Orta əsrlər

Orta əsrlər (lat. medium aevum) — italyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər"(medium aevum) adlandırmışdılar. XV əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. XVII əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması(476), gah Konstantinin hakimiyəti dövrü(306–337), gah da ərəblərin Avropaya hücumu (VIII əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu(1453), bəziləri Amerikanın kəşfi(1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı(1517)ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, mövhumat və düşkünlük çağları kimi dəyərləndirirdilər. Lakin burjua tarixşünaslığının əksinə düşünənlər də var. Onlar orta çağları ideallaşdırmağa və modernləşdirməyə çalışırlar. Ən çox qəbul olunmuş nöqteyi nəzərlərdən biri odur ki: Orta Əsrlər — quldarlıq, yaxud ibtidai dövrləri əvəz edən feodal münasibətlərin yaranması, hökmranlığı və dağılması vaxtlarıdır. Orta Əsrlərin sonu, feodalizmdən kapitalizmə keçidlə səciyyələndirilir.

Feodalın torpağında işləyən kəndli

Xalqların böyük köçü

Xalqların böyük köçü (Barbar istilaları kimi də tanınır) — II əsrdə hun tayfaları tərəfindən Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300 ildən çox davam edən yürüş tarixdə "Xalqların böyük köçü" adı ilə formalaşmış və tarixdə mühüm iz qoymuşdur. Yürüşün son akkordları VII əsrdə slavyanyaların Elbada, xorvatlarserblərin müasir BosniyaDalmaçiyada məskunlaşması ilə nəticələnir.

Başlama tarixi miladdan sonra 375-ci ildir. Məkanı Europe-dur. [1]

Firəng dövləti

— 7-ci əsrin sonunda Merovinq Dövlətinin bütün vilayətlərində de-fakto hakimiyət majordomların əlində idi. Əvvəllər onlar kralın saray idarəsinə başçılıq edən vəzifəli şəxslər(majordomus -evin böyüyü(məsələn Səlcuqlular dövlətində bunun analoqu Atabəy idi) saray təsərrüfatını idarə edən) idilər. Hər cür gerçək hakimiyyətdən uzaqlaşdırılan Merovinqlər sülaləsi kralları majordomların iradəsindən asılı olaraq təyin olunur və taxtdan salınırdılar. Onlar müasirləri tərəfindən saymazyana, "ərincək krallar" ləqəbi almışdılar. 687 ildə frank əyanları içərisində uzunsürən mübarizədən sonra Avstraziya majordomu Heristallı Pipin bütün Frank dövlətinin majordomu oldu. Heristallı Pipinin nəsli olan Avstraziya majordomları birləşmiş Frank Dövlətinin hökmdarları olaraq yeni frank sülaləsinin başlanğıcını qoydular. 751 ildən sonra Frank Dövlətini kralları kimi idarə edən bu sülalə sonra Böyük Karlın adı ilə Karolinqlər sülaləsi adlanmağa başladı. Karolinqlərin hakimiyəti dövründə frank cəmiyyətində aqrar münasibətlərdə çevriliş baş verdi ki, bu da feodalizm quruluşunun, ümumi cəhətlərdə formalaşmasının başa çatması ilə nəticələndi. 8-ci əsrdə Frank dövlətində iki təbəqə yaranmışdı: birincisi -Qalliya -Roma və qədim alman mənşəli iri torpaq sahibləri. Onların çox hissəsi öz torpaqlarına(allod) şərtsiz sahib idilər. Buna görə də mərkəzi hakimiyətə qarşı çox vaxt əli silahlı qiyam edirdilər; ikincisi — bu və ya digər dərəcədə asılı olan kəndlilər. Onların torpaq mülkiyəti yox idi. Bu asılı adamların mühüm hissəsi Qalliya-Roma qulları, kolonları, köləlikdən qurtulmuşlar, qədim alman qulları və litlərinin nəsilləri idi. Bu kateqoriyalar arasında fərqlər getdikcə daha çox silinirdi. 8–9-cu əsrin əvvəllərinin aqrar çevrilişi əsnasında, məhz bu aralıq təbəqələrin silinib aradan qalxması hesabına feodalizm cəmiyətinin əsas sinifləri, o cümlədən asılı kəndlilər sinfi yarandı. Məhz bu ictimai-iqtisadi dəyişikliklər Heristallı Pipinin varisi — majordom Karl Martellin siyasətini müəyyən etdi.

715 ildən 741-ci ilədək hakimiyətdə olan Karl Martell("Toxmaq") daxili ixtişaşları yatırmaqdan başladı. Karl ona qarşı üsyana qalxmış Neystriya feodallarını, sonra isə AkvitaniyaProvans hersoqlarını əzib Reynin o tayındakı itaətdən çıxmış qədim alman tayfalarına- saksonlara, frizlərə, allemanlara, bavarlara qarşı hücuma keçdi və onları yenidən bac verməyə məcbur etdi. Karl Martell 732-ci ildə Puatye döyüşü (732) yaxınlığında, həlledici vuruşmada, ərəbləri məğlub etdi; ərəblər 8-ci əsrin əvvəlində İspaniyanı işğal edib 720-ci ildə Cənubi Qalliyaya soxulmuş, Frank dövləti üçün təhlükə yaratmışdılar. Frankların Puatye döyüşündəki qələbəsi, ərəblərin Avropada irəliləməsinin qarşısını aldı. Ərəblərin əlində, indi ancaq Cənubi Qalliyanın kiçik bir hissəsi -Narbonn ilə Septimaniya qaldı.

Ərəb xilafəti

Xilafət (ərəb. خلافة xilāfə; ing. Caliphate) və ya Xəlifəlikİslam dinində siyasi və hüquqi idarə üsulu[2]. Xilafətə başçılıq edən şəxs xəlifə adlanır. Məhəmməd peyğəmbərin vəfatından XIII əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu kimi işlənmiş, daha sonralar isə bir sıra müsəlman dövlətlərində siyasi ideologiya mənasını daşımışdır.Həmçinin quldarlıq yaşanmamışdı.

VIII əsrSasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur. 637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yezdəgirdin hakimiyyətinin səkkizinci ilinə (639–640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639–640-cı ildə vətəninə qayıdır. Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639–640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən "fütuhat" haqqında xüsusi kitab yazmış IX əsr ərəb tarixçisi əl-Bəlazuri Azərbaycanın hicri tarixi ilə 18 (639)-ci ildə Huzeyfə ibn əl-Yəmənin başçılığı ilə sülh yolu ilə alındığı barədə məlumat verir. VIII əsrin əvvəllərində Ərəb xilafəti özünün ən qüdrətli dövrünü keçirirdi. Onun əsas rəqiblərindən olan Bizans mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar Qafqazdakı mövqelərini əldən vermişdi. Yeni şəraitdə Azərbaycan kimi mühüm strateji bazada möhkəmlənmək üçün ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə salan xəzərlər üzərində qələbə lazım idi. Bu işdə xəlifə Əbdülməlikin 693-cü ildən Azərbaycan, Ərminiyə və əl-Cəzirənin canişini təyin etdiyi qardaşı Məhəmməd ibn Mərvan xüsusi fəaliyyət göstərdi. Onun VIII əsrin əvvəllərində, tabeliyində olan Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu ərazidə mövqeyini daha da möhkəmlətdi, xəzərlərə qarşı yürüşə çıxmaq imkanı yaratdı. 707–708-ci ildə Məhəmməd ibn Mərvanın qardaşı oğlu, o zaman hakimiyyət başında olan xəlifə I Validin (705–715) qardaşı Məsləmə ibn Əbdülməlik Bizansda apardığı müvəffəqiyyətli döyüşlərdən sonra Dərbəndi ələ keçirmiş xəzərlərin üzərinə göndərildi. Azərbaycanın boyun əyməyən bütün qala və şəhərlərini ələ keçirən Məsləmə Dərbəndə çatdı. Lakin alınmaz divarlar şəhəri tutmağa mane oldu. Xəzərlərə qarşı uğursuzluqla başa çatan yeni yürüş iki il sonra baş verdi. Elə həmin il Məhəmməd ibn Mərvanın yerinə Xilafətin şimal vilayətlərinin canişini təyin edilən Məsləmə, eyni zamanda Bizansa qarşı mübarizəni təşkil etməyi lazım bildi. Çünki, məhz Bizans ərəblər əleyhinə mübarizədə xəzərlərin müttəfiqi idi. Nəhayət, 714-cü ildə, gərgin mübarizədən sonra Məsləmə Dərbəndi tuta bildi. Onun qoşunları şəhəri talan edərək, Xəzər xaqanlığının ərazisinə soxuldular, lakin xəzərlərin təzyiqi altında geri çəkilməli oldular. Moisey Kalankatlının məlumatına görə, ərəb hərbi qüvvələrinin geriyə hərəkətini alban batriki Aranşahik Vaçaqanın başçılıq etdiyi yerli qoşun dəstəsi himayə etdi. Məhz bu dəstənin köməyi ilə xəzərlər basıldı. [3]

Azərbaycanda xilafətə qarşı Xürrəmilər üsyanı da baş verir. Xürrəmi sözü "şad", "xürrəm" deməkdir.

Feodalizm

Feodalizm (lat. feudum- Len, İqta- feodal torpaq mülkiyyəti) 18 əsrin əvvəllərindən başlayaraq tarixşünaslıq "feodalizm" terminindən geniş istifadə etsə də, bu anlayışı vahid elmi tərifini verə bilməmişdi. Tarixçilər daha çox onun ikinci dərəcəli, başlıca olaraq, siyasi və hüquqi əlamətlərinə görə tərif verirdilər. Bir qrup tarixçi siyasi pərakəndəliyi, dərəbəyliyi, başqaları feodal nərdivanı, üçüncü qrup isə siyasi hakimiyətin torpaq sahibliyi ilə birləşməsini, bəziləri isə şəxsi əlaqələrin hökmranlığını və sairəni onun başlıca əlaməti hesab edirdi. Ş. Monteskyö feodalizmin əsas şərti kimi şərti torpaq mülkiyyətini, feodlar sistemini və onun əsasında artan hərbi-len iyerarxiyasını hesab edirdi. [İstinada ehtiyac var] Lakin çağdaş tarix elmi həm də feodalizmin mahiyətini, ikinci dərəcəli, subyektiv, təsadüfi əlamətlərdə deyil, onun obyektiv, mahiyyətinə xas olan və təkrar olunaraq, sistemli səciyə daşıyan əlamətlərinə görə fərqləndirirdi. Məhz istehsal münasibətləri bütövlükdə feodalizm ictimai-iqtisadi formasiyası üçün xas olan siyasi və ictimai xüsusiyyətləri müəyyən edir. Feodalizm quruluşunu bir tərəfdən quldarlıq, digər tərəfdən isə kapitalizmdən fərqləndirən başqa mühüm xüsusiyyət iri torpaq mülkiyətinin bilavasitə istehsalçıların -kəndililərin xırda fərdi təsərrüfatları ilə əlaqədar olması idi. Feodallar öz torpaqlarının çox hissəsini istifadə üçün kəndlilərə paylayırdılar. Kəndlilər feodalizm cəmiyyətində çox nadir hallarda becərdikləri torpaqların mülkiyətçisi olurdular. Onlar torpaqları bu və ya digər şərtlə istifadə edirdilər. Kəndlilər bu torpaqlardan bəzən irsən istifadə etmək hüququna malik idilər. Həmin torpaqlarda kəndlilər öz xırda təsərrüfatlarını müstəqil idarə edirdilər. Sinifli cəmiyətlərdə istehsalçıların iqtisadi maraqlandırılması hesabına istismar olunması üsulu ilk dəfə feodalizm ictimai-iqtisadi formasiyasında baş verib. Quldarlıqdan fərqli olaraq feodalizmdə istehsalçılar bilavasitə zorla istismar olunmurdular, dolayısı ilə, torpaqdan istifadənin müqabilində müəyyən qədər məhsuldan özlərinə saxlamaq şərti ilə həvəsləndirilirdilər. Bu sinifli cəmiyətdə istehsalçının istismarının təkamülü idi. Sonraki kapitalizm quruluşunda istehsalçının həvəsləndirilməsi, bazar və pul münasibətlərinin inkişaf etməsi nəticəsində, natural deyil, pul ilə həyata keçirilməyə başladı, yəni onlar muzdlu oldu. [İstinada ehtiyac var]

Feodal nərdivanı

Feodal nərdivanıfeodal torpaq münasibətlərinin təzahürü olan feodalların iyerarxiyası. Feodalizmin strukturu torpaq mülkiyyəti münasibətləri ilə və bununla bağlı olan siyasi hakimiyyətlə müəyyən olunurdu. Artıq qurulmuş feodalizm mərhələsində bu münasibətlər feodal iyerarxiya formasında təzahür edirdi. Feodal nərdivanın başında ali süveren və dövlətin nominal başçısı — kral (şah, xaqan) dururdu. Öz domenindən başqa, onun bütün ölkə ərazisində bəzi ali hüquqları da vardı (hərbi komandanlıq, məhkəmə bannı və başqa). İkinci pillədə iri feodallar dururdu — kralın bilavasitə vassalları — arxiyepiskoplar, yepiskoplar, hersoqlar, qraflar(xan,knyaz) və b. Onlar öz mülklərində məhkəmə-inzibati, pul kəsmək, vergi və xərac yığmaq kimi ali dövlət hökmünə malik idilər. Üçüncü pillədə-kral vassallarının vassalları dururdu — baronlar(bəy, məlik)-onların iri mülkləri vardı və onlar orada faktiki muxtar idilər. Ən sonuncu pilləni cəngavərlər tuturdu. Birqalxanlı cəngavərlərin vassalları olmurdu, onların ancaq, artıq feodal nərdivanından kənarda qalan, asılı kəndliləri vardı. Hər bir feodal özündən yuxarıda duran feodalın vassalı və öz növbəsində daha aşağıda duranın süzereni idi. Ancaq kral öz ölkəsində heç kimin vassalı deyildi(o ancaq başqa kralın və ya papanın vassalı ola bilərdi).

Vassal asılılığın əsasını şərti torpaq mülkiyyəti təşkil edirdi(benefisiy, feod,len-(alman.)., fyef-frans., iqta-ərəb.) Adətən bu torpaq idi, bəzən müəyyən feodal gəlir qaynaqları -renta və başqa gəlir qaynağından istifadəyə icazə verən vəzifə. Feoda formal olaraq senyorun-süzerenin ali mülkiyəti altında qalırdı, ama bilavasitə o, rentanı bütövlükdə və ya onun əhəmiyyətli hissəsini alan, vassalın hökmündə idi. Senyor vassalın ancaq adətlə müəyyən olunmuş hərbi xidmətindən istifadə edirdi və bəzən ondan pul ödənişi-relyef alırdı. Vassalın mütləq hərbi xidməti 40 gündən artıq deyildi. Vassalın öz öhdəçiliyini yerinə yetirməməsi lenin itirilməsinə gətirirdi. Vassal hərbi müqavimət göstərə və öz torpağını müdafiə edə bilərdi (onun buna demək olar ki, tamamilə hüququ çatırdı). 9–11-ci əsrlərdə benefisilər irsi oldu və vassalı torpaqdan məhrum etmək daha da çətinləşdi.

Feodal adətə görə senyorun vassalın hökmünə feodun verilməsi(investitura-lat.)təntənəli, bir çox vassalın təmsil olunduğu şəraitdə baş verirdi. Vassal senyorun qarşısında bir dizi üstünə çökürdü və "onun adamı" olmasını elan edirdi. Və öz əlini senyorun əlinə qoyaraq ona sədaqət andı içirdi. Bu və ya digər tərəfin vassal süveren münasibətlərini pozması münasibətlərin qırılmasına səbəb olurdu. Özüdə əgər bu ağanın günahı idisə, vassal feodu özündə saxlayaraq öz ağasını tərk etmək hüququna malik idi.

Səlcuqlular

Səlcuqlar və ya Səlcuqoğulları – 1038-ci ildən 1157-ci ilədək mövcud olmuş nəhəng Türk müsəlman Sultanlığını (İmperiyasını) qurmuş Oğuz – Türk sülaləsi.

Səlcuq immperatorluğu XI əsrin ortalarında Mərkəzi Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən tutmuş Fars körfəzinə qədər olan ərazilərdə yaranmışdır.Səlcuq türkləri Oğuz türklərinin Qınıq tayfasına mənsub olmuşlar.Bu tayfa adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür.

Səlcuqlar Qəznəlilər tərəfindən sıxışdırıldıqdan sonra qərbə doğru axışdılar.Azərbaycanİran torpaqların keçib Bizans torpaqlarına hücum etdilər.Daha sonra Van gölü hövzəsi,Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar.

Səlcuq türkləri Qınıq boyuna mənsubdur. Tarixçi Fəzlullah Rəşidəddinin "Cami ət-təvarix" əsərində Oğuz boylarının siyasi və ictimai mövqelərinə aid tərtib edilmiş cədvəldə qınaqlar sonuncu yerdə göstərilmişdir. Sülalənin əsasını qoyan Səlcuqun atası "dəmir yaylı" ləqəbi daşıyan "Dukak" olmuşdur. Dukak və oğlu Səlcuq oğuzlar arasında tanınmış şəxsiyyətlərdən idi.

Səlcuq hökmdarı olan Səlcuqun adı tələffüz baxımından münaqişələrə səbəb olmuşdur. J. Marquart adın bu cür deyilişini düzgün hesab etmiş və adın bu cür düzgün olduğunu XIII əsr tarixçisinin əsərini göstərməklə sübut etmişdir. Mahmud Kaşğari də Səlcuq şəklinin ən düzgün tələffüz hesab edərək, sonrakı türk mənbələrində də bunu açıqlamışdır. Daha sonra bu məsələ ilə maraqlanan L. Rasonyi XII əsr ərəb yazıçısı əl-Əzimi və farsca "Enesi-il-külüb" əsərinin müəllifi olan Qədi Burxan Ənəvini mənbə kimi göstərərək adın Səlcüq olmasını tələb etmişdir.

Səlcuq adının "kiçik sel" mənasını verdiyini irəli sürən Rasonyiyə görə, Səlcuq Orta Asiyada Sel-dağ yaxınlığında dünyaya gəlmiş və adını da bu dağdan götürmüşdür. Digər tərəfdən P. Pelliot bu adın, türk dilində "mübarizəçi" mənasını verdiyini yazır.

Səlcuq bəy atasının ölümündən sonra, ona tabe olan tayfaların hərbi siyasi birliyini yaradıb Sırdərya sahilindən Cənd şəhərinə gəldi. Şəhərdə əsasən müsəlmanlar yaşayırdılar. Səlcuqların Cəndə gəlmələri X əsrə ehtimal olunur. Bu hərbi-siyasi ittifaqa daxil olan oğuzlar səlcuqlar adlandılar, lakin oğuz yaqbusu şah Məlik səlcuqları Cənd şəhərindən çıxardı. Səlcuqların böyük bir hissəsi Zərəfşan vadisinə, Nuratin dağlarına çəkildi və bu yerdə məskunlaşdılar.[16] Səlcuq bəy yaqbunun onu öldürəcəyindən qorxaraq qəbiləsi, yaxın adamları ilə Yengikənd bölgəsindən ayrılaraq, ölkələrin birləşdiyi Cənd şəhərinə gəldi. Səlcuq bəy bu köçün yer darlığı və otlaq kifayətsizliyi olduğunu bildirdi.

Səlcuqların ilk illərində, bu dövrdə ikisi türk olmaqla üç müsəlman dövləti mövcud idi. Bunlardan ilki şərq sərhədlərində Türk dövləti olan Qaraxanlılar idi. Digər türk dövləti isə indiki Əfqanıstan torpaqlarını əhatəyə almış Qəznəvilər idi. Qəznəvilər daha sonra, sərhədlərini genişləndirərək Şimali Hindistanı və Xorasanı ələ keçirdi. Mavəraünnəhr və Xorasanı əhatələyən üçüncü böyük dövlət Samanilər idi.

Səlib yürüşləri

Səlib yürüşləri və ya xaç yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبي,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI–XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı.

Birinci səlib yürüşü - Birinci səlib yürüşü Qərbi Avropa ölkələrinin Yaxın Şərqə-Qüdsü və Fələstini ələ keçirmək məqsədilə hücum etdiyi Səlib yürüşlərinin bir hissəsidir. Bu yürüş səlib yürüşlərindən birincisi olmasa belə, elmi ədəbiyyatda Birinci səlib yürüşü adını almışdır. Çünki, səlib yürüşlərinin ilki olan İlk Səlib yürüşündə hakim feodallar deyil, qara camaat aparıcı qüvvə idi. 3 il çəkən müharibələrin sonunda xristianlar Qüdsü və bir sıra digər əraziləri ələ keçirərək, burada dörd feodal dövlət qurdular. Müharibənin gedişi İznikin, Antalyanın və sonda Qüdsün alınmasıyla nəticələndi.

Moğol istilası

Çingiz xanın başçılığı ilə monqolların silsilə istilaları nəzərdə tutulur. Bu istilalar çox qanlı olmuş və monqolların Asiyada hegemoniya qurmasına vəsilə olmuşdur.

Yüzillik müharibə

Yüzillik müharibə (1337–1453) — İngiltərəFransa arasında yüz ildən artıq (fasilələrlə) davam etmiş müharibə. Əslində 116 il davam etmişdir. Müharibə İngiltərə üstünlüyü ilə başlasa və uzun müddət belə davam etsə də, sonda Fransa qalibiyyətiylə sonlanmışdır

Reformasiya

Reformasiya (lat. reformatio) — XV–XVI əsrlərdə Katolik kilsəsi qarşı başlanan dini etirazlar.[4]

Rekonkista

RekonkistaPireney yarımadasında yaşayan müsəlmanların xristianlar tərəfindən sıxışdırılar çıxarılmasına səbəb olmuş, dini məzmunlu hərəkat. Rekonkista hərəkatı Qranada əmirliyinin 1492-ci ildə dağılması nəticəsində uğurla başa çatmışdır.Ərəblər ilk dəfə olaraq Pireney yarımadasına 711-ci ildə Tariq bin Ziyadın başçılığı altında gəlmişdilər. Ərəblərin İspaniyada ağalığı 781 il davam etmişdir. Bu dövr ərzində müsəlmanlar xristianlarla və yəhudilərlə çox tərəfli münasibətlər qurmuşdular. Ərəblər təkcə dövlətçilik sahəsində deyil, eyni zamanda mədəniyyət sahəsində də böyük işlər görmüşdür. Qranada şəhərində yerləşən və Qranada əmirliyinin hakimiyyəti dövründə inşa olunmuş Əlhambra sarayı, müsəlmanlar tərəfindən tikilmişdir. İspaniyada yaşayan xristinların müsəlmanlara olan münasibəti IX əsrdən etibarən dəyişməyə başladı. 718-ci ildə Şimali İspaniyada dağlarda yerləşən mağaralarda rekonkista hərəkatı üçün döyüşçülər hazırlanırdı. Rekonkista hərəkatının ilk dövrü 718–1085-ci illəri, ikinci dövrü isə 1085–1238-ci illəri əhatə edir.

1238-ci ildən 1492-ci ilə qədər davam etmiş, üçüncü mərhələ isə Qranada əmirliyinin dağılması ilə nəticələnmişdir. 1492-ci ildə İspaniyada ərəblərin hakimiyyətinə son qoyulmasından sonra, yəhudilərin deportasiya edilməsinə başlanıldı. 1610-cu ilə qədər müsəlmanlar və yəhudilərin hamısı İspaniyadan qovuldu. İspaniyada güclü katolik — xristian dövləti yaradıldı. İspaniyadan qovulan və əndəlüs qaçqınları adlanan toplumu yalnız Osmanlı imperiyası qəbul etmişdi. 1492-ci ilin 2 yanvar tarixində sonuncu Qranada əmiri XII Məhəmməd əbu Abdullahın təslim olması ilə rekonkista hərəkatı yekunlaşdı. 1508-ci ildə xristianlar tərəfindən qəbul olunan qərara əsasən, müsəlmanlar öz dini geyimlərini 6 il müddətində tərk etməli, əvəzində isə xristian geyimləri geyinməli idilər.

XVI əsr boyu müsəlmanlar arasında xristianlıq təbliğatı aparılmışdır. Xristianlığı qəbul edən müsəlmanlar vəzifələrə təyin olunur və onlara torpaq sahələri verilirdi. Təkcə XVI əsrdə üç milyon müsəlman sürgün və ölümlə üzləşmişdir. Xristianlar tərəfindən aparılan əsas təbliğatın biridə, müsəlanmlar tərəfindən tikilmiş tikililərin dağıdılması və ya fəaliyyət sahələrinin dəyişdirilməsindən ibarət idi. Bu yolla onlarla məscid və kitabxana dağıdılaraq yandırılmışdır. Hal-hazırda mövcud olan tarixi tikililərdən yalnız Kardoba şəhərində yerləşən və bu gün kafedral kimi istifadə olunan Kardoba Ulu Məscidi və Əl-Kəsər sarayını və Qranada şəhərində yerləşən və Qranada əmirlərinin mərkəz sarayı olmuş Əlhambra sarayını misal göstərmək olar.

Coğrafi kəşflər

Coğrafi kəşflər — XV–XVI əsrlərdə Avropalılar tərəfindən yeni ticarət yollarının axtarılması məqsədi ilə başladılan və yeni okeanların, qitələrin kəşf edilməsi ilə nəticələnmiş kəşflərə verilən ad. Avropada olan səyyah və dənizçilərdə olan böyük maraq coğrafi kəşflərin başlanmasına böyük təkan vermişdir. Digər tərəfdən orta əsrlərdə Avropada iqtisadi vəziyyətin gərgin olması, insanların yeni zəngin torpaqlar axtarması həvəsini daha da sürətləndirirdi. İlk coğrafi kəşflər Atlantik okeanıAfrika sahillərindən, fransız və cenoalı gəmiçilər tərəfindən başladılmışdır. Kanar adalarıAzor adalarının kəşf edilməsi, bu səyahətlər nəticəsində mümkün olmuşdur.

Osmanlı imperiyası

Osmanlı İmperiyası[5] (Osmanlıca: دولت عالیه عثمانیه, Devlet-i Âliyye-i Osmaniyye[6]) — çoxmillətli və çoxdinli Türk dövləti. 1922-ci ildə səltənətin qaldırılması ve monarxiyadan respublikaya keçidin rəsmiləşməsindən sonra Türkiyə dövlətinin tarixində Osmanlı dönəmi bitmiş, dövlət mövcudiyyətinə cümhuriyyət olaraq davam etmişdir.

Ərazisi: 1.800.000 km² idi.

Avtokratik mütləq monarxiya formasında idarə olunurdu. Sünni İslamın əlamətlərini daşıyırdı. İmperiya son dövrlərində Konstitusiyalı monarxiya kimi fəaliyyət göstərmişdir.

Mənbələr

  • История Средних Веков Москва Просвещение 1986
  • Orta Əsrlər Tarixi "Maarif" Nəşriyatı Bakı-1988

İstinadlar

  1. "Migration Period". Wikipedia. 2023-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  2. Martin, R. C. Encyclopedia of Islam and the Muslim World. Thomson Gale. 2003. ISBN 0028659120, 9780028659121.
  3. "Azərbaycan Ərəb xilafətinin tərkibində". Vikipediya. 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  4. "Reformasiya hərəkatı". Uşaq Bilik Portalı. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  5. İmperiyanın digər adları: "Âl-i Osman"; "Devlet-i Âliye", "Devlet-i Ebed-Müddet", "Memâlik-i Mahrûse" veya "Memâlik-i Mahrûse-i Osmanî" Mənbə: Prf. Salih Özbaran: Bir başka Osmanlı kimliği Rumilik Arxivləşdirilib 2013-02-24 at the Wayback Machine
  6. "Üzerinde Arapça yazı bulunan bir Osmanlı parası". 2017-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-29.

Həmçinin bax

Son orta əsrlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.