Oqtay Kərimov (20 Yanvar şəhidi)

Oqtay Ayvaz oğlu Kərimov (21 mart 1964, Ardanış, Krasnoselsk rayonu19 yanvar 1990, Bakı) — 20 Yanvar şəhidi.[1]

Oqtay Kərimov
Oqtay Ayvaz oğlu Kərimov
Doğum tarixi
Doğum yeri Ardanış, Göyçə, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi Sovet Ordusunun təcavüzü
Dəfn yeri Şəhidlər Xiyabanı, Azərbaycan SSR, SSRİ
Atası Ayvaz
Anası Minarə
Milliyyəti azərbaycanlı

Həyatı

Oqtay Eyvaz oğlu Kərimov 1964-cü il martın 21-də Ermənistan SSR Göyçə mahalının (Krasnoselo) Ardanış kəndində anadan olub. Arxangelsk vilayətində Ali Partiya məktəbində təhsil alıb. "Novaya zemlya" deyilən ərazidə, keçmiş SSRİ SQ-nin sıralarında xidmət edib.

28 nömrəli təmir-tikinti idarəsində fəhlə işləyib.

Subay idi.

Atası Kərimov Eyvaz Kərim oğlu 1988-ci ilin dekabrında dədə-baba yurdundan, — Göyçədən qovulub.

O gecə Oqtay eşidib ki, "Gənclik" metrosunun yanında əsgərlər günahsız adamları qırır, onlara kömək etmək üçün metronun yanına gəlir. Stadionun şimal qapısının yanında hərbçilər yaralılara kömək edənləri də güllələyib. Onların içində Oqtay da olub. Yaralanandan sonra təxminən 3 saat vurulduğu yerdə qalıb. Çoxlu qan itirib.

Mərhumun meyidini yanvarın 21-də mərkəzi ölüxanadan tapıblar.

Şəhidlər xiyabanında uyuyur.

Həmçinin bax

İstinadlar

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.