, 1982
- Gae Callender: The Middle Kingdom Renaissance (c.2055–1650 BC). In: Ian Shaw (Hrsg.): The Oxford History of Ancient Egypt. Oxford University Press, Oxford 2000, S.137–171, ISBN 978-0-19-280458-7
- Wolfram Grajetzki: The Middle Kingdom of Ancient Egypt. History, Archaeology and Society. Duckworth, London 2006, ISBN 0-7156-3435-6
İstinadlar
- Azərbaycan Sovet EnsiklopediyasıVI cild, səh. 597, Bakı,1982
- Jürgen von Beckerath: The Date of the End of the Old Kingdom of Egypt In: JNES 21. 1962, S. 146.