Orta Asiya memarlığı

Orta Asiya memarlığı - Orta Asiya ərazisi qərbdə Xəzər dənizi, cənubdan Kopet-dağ dağları və Hindquş dağ sistemi, şərqdən Pamir və Tyan-Şan massiv dağları, şimaldan isə Cənubi Sibir çölləri ilə əhatələnmişdir. Qədim dövrdə burada yaşamış xalqların taleləri, bir birləri ilə sıx bağlı idi. Buna görə də biz qədim Orta Asiya xalqlarının həyatını bir bütün şəklində öyrənirik. Halbuki onların hər birinin özünəməxsus tarixi və yalnız özlərinə aid olan ərazilərdə yayılmış mədəniyyətləri vardı. Mənbələrdən görünür ki, Orta Asiyada hələ paleolit dövründən yaşayış mövcud olmuşdur. Sinifli cəmiyyətin yarandığı dövrə qədərki mədəniyyətin araşdırılması zamanı bu dövrə aid, hələ yeni yaranmağa başlayan sənət nümunələri tapılmışdır. Özbəkistan ərazisində Neolit və tunc dövrünə məxsus olduğu ehtimal olunan qayaüstü rəsmlər tapılıb. Oxra ilə sxematik fiqurlar işlənib. Burada heyvanlar, ov səhnələri təsvir olunub.

Orta Asiya xəritəsi.

E.ə. VII-IV-cü əsrlərin inşaat xüsusiyyətləri haqqında ən yaxşı mənbələr Xarəzm ərazisində tapılmış nümunələrdir. Bu dövrün memarlıq nümunələri “divar ətəyində yaşayış şəhərciyi” adlanırdı. Onun səciyyəvi örnəkləri Qalalı-gir və Güzeligir idi. Bunlar Amu-Dərya çayının sahilində yerləşirdi. Qalalı-gir şəhərciyinin uzunluğu 900 m, eni 700 m olmuşdur. Divarlar möhkəm idi.İri, çiy kərpicdən hörülmüşdür. Divarın düzbucaqlı qüllələri və dörd darvazası var.İnsanların yaşayış evləri divarların künclərində yerləşirdi. Yaşayış evləri qalereyalar şəklində olurdu. O dövrdə iri buynuzlu heyvanlar əhalinin əsas gəlir mənbəyi olub. Şəhərin mərkəzi də ehtimal ki, heyvanların örüş yerləri kimi istifadə edildiyi üçün boş saxlanırdı. Bizim eranın I-III əsrlərində əvvəlki dövrdəki şəhər forması saxlanılıb. Bu dövrün memarlığı haqda məlumatlar əvvəlki dövrlərə nisbətən daha çoxdur. Nümunələr Xarəzm və Topraqqaladan tapılmışdır. Şəhər planda düzbucaqlı formada olub ölçüləri 500x350-dir. O, çiy kərpicdən hörülmüş möhkəm divarlarla əhatələnib. ətrafında çoxsaylı qüllələr var. Şəhərin şimalında ibadətgah və meydan yerləşirdi. Şimal-qərb hissədə şəhər hökmdarının sarayı olurdu. Saray hündür podium üzərində inşa olunurdu və onun ətrafında qeyri-simmetrik qurulmuş üç qüllə mövcud idi. Möhtəşəm ölçüləri, monumentallığı hesabına saray digər tikintilər üzərində üstünlük əldə etmişdi. Sarayın daxilindəki otaqlar da çiy kərpiclə hörülürdü. Saray paradnı hissəsi ilə bölünürdü. Bu hissədə müxtəlif otaqlar yerləşirdi. Onların hər birinin interiyeri zəngin heykəltəraşlıq və rəngkarlıq nümunələri ilə bəzədilirdi. Sarayın əsas zallarında divarların qarşısında kiçik heykəllər, relyeflər yerləşdirilib. Zallardan birində çarın heykəlləri yerləşdirilib. O, bu kompozisiyada ailə üzvlərinin əhatəsində təsvir olunub. Lakin belə fərziyyə də irəli sürülür ki, ətrafındakı insanlar onun ailə üzvləri yox allahlar olub. Digər zal hərbçilərin zalıdır. Bu zalın rekonstruksiyası memar Orlova aiddir. Sarayın interiyeri rəngarəng təsvir olunub. Divar boyakarlığının bir çox nümunələri olduğu kimi saxlana bilib. Sarayın daxili interiyerinin bədii tərtibatı onun bütün memarlığında olduğu kimi Xarəzm dövlətinin qüdrətini özündə əks etdirmək üçün gec və əzəməti təcəssüm etdirməli idi.Xarəzm memarları möhtəşəm memarlıq obrazı yaratmışlar: bu özündə memarlıq, rəngkarlıq və heykəltəraşlığı birləşdirən obraz adıçəkilən sahələrin sintezində yaranan problemləri aradan qaldırmağa kömək edirdi.

Qədim Nisa şəhərində mürəkkəb quruluşa malik saray kompleksi tapılıb. Burada tikinti işlərinin böyük hissəsi bizim eranın IV əsrində aparılıb. Hələlik binanın tam memarlıq üslubunu və formasını müəyyən etmək çətindir. planda kvadrat formalı zalın ölçüsü təxminən 20 m təşkil edir. Girişdə prespektivalı 3 arka yerləşdirilib. Zalın divarları 2 yarusa bölünüb. Aşağı yarus ağ ştukaturka ilə işlənib. Ehtimal olunur ki bu üsul Orta Asiyada erkən və daha sonrakı dövrlərdə tətbiq olunub.[mənbə göstərin]

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.