Oqtay Kazımi

Oqtay Məmməd oğlu Kazımov (Kazımi) (27 dekabr 1932, Astara9 avqust 2010, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti (2006), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1992), Azərbaycanda ilk rok operettanın müəllifi.

Oqtay Kazımi
Oqtay Məmməd oğlu Kazımov
Ümumi məlumatlar
Ləqəbi Kazımi
Doğum tarixi
Doğum yeri Astara, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqiçi
Əlaqələri Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Flora Kərimova, Eldar Axundov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Anatollu Qəniyev, Məmmədbağır Bağırzadə, Zaur Rzayev, Ağadadaş Ağayev, Zümrüd Məmmədova və b.
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2006"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 1992
oqtaykazimi.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Oqtay Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O. Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir.[1] O. Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966–1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O. Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O. Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər. Onun xalq çalğı alətləri üçün konsertləri, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi ("Millətin oyaq gecəsi") vokal simfonik poeması, "Qarabağ rapsodiyası", təntənəli uvertüraları, 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri (Akademik dram teatrında səhnəyə qoyulmuş "Büllür sarayda", "Qılınc və Qələm", "Fitnə", "Ümid", "Ədirnə Fəthi" və s.), Rus dram teatrında səhnələşdirilmiş "Şeyx Sənan", Kamera teatrında səhnəyə qoyulmuş "İtlər", Musiqili tamaşa teatrında səhnələşdirilmiş ("Qızıl Toy", "Danabaş kəndinin əhvalatları", "Dəli Dünya") operettaları dillər əzbəri olmuş, müxtəlf səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənmişdir.

O. Kazıminin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar incəsənət xadimi (1992), Azərbaycan Respublikasının Xalq artisti (2006) fəxri adlarına və Prezident təqaüdünə layiq görülmüşdür. O. Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir. Qeyd etmək lazımdır ki, görkəmli bəstəkarın əsərlərinin bir hissəsi hələ də geniş auditoriya kütləsinə təqdim edilməmişdir.

Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti, 77 yaşlı bəstəkar Oqtay Kazımi 9 avqust 2010-cu il tarixində vəfat etmişdir.[2]

Əsərləri

  1. Simfonik əsərlər
    1. "Azərbaycan rapsodiyası", böyük simfonik orkestr üçün (1962).
    2. "Qəhrəmanlıq simfoniyası" (1964).
    3. "Potetik simfoniya", sevimli müəllim Cövdət Haciyevə həsr olunur (1976).
    4. "Bayram Uvertürası", böyük simfonik orkestr üçün (1976).
    5. "Sumqayıt Lövhələri", proqramlı simfonik süita (1977).
    6. "Azərbaycan", simfonik orkestr üçün (1980).
    7. "Şəhidlər" Simfoniyası (1990).
    8. "Qarabağ lövhələri", simfonik süita (1992),
    9. "Nəğməmsən, Azərbaycan", kantata, N. Həsənzadə (1992).
    10. "Poema-konsert" , piano və orkestr üçün (1993).
    11. "Qəhrəmanlıq" Simfoniyası (1995).
    12. "Millətin oyaq gecəsi", A. Qurbani (1995).
    13. "Simfonik lövhələr" (2000).
    14. "Peyğəmbər", oratoriya, N. Xəzri (2000).
    15. Xalq çalğı alətləri orkestri üçün konsert (2000).
    16. "Murovdağ nəğmələri", oratoriya, A. Qurbani (2001).
  2. Vokal-xor simfonik əsərlər
    1. "Naməlum əsgər", sözləri İ. Coşqunundur (1978–1979).
    2. "Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadə haqqında rekviyem", sözləri Ramiz Heydərindir (1978–1979).
    3. "Yaşa Respublikam" kantatası, İki solist, xor və simfonik orkestr üçün, sözləri İskəndər Coşqunundur (1979).
    4. "Vətənimin Əsgərləri", 416-cı Diviziya haqqında Böyük Vətən Müharibəsinin 35-ci ildönümünə həsr edilmişdir (1980).
  3. Kamera-instrumental əsərləri
    1. Fortepiano üçün 3 prelüdiya (1958).
    2. 8-fuq fortepiano üçün (1960).
    3. Orqan üçün fuqa (1960).
    4. Fortepiano üçün 6 prelüdiya (1960).
    5. Caz stilində 3 pyes, fortepiano üçün (1960).
    6. Simli kvartet üçün fuqa (1960).
    7. Trio, skripka violançel və fortepiano üçün, I hissə – alleqro, II hissə – andante, III hissə – skerso, IV hissə – final (1961).
    8. Uşaqlar üçün 5 pyes, Prelüdiya, Fuqetta, Lay-lay, Yad etmək, Azərbaycan rəqsi, fortepianoda ifa üçün (1977).
    9. 3 hissəli sonatino, I – hissə alleqro, II- hissə andante, III- hissə alleqretto (1977).
    10. Fortepiano üçün ballada (1977)
  4. Estrada orkestri üçün pyeslər
    1. "Bakı işığı" (1960).
    2. Truba və orkestr üçün serenada (1960).
    3. Tronbon və orkestr üçün noktürn (1962).
    4. Estrada orkestri üçün ballada (1963).
    5. "Şən təbilçi", zərb alətləri üçün sola (1964).
    6. "Kos-kosa" estrada orkestri üçün pyes (1964).
    7. Muğam stilində blyuz (1965).
    8. "Gənclik" (1966).
    9. "Ay Lolo" folklor (1967).
    10. "Sevincli" (1968).
    11. Muğam, şikəstə stilində (1970).
    12. Muğam, kürdi stilində, zərb alətləri üçün solo (1970).
    13. Fleyta və estrada orkestri üçün pyes (1971).
    14. "Qaytağı", orkestr və zərb alətələri üçün (1973).
    15. "Nağıl", orkestr üçün pyes (1975).
  5. Vokal simfonik ansambl üçün pop simfoniya stilində yazılmış əsərlər
    1. "Yaşamaq", sözləri İ. Coşqunundur (1965).
    2. "Böyük Bayram", sözləri R. Zəbioğlunundur (1970).
    3. "Aman yar", sözləri R. Zəbioğlunundur (1970).
    4. "Qəriblik", sözləri C. Novruzundur (1970).
    5. "Çoban bayatı", sözləri R. Heydərindir (1973).
    6. "Bizim dağlar", sözləri R. Zəbioğlunundur (1974)
  6. Xalq çalğı alətləri orkestri üçün əsərlər
    1. Musiqi lövhəsi (1951).
    2. Dörd hissəli süita (1978).
  7. Teatr tamaşalarına yazılan musiqi əsərləri
    1. "Meşədə futbol", uşaqlar üçün operetta-müzikl, müəllifi İ. Coşqundur (1968).
    2. "Etiraf", müəllif M. Atəşdir (1970).
    3. "Sehrli yaylıq", uşaqlar üçün operetta-müzikl, müəllif K. Həsənovdur (1970).
    4. "Kəşfiyyatçının taleyi", müəllif V. Şevçenkodur (1971).
    5. "Tiki-Riki-Tavi", müəllif L. Babinskayadır.
    6. "Qızıl toy", müəlif R. Heydərdir (1974).
    7. "Yeddi igid və bir gözəl", müəllif A. S. Puşkin, tərcümə R. Heydərindir (1974).
    8. "İnam", müəllif F. Məmmədovdur (1974).
    9. "Sınaq", müəlif R. Heydərdir (1975).
    10. "Tamahkar", müəllif S. S. Axundovdur (1975).
    11. "Yadda saxla", müəllif A. Məmədovdur (1975).
    12. "Domokl qılıncı", müəllif N. Hikmətdir (1975).
    13. "Qılınc və qələm" , müəllif M. S. Ordubadidir (1975).
    14. "Ümid", müəllif M. İbrahimbəyovdur (1976–1977).
    15. "Danabaş kəndinin əhvalatı", C. Məmmədquluzadənin eyniadlı povesti əsasında, libretto müəllifi C. Səlimovadır (1977).
    16. "Müsyo Jordan və Dərviş Məstəli şah", müəllif M. F. Axundovdur (1978).
    17. "Mezozoy əhvalatı", müəllif R. İbrahimbəyovdur (1978).
    18. "Qaraçılar", müəllif A. S. Puşkindir (1978).
    19. "Fitnə", müəllif A. Şaiqdir (1979).
    20. "Şeyx Sənan", müəllif H. Caviddir (1983).
    21. "Məhəbbət oyunu", iki hissəli operetta, müəllif Q. Rəsulovdur (1983).
    22. "Büllur sarayda", müəllif İ. Əfəndiyevdir (1985).
    23. "Dəli dünya", libretto müəllifi F. Məmmədovdur (1999).
    24. "Ver yeyim, ört yatım", libretto müəllifi F. Məmmədovdur (1999).
    25. "Ədirnə Fəthi", müəllif C. Cabbarlıdır (2000).
    26. "Dəli Domrul", libretto müəllifi A. Məmmədovdur (2000).
    27. "Azad köpəklər", libretto müəllifi K. Sergeyenkodur (2001).
  8. Opera
    1. "İblis" iki hissəli opera, H. Cavidin "İblis" pyesi əsasında, natamam, libretto müəllifi Ə. Nemətzadədir (1985�1987).
    2. "Hophopnamə", rok opera, M. Ə. Sabir, A. A. Tufarqanlı və Dilqəm (1991).
    3. "Dədə Qorqud", epik-dramatik opera (2000)
  9. Qarışıq xor üçün mahnının işlənilməsi
    1. "Quba alması"
  10. Vokal- instrumental ansambl üçün xalq mahnılarının işlənilməsi
    1. "Laylalar"
    2. "Kəklik"
    3. "Gün batandan sonra gəl"
    4. "Yarım gəldi"
    5. "Qızıl gül açdı"
    6. "Leyla"
    7. "Ay Lolo"
    8. "İki gözəli sevdim"
  11. Mahnılar
    1. Məhəbbət, sözləri Cabir Novruzundur.
    2. Sevənləri qoru dünya, sözləri Cabir Novruzundur.
    3. Cavanlığım, sözləri Cabir Novruzundur.
    4. Qara gözlüm, sözləri Cabir Novruzundur.
    5. Sevgi qanadlarında, sözləri Cabir Novruzundur.
    6. Ayrılıq gecəsi, sözləri Cabir Novruzundur.
    7. Qürbət bayatıları, sözləri Cabir Novruzundur.
    8. Səadət axtarır dünyada insan, sözləri Cabir Novruzundur.
    9. Bulaq suyu dağ havası, sözləri Cabir Novruzundur.
    10. Dünya bir nəğmə idi, sözləri Cabir Novruzundur.
    11. Nəğməmsən Azərbaycan, sözləri Cabir Novruzundur.
    12. Mənim duyğularım, sözləri Cabir Novruzundur.
    13. Eşqimi gəzərəm, sözləri Cabir Novruzundur.
    14. Ömrümün nəğməsi, sözləri Cabir Novruzundur.
    15. Gəlin gələndə, sözləri Cabir Novruzundur.
    16. Ömrümə əvəzsən, sözləri Cabir Novruzundur.
    17. Həyat sən nə qəribəsən, sözləri Cabir Novruzundur.
    18. Kaş millətdə ruh yaşasın, sözləri Cabir Novruzundur.
    19. Arzular qovuşanda, sözləri Cabir Novruzundur.
    20. Bu dünyanın, sözləri Cabir Novruzundur.
    21. Məni yad etməz, sözləri Cabir Novruzundur.
    22. Məhəbbət yaşa baxmır, sözləri Cabir Novruzundur.
    23. Tələsin insanlar, sözləri Cabir Novruzundur.
    24. Yetər hicran, sözləri Cabir Novruzundur.
    25. Arzum, sözləri Cabir Novruzundur.
    26. Adım gəldi bu dünyaya, sözləri Cabir Novruzundur.
    27. Sən oldun, sözləri Cabir Novruzundur.
    28. Qəriblik, sözləri Cabir Novruzundur.
    29. Əlvida, sözləri Cabir Novruzundur.
    30. Yeni məhəbbətlər, sözləri Cabir Novruzundur.
    31. Səni gördüm, sözləri Cabir Novruzundur.
    32. Sevgi həsrəti, sözləri Cabir Novruzundur.
    33. Ayrılıq olmayaydı, sözləri Cabir Novruzundur.
    34. Dünya necə dünyasan, sözləri Cabir Novruzundur.
    35. Sağlığında qiymət verin insanlara, sözləri Cabir Novruzundur.
    36. Heyf, sözləri Bəxtiyar Vahabzadənindir.
    37. Didərginlər, sözləri Bəxtiyar Vahabzadənindir (səslənməyib).
    38. Şəhidlər bayatıları, sözləri Bəxtiyar Vahabzadənindir.
    39. Qoru Allah, sözləri Bəxtiyar Vahabzadənindir.
    40. İlk görüş, sözləri Ramiz Heydərindir.
    41. Çərkəz qızı Leyla, sözləri Ramiz Heydərindir.
    42. Sevgi dünyası (düet) , sözləri Ramiz Heydərindir.
    43. Evimizə gəlin gəlir, sözləri Ramiz Heydərindir.
    44. Hicran, sözləri Ramiz Heydərindir.
    45. Qobustan, sözləri Ramiz Heydərindir.
    46. Bayram olsun, sözləri Ramiz Heydərindir.
    47. Yarpaqlar, sözləri Ramiz Heydərindir.
    48. Getmə, ay qız, sözləri Ramiz Heydərindir.
    49. İnanmaram, sözləri Ramiz Heydərindir.
    50. Xatirə, sözləri Ramiz Heydərindir.
    51. Mənim yaşıdım qızlar, sözləri Ramiz Heydərindir.
    52. Göyçay narı, sözləri Ramiz Heydərindir.
    53. Cəsur uşaqlar mahnısı, sözləri Ramiz Heydərindir.
    54. Xoş bəxtin olsun, sözləri Ramiz Heydərindir.
    55. Qarabağ gözəlləri, sözləri Ramiz Heydərindir.
    56. Mən küsən qız deyiləm, sözləri Ramiz Heydərindir.
    57. Leyla, sözləri Ramiz Heydərindir.
    58. Çoban bayatıları, sözləri Ramiz Heydərindir.
    59. Bahar bayramı, sözləri Ramiz Heydərindir.
    60. Dostluq mahnısı, sözləri Ramiz Heydərindir.
    61. Əgər sevgim olmasa, sözləri Ramiz Heydərindir.
    62. Həyat bizimdir, sözləri İskəndər Coşqunundur.
    63. Cəlilabad, sözləri İskəndər Coşqunundur.
    64. Nəğməli diyarda, sözləri İskəndər Coşqunundur.
    65. Mənim qaynar gəncliyim, sözləri İskəndər Coşqunundur.
    66. Oxu, Zeynəbim oxu, sözləri İskəndər Coşqunundur.
    67. Bu, şən günümdə, sözləri İskəndər Coşqunundur.
    68. Səni xəbər aldım, sözləri İskəndər Coşqunundur.
    69. Mehriban qızım, sözləri İskəndər Coşqunundur.
    70. Tellərini bura-bura gəl, sözləri İskəndər Coşqunundur.
    71. Şirin dilli oğlan, sözləri İskəndər Coşqunundur.
    72. Vətən gözəl, sözləri İskəndər Coşqunundur.
    73. Salam sevimli diyar, sözləri İskəndər Coşqunundur.
    74. Küsmə məndən, sözləri İskəndər Coşqunundur.
    75. Gecəniz xeyrə qalsın, sözləri İskəndər Coşqunundur.
    76. Gözlə məni, sözləri İskəndər Coşqunundur.
    77. Mən xoşbəxtəm, sözləri İskəndər Coşqunundur.
    78. Ömər qardaşım, sözləri İskəndər Coşqunundur.
    79. Hər vətən deyəndə mən, sözləri İskəndər Coşqunundur.
    80. Dağların qoynunda, sözləri İskəndər Coşqunundur.
    81. Salamat qal, ana, sözləri İskəndər Coşqunundur.
    82. Gəncliyim, sözləri İskəndər Coşqunundur.
    83. Biri güldür, biri yazım, sözləri İskəndər Coşqunundur.
    84. Bayramınız mübarək, sözləri İskəndər Coşqunundur.
    85. Nəğməkaram mən, sözləri İskəndər Coşqunundur.
    86. Sevinc dolu ürək, sözləri Firuz Məmmədovundur.
    87. Xəzərin sahilində, sözləri Firuz Məmmədovundur.
    88. Lay-lay, sözləri Firuz Məmmədovundur.
    89. Unutmaram, sözləri Firuz Məmmədovundur.
    90. O, sənsən, sözləri Firuz Məmmədovundur.
    91. Hər nazını çəkə-çəkə, sözləri Firuz Məmmədovundur.
    92. Vüsalım mənim, sözləri Firuz Məmmədovundur.
    93. Sönə bilmərəm, sözləri Firuz Məmmədovundur.
    94. Vətən qızları, sözləri Firuz Məmmədovundur.
    95. Neynim, sözləri Kəmalə Abıyevanındır.
    96. Qoy başına dolanım, sözləri Kəmalə Abıyevanındır.
    97. Ayrı yaransaq da, sözləri Kəmalə Abıyevanındır.
    98. Bir yerdə olaq, sözləri Kəmalə Abıyevanındır.
    99. Hər nazına dözərəm, sözləri Kəmalə Abıyevanındır.
    100. Getməyəsən, sözləri Kəmalə Abıyevanındır.
    101. Sənindir, sözləri Sabir Əliyevendir.
    102. Gözəlimsən, sözləri Sabir Əliyevendir.
    103. Sənli günlərim, sözləri Rüzgar Əfəndiyevanındır.
    104. Təbrizim, sözləri Rüzgar Əfəndiyevanındır.
    105. Unuda bilmirəm, sözləri Rüzgar Əfəndiyevanındır.
    106. Qayıdacaqsan, sözləri Rüzgar Əfəndiyevanındır.
    107. Payız toyları, sözləri Rüzgar Əfəndiyevanındır.
    108. Qızlar sevəndə, sözləri Rüzgar Əfəndiyevanındır.
    109. Ayrılıq gecəsi, sözləri Rüzgar Əfəndiyevanındır.
    110. Kimsə xoşbəxt oldu, sözləri Rüzgar Əfəndiyevanındır.
    111. Uyuyar meşə, sözləri Rüzgar Əfəndiyevanındır (səslənməyib).
    112. Nə yaxşı ki, sevgi varmış, sözləri Rüzgar Əfəndiyevanındır (səslənməyib).
    113. Pıçılda, sözləri Rüzgar Əfəndiyevanındır (səslənməyib).
    114. Məhsul bayramı, sözləri Rüfət Zəbi oğlunudur.
    115. Dağlar, sözləri Rüfət Zəbi oğlunudur.
    116. Olsa yaxşıdır, sözləri Dadaş Mehdinindir.
    117. Bahar çağı, sözləri Dadaş Mehdinindir.
    118. Şəhla gözlərin, sözləri Dadaş Mehdinindir.
    119. Gülə bəzək, sözləri Dadaş Mehdinindir.
    120. Bu yerdədir, sözləri Dadaş Mehdinindir.
    121. Hanı Vurğun, sözləri Dadaş Mehdinindir (səslənməyib).
    122. Sevən könül, sözləri Dadaş Mehdinindir.
    123. Qoy yanım sənsiz, sözləri Dadaş Mehdinindir.
    124. Çinarəm, sözləri Yusif Həsənbəyindir.
    125. Solmaz, sözləri Yusif Həsənbəyindir.
    126. Məşəl, sözləri Yusif Həsənbəyindir.
    127. Səninlə bir olanda, sözləri Yusif Həsənbəyindir.
    128. Sən ki, Leyli deyilsən, sözləri Yusif Həsənbəyindir.
    129. Gözlərimin nuru, sözləri Yusif Həsənbəyindir.
    130. Gözəl diyar, sözləri Yusif Həsənbəyindir.
    131. Küçəmizdən keçən oğlan, sözləri Yusif Həsənbəyindir.
    132. Eşqimin bəxti, sözləri Yusif Həsənbəyindir.
    133. Dağlar qızı, sözləri Yusif Həsənbəyindir.
    134. Dostlarını itirmə, sözləri Şəkər Aslanındır.
    135. Balıqçılar mahnısı, sözləri Şəkər Aslanındır.
    136. Bahar təranəsi, sözləri Şəkər Aslanındır.
    137. Məhəbbət və xəyal, sözləri Şəkər Aslanındır.
    138. Tay ola bilməz, sözləri Şəkər Aslanındır.
    139. Yaraşır bizə, sözləri Şəkər Aslanındır.
    140. Qızıl payız, sözləri Şəkər Aslanındır.
    141. Toy olacaq, sözləri Şəkər Aslanındır.
    142. Şöhrət, sözləri Nəbi Xəzrinindir.
    143. Məhəbbət valsı, sözləri Nəbi Xəzrinindir.
    144. Gözlər gülümsədi, sözləri Nəbi Xəzrinindir.
    145. Eşqim, sözləri Mikayıl Müşfiqindir.
    146. Elimin şöhrəti, sözləri Vaqif Səmədoğlunundur (səslənməyib).
    147. Məcnunların Leylası, sözləri Hüseyn Cavidindir.
    148. Cobah Türküsü, sözləri Hüseyn Cavidindir.
    149. Bizim yurdumuz, sözləri Mirvarid Dilbazininndir.
    150. Dağlar qızı, sözləri Rəfiq Zəkanındır.
    151. Durnalar sözləri, sözləri Rəfiq Zəkanındır.
    152. Səzsizləmişəm, sözləri Rəfiq Zəkanındır.
    153. Xəzərim, sözləri Rəfiq Zəkanındır.
    154. Bakının baharı, sözləri Rəfiq Zəkanındır.
    155. İlk sevinc, sözləri Rəfiq Zəkanındır.
    156. Sevimli bağ, sözləri Rəfiq Zəkanındır.
    157. Gənclik valsı, sözləri Rəfiq Zəkanındır.
    158. Məhsul bayramı, sözləri Rəfiq Zəkanındır.
    159. Ağlama yarım, ağlama, sözləri Hüseyn Hatəminindir.
    160. Bir gün, sözləri Nizami Gəncəvinindir.
    161. Eşqimə şahid zaman, sözləri Faiq Bağırzadənindir.
    162. Naz olsun, sözləri Faiq Bağırzadənindir.
    163. Etiraf et sən, sözləri Faiq Bağırzadənindir.
    164. Küsmə sən məndən, sözləri Səbahəddin Rüstəmindir.
    165. İstərəm, sözləri Hacı Ağaverdiyevdir.
    166. Oxu bülbül, sözləri Cəfər Cəbbarlınındır.
    167. Qanadlan ey nəğməmiz, sözləri Əhməd Cəmilindir.
    168. Könlüm sənindir, sözləri Əhməd Cəmilindir.
    169. Gecikmiş məhəbbət, sözləri Əhməd Cəmilindir.
    170. Sənə mən neylədim, sözləri Əhməd Cəmilindir.
    171. Gənclik və bahar, sözləri Əhməd Cəmilindir.
    172. Axşam görüşdü, sözləri Əhməd Cəmilindir.
    173. Yazıq insan, sözləri Cahangir Məmmədovundur.
    174. Aman tello, sözləri Vahid Əzizindir.
    175. Həsrətim oldun, sözləri Vahid Əzizindir.
    176. Nə sən bildin, nə mən bildim, sözləri Bəşir Əmiroğlunundur.
    177. Qudalar, sözləri Bəşir Əmiroğlunundur.
    178. Biz bu vətənin mərd oğulları (polis marşı), sözləri Bəşir Əmiroğlunundur.
    179. Polis qardaşım, sözləri Azad Talışoğlunundur.
    180. Əsgərlər qayıdanda, sözləri Abdulla Qurbaninindir.
    181. Çevik Polis Alayının marşı, sözləri Abdulla Qurbaninindir.
    182. Polis qardaşım, sözləri Abdulla Qurbaninindir.
    183. Qaytar eşqimi, sözləri Fikrət Qocanındır.
    184. Yelləncək, sözləri Fikrət Qocanındır.
    185. Qağayılar, sözləri Fikrət Qocanındır.
    186. Nə gəlməz oldun, sözləri Əli Kərimindir.
    187. Bəs nə deyim, sözləri Ələkbər Ziyatayındır.
    188. Bu dünya, sözləri Məhsəti Gəncəvinindir.
    189. Tarla qızları, sözləri Həmid Abbasovundur.

Filmoqrafiya

  1. Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi)-musiqisindən istifadə edilən bəstəkar
  2. Mahnı qanadlarında (film, 1972)
  3. Zınqırovlar, ssenari müəllifi F. Kərimzadə (1973).
  4. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
  5. Azərbaycan elləri (film, 1976)
  6. Bağışla (film, 1983)
  7. Oqtay Ağayev. Ötən günlər (film, 2004)
  8. Yalçın (film, 2004)

İstinadlar

  1. Lider TV. "Xalq artisti Oqtay Kazıminin doğum günüdür" (az.). Youtube.com. 27.12.2016. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-30.
  2. Xalq artisti Oqtay Kazımi vəfat edib

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.