Oral seks
Oral seks (lat. os, oris — ağız sözündəndir) — partnyorun cinsi orqanına dodaqlar, dişlər, dil, yanağın içi, boğaz, bütün ağız və bütövlükdə ağız boşluğu və ya bu bədən hissələrinin birləşməsi ilə stimulyasiya etməklə cinsi oyanma və/yaxud həzzin əldə edildiyi cinsi əlaqə. Erogen zonaların stimulyasiyası öpüşmə, yalama, dil ilə masaj hərəkətləri, zərif dişləmə, əmmə (ağız və dodaqların qarşılıqlı hərəkətləri) şəklində olur. Oral seks, insanlardan başqa, digər primatlarda, eləcə də yarasalarda mövcuddur.
Gigiyenik və tibbi aspektləri
Yoluxucu xəstəliklərin ötürülməsinin qarşısını almaq üçün oral seks zamanı prezervativlərdən (kişilər üçün) və lateks lentlərdən (qadınlar üçün) istifadə edilməlidir ki, bu, oral cinsi əlaqə zamanı, həmçinin vaginal cinsi əlaqə zamanı mümkündür. Bununla belə, iki səbəbə görə həkimlərin tövsiyələrinə nadir hallarda əməl olunur: hətta nazik prezervativ belə həssaslığı azaldır və xoşagəlməz "rezin" dad cinsi əhval-ruhiyyəni aşağı salır.
Oral seks ağız boşluğunda və yuxarı tənəffüs yollarında (kəskin respirator virus infeksiyaları, tonzillit, skarlatina, tonzillit, faringit və s.) hər hansı iltihabi proseslər üçün təhlükəlidir, çünki infeksiya partnyorun cinsiyyət orqanlarına yayılaraq, iltihablı təsirlər yarada bilər. Bu cür infeksiyalar çox vaxt xarakterik olmayan klinik mənzərəyə (diaqnozun qoyulmasını çətinləşdirir) və ya bəzi cinsi yolla keçən infeksiyalara oxşar simptomlara malikdir.
Oral seks təcrübəsi nəticəsində bakteriya, virus və göbələklərin yaratdığı yoluxucu xəstəliklər keçə bilər. Ağız mikroorqanizmləri (həm normal şəraitdə, həm də xəstəliklərdə, məsələn, kariyesdə) də ağız boşluğunun iltihabına və cinsiyyət orqanlarının mikroflorasının pozulmasına səbəb ola bilər. Oral seks zamanı ötürülə bilən xəstəliklərə, xüsusən:
Dinlərdə oral seks
Oral seks həmişə İbrahimi dinlərdə mübahisəli mövzulardan biri olmuşdur.
İslam
Məzhəblər arasında müxtəlif fikir ayrılıqları mövcud olsa da, üstünlük təşkil edən fikir budur ki, bunun heç bir zərəri yoxdur və ər-arvad cinsi əlaqədə sərbəst olmalıdırlar. Hənəfi məzhəbinə görə cütlüklərin bir-birindən faydalanması normal haldır. Ona görə də onların bir-birinin cinsi orqanına toxunması təbiidir. Lakin bəzi Hənəfi alimlərinin fikrincə, kişinin cinsiyyət üzvünü qadının ağzına soxması məkruh sayılır. Din alimləri bu təfsiri edərkən ağızın İslamın müqəddəs kitabı Quranı oxumaq üçün nəzərdə tutulduğunu, kişinin cinsiyyət orqanının ora daxil olmasının heç də xoşagələn bir hal olmadığı fikrini irəli sürürlər. Quranda oral sekslə bağlı heç bir ifadə olmadığı halda, məzhəblər bu mövzuda hədis və sünnələr işığında hökm verirlər. Şafii məzhəbi isə hənəfi məzhəbi ilə müqayisədə oral seksin daha geniş şərhini vermiş və bunun heç bir eybi olmadığını bildirmişdir. Anal yaxınlıqdan başqa hər cür cinsi əlaqə caizdir.
Xristianlıq
Katoliklər üçün oral seks xoşagəlməz bir hərəkətdir. Təbiətə zidd olduğu üçün qınanır. Digər xristian məzhəbləri bu mövzuda aydın bir fikir irəli sürməmiş, fərdləri öz vicdanlarına buraxmışdırlar. Oral seksin tamamilə normal olduğunu və əgər ər-arvad qarşılıqlı surətdə razılaşma yolunu seçərlərsə, Müqəddəs Kitabın bunu qadağan etmədiyini bildirirlər. Reformasiya tərəfdarları homoseksuallıq baxımından oral seksi haram hesab edir, cütlüklər arasında olan azadlığı xüsusi ilə vurğulayırlar.
Yəhudilik
Yəhudiliyə görə toxumu, yəni spermanı israf etmək qadağandır. Seks yalnız reproduktiv, yəni nəsil artırmaq məqsədləri üçündür.