Orta Əsrlər fəlsəfəsi

Orta Əsrlər fəlsəfi fikri fəlsəfi etika və təfəkkür üslubu daha çox Qərbi Avropa ölkələrinə məxsusdur. Lakin bu o demək deyildir ki, Qərbi Avropa ölkələri xaricində azadfikirlilik və fəlsəfi düşüncə tərzi olmamışdır. Daha çox feodal cəmiyyətinə xasdır. Bu fəlsəfi sistemin yaranması dövrü Roma imperiyasının məhvə düçar olması və Avropada kapitalizm siyasi iqtisdi formasiyasına keçidlə üst-üstə düşürdü. Təxminən 10 əsrə qədər bir dövrü əhatə etmişdir. Antik dövr quldarlıq quruluşu məhvə düçar olduğu zaman bütün mədəni-maarif sahələrini də öz arxasınca çəkib apardı. Digər sahələrlə birlikdə fəlsəfəyə də böyük ziyan dəymiş oldu. Yeni yaranan din və onun gətirmiş olduğu mədəniyyət etikası yeni fəlsəfi rüşeymlərin cücərməsinə səbəb oldu. Belə ki, Qərbi Avropada kilsə ideyaları sözün əsl mənasında fəlsəfi düşüncə tərzini öz təsiri altına almışdı.

İngiltərədə, Çexiyada, Fransada yeni yaranan universitetlər XII əsrdən etibarən kilsə ehkamlarının fəlsəfi dillə izahına yardımçı rolunda çıxış edirdilər. Orta əsrlərdə Qərbi Avropada bir sıra filosoflar, o cümlədən Pyer Abelyar, İohann Skott Eriugena və s.ləri ilkin fəlsəfi düşüncənin mühim simaları idilər.

Avropada bu dövrdə Orta əsrlər realizminominalizm təlimləri xüsusi yer tuturdu. Nominalizmin ən böyük nümayəndəsi Okkam olmuşdur.

Orta əsrlər fəlsəfəsində sxolastikanın da özünəməxsus yeri vardır.

Ədəbiyyat

  • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116s.
  • Uill Dürant. Fəlsəfi hekayətlər: dünya fəlsəfəsinin ən görkəmli numyendeleri həyat və baxışları. Azərbaycan dilinə tərcümə edən - fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2006.
  • Gunnar Skirbekk, Nils Gilye. Fəlsəfə tarixi. Azərbaycan dilinə tərcümə edən - fəlsəfə elmləri doktioru Adil Əsədov. Bakı: Zəkioğlu, 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.