Oqtay Mirqasımov
Oqtay Mirəsədulla oğlu Mirqasımov (12 iyun 1943, Bakı) — Azərbaycan kinorejissoru,[1] ssenarist, Azərbaycan Respublikasının xalq artisti (2000),[2] "Şərəf" ordenli (2018).[3] "İstiqlal" ordenli (2023).
Oqtay Mirqasımov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Nailə Mirqasımova |
Uşağı | Ayan Mirqasımova |
Atası | Mirəsədulla Mirqasımov |
Fəaliyyəti |
rejissor ssenarist prodüser |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0591926 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır.[4] Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[5] 7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.[3] 2 avqust 2018-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.[6]
12 iyun 2023-cü ildə "İstiqlal" ordeni ilə təltif edilib.[7]
- AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun oğludur.
- Xalq rəssamı, heykəltaraş Mirələsgər Mirqasımovun qardaşıdır.
- AMEA-nını müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rüfət Mir-Qasımovun qardaşıdır.
- Aktrisa Ayan Mirqasımovanın atasıdır.
Filmoqrafiya
- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
- 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129)
- 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47)
- Ağır illər… Xoş xatirələr (sənədli film, 2014)[8]
- Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor
- Arzularını çəkən rəssam (film, 2007)
- Azərbaycan haqqında etüd (film, 1969)
- Azərbaycan kinosu-80 (film, 1996)
- Bakı haqqında 10 dəqiqə (film, 1970)
- Bir dəfə (film, 1990)
- Biz qayıdacağıq (veriliş, 2007) (II)
- Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
- Cəfər Cabbarlı (film, 1969)
- Cəza (film, 1986)
- Cin mikrorayonda (film, 1985)
- Daha bir fənd (film, 1978)
- Dama dama... (film, 1986)
- Dantenin yubileyi (film, 1978)
- De ki, məni sevirsən! (film, 1977)
- Dəniz (film, 1965)
- Dostluq səfəri (film, 1977)
- Əgər bir yerdəyiksə (film, 1975)
- Əhməd haradadır? (film, 1983)
- Əmək və qızılgül (film, 1962)
- Fənd (film, 1978)
- Gecə söhbəti (film, 1971)
- Gecəniz xeyrə qalsın (film, 1977)
- Gedərgəlməz (film, 1984)
- Gənclər festivalı (film, 1969)
- Gümüşü furqon (film, 1982)
- Günah (film, 1989)
- Günaydın, mələyim! (film, 2008)
- Günlərin bir günü... (film, 1981)
- Halallıq (film, 2019)
- Hörmətli alim yoldaşlar (film, 1971)
- Xəzinə (film, 1970)
- İşgüzar adamlar (film, 1977)
- Kallıq (film, 1981)
- Kədərimiz... Vüqarımız...
- Kinorejissor Arif Babayev (film, 2000)
- Qaladan tapılan mücrü (film, 1982)
- Qara Qarayev-60 (film, 1978)
- Qaşqayın son proqnozu (film, 2007)
- Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
- Qobustan (film, 1967)
- Qorunmağa möhtac qoruq (film, 1983)
- Leylək gözləyir (film, 1977)
- Məğlubedilməzlər (film, 1983)
- Mən kitabımı başlayıram (film, 2006)
- Müqavilə (film, 1978)
- "Müstəntiq və məntiq" (film, 1971)
- Nəriman Nərimanov (film, 1972)
- Nəzarətin reydi "Mozalan"ın qeydi (film, 1977)
- Ovsunçu (film, 2002)
- Öpürəm (film, 1988)
- Rəşid Behbudov (film, 1975)
- Silinməyən izlər... (film, 2011)
- Şeytan göz qabağında (film, 1987)
- Şəhidlik zirvəsi (film, 2001)
- Tatarıstanda Azərbaycan günləri (film, 1969)
- Vətəndaş, həkim, alim (film, 1984)
- Yeddi qoyun nağılı (film, 1983)
- Yenidənqurmanın işığında... (film, 1988)
İstinadlar
- Məhərrəmova T. "Mən insan ömrünün sonsuzluğunu göstərmək istəyirəm": Oqtay Mirqasımov: "Məmurluğum rejissor kimi həyatımdan illərimi aldı": [Kinorejissor] //Kaspi.- 2008.- 2–4 avqust.- S. 11.
- "Azərbaycan Respublikasının kino xadimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2014-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
- President.Az. "O.M. Mirqasımovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.06.2018. 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ""Cəfər Cabbarlı" mükafatı təqdim olundu". 2015-11-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- Real TV. "Milli kino 120 yaşında" (az.). Youtube.com. 02.08.2018. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-021.
- President.az. "İlham Əliyev Xalq artisti Oqtay Mirqasımova "İstiqlal" ordenini təqdim edib" (az.). President.az. 2023-06-12. 2023-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-12.
- Abdullayeva, S. "Ağır illər…xoş xatirələr" nümayiş etdirilib: [ssenari müəllifi və rejissoru, Xalq artisti Oktay Mirqasımovun eyniadlı filminin Nizami Kino Mərkəzində təqdimatı haqqında] // 525-ci qəzet.- 2015.- 7 aprel.- S.7.
Mənbə
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- Наталия Бабинцева. Общий дом. Журнал "Баку". Ноябрь — Декабрь 2011.
- Aydın Dadaşov. "Bizim kino". Oqtay Mirqasımovun "Şeytan göz qabağında" filmi haqqında. 23.01.2016