Oqtay Haqverdiyev
Oqtay Əli oğlu Haqverdiyev (15 may 1936, Bakı – 12 mart 2017, Bakı) — Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Maliyyə-kredit şöbəsinin sabiq müdiri, iqtisadiyyat nazirinin keçmiş müavini, əməkdar iqtisadçı.[1]
Oqtay Haqverdiyev | |
---|---|
Oqtay Əli oğlu Haqverdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Elm sahəsi | iqtisadiyyat |
Elmi dərəcəsi | Əməkdar iqtisadçı |
Elmi adı | akademik |
Mükafatları |
Həyatı və Fəaliyyəti
Oqtay Haqverdiyev 1936-cı il mayın 15-də Bakıda anadan olub. 1955-ci ildə orta məktəbi bitirəndən sonra O, Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1960-cı ildə oranı uğurla bitirmişdir. Fəaliyyətinə sovxoz təsərrüfatında başlamış, daha sonra o, Tədqiqat İnstitutunun baş elmi işçisi vəzifəsində çalışmışdır. Sonrakı illərdə aspiranturada təhil almış, təchizat nazirliyində çalışmış, eyni zamanda Bakı un, qarışıq yem zavodu direktoru vəzifəsinə köçürülmüşdür. 1970-ci ildən Dövlət Planlaşdırma Komissiyasında (sonradan İqtisadiyyat Nazirliyi) işləmişdir. Haqverdiyev baş iqtisadçıdan İqtisadiyyat nazirinin müavini vəzifəsinə qədər yüksəlmişdir.
Keçmiş SSRİ hökumətinin qərarı görə, Dövlət Plan Komissiyasının əməkdaşı olaraq, O, baş Laos (1981–84 illəri il), Vyetnam (1988) və Yəməndə (1989–90) nazirlərin baş müşaviri kimi işləməyə təyin edildi. Haqverdiyev Azərbaycan və Almaniya, Səudiyyə Ərəbistanı və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə üç hökumətlərarası komissiyasının üzvü, eləcə də "- Azərbaycan Avropa Birliyi" komitəsinin işçi qrupunun üzvü olmuşdur.
Haqverdiyev müstəqillik illərində hökumətin "1997–99 Azərbaycanda struktur tənzimlənməsi proqramları və iqtisadi artım", "mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə üzrə", "Dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi konsepsiyası", "Qiymətli kağızlar haqqında", "yoxsulluğun azaldılması üçün Dövlət Proqramı" s. qanun layihəsi və proqramının birbaşa yaradıcılarından olmuşdur. Xidmətlərinə görə Oktay Haqverdiyev Qırmızı Bayraq ordeni və SSRİ-nin "Əmək veteranı" medalı və Laos Xalq Demokratik Respublikasının ikinci ən böyük "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan iqtisadiyyatındakı fəaliyyətinə görə 22 iyun 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu" adı ilə təltif olunub.
Oktay Haqverdiyevin son iş yeri — Azərbaycan Nazirlər Kabineti maliyyə və kredit şöbəsinin müdiri vəzifəsi idi. İyul 2007-ci ildə təqaüdə çımışdır. Hər kəs onu yüksək səlahiyyətli peşəkar və açıq, gülərüz insan kimi təsvir edirdi. O, yüksək dövlət vəzifələrində işləyən zaman həmişə dialoqa hazır idi və milli iqtisadiyyatın ən kəskin problemlərini qabardırdı. Ölkənin Əməkdar İqtisadçı, bazar iqtisadiyyatının inkişafına tərəfdarı idi, biznesə dövlətin qeyri-müdaxiləsini müdafiə edirdi, mövcud hökumətin nazirlikləri və idarələrinin minimuma endirilməsi israr edirdi. O, dəfələrlə müxtəlif proseslərlə bağlı öz fikirlərini ifadə edir və müstəqil Azərbaycanın milli iqtisadiyyatının inkişafı üçün çox təkliflər etmişdir.
Oqtay Haqverdiyev 12 mart 2017-ci ildə 80 yaşında Bakıda vəfat edib.[2]
İstinadlar
- "Arxivlənmiş surət". 2017-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
- "Tanınmış iqtisadçı və dövlət xadimi Oqtay Haqverdiyev vəfat etdi". 2017-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.