Orqanellər
Orqanellər (lat. organella, q.yun. organon — alət, orqan) hüceyrə daxilində bir sıra funksiyaları yetirən quruluşlar. Orqanellər adətən lipid membran vasitəsilə bir-birindən və sitoplazmadan ayrılaraq, hüceyrə daxilində fəaliyyət vahidi əmələ gətirirlər. Orqanel termini bu quruluşların hüceyrədəki rolunun orqanların bədəndəki roluna oxşadığına işarə edir, hərfi mənada "orqancıq" mənasına gəlir.
Orqanellər hüceyrədə dayaq, hərəki və yığılan, həssas, yaxud reseptor, hücum və mühafizə, həzm, ekskresiya, sekresiya və s. kimi fəaliyyətlər göstərə bilirlər. Orqanellərə əsasən eukariot hüceyrələrdə rastlansa da, prokariot hüceyrələrdə də funksional olaraq xüsusiləşmiş mikrobölmələr olur[1].
İstinadlar
- Kerfeld, Cheryl A., et al. "Protein structures forming the shell of primitive bacterial organelles." Science 309.5736 (2005): 936-938.
Vikianbarda Orqanellər ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.