Oqtay Babazadə

Oqtay Ələkbər oğlu Babazadə — Azərbaycan televiziya rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000)[1], Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent.

Oqtay Babazadə
Oqtay Ələkbər oğlu Babazadə
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti Rejissor

Həyatı

Oqtay Ələkbər oğlu Babazadə 1941-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə ADU-nu, 1979-cu ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya institutunu bitirmişdir. 1959-cu ildən Dövlət Teleradio Verlişləri Şirkətində çalışır, ali dərəcəli rejissordur. Onun rejissorluq filmotekasina 150-dən çox bədii, musiqili, sənədli filimlər daxildir. O.Babazadənin çəkdiyi filmlər dəfələrlə müxtəlf beynəlxalq kino-video festivallarinda mükafatlara, diplom və prizlərə layiq görülmüşdür. "Hakim " (Tofiq Bəhrəmov), "Hücumçu həmişə irəlidədir" (Ələkbər Məmmədov), "Leyla və onun dostları", "Rənglərin ahəng i" (Toğrul Nərimanbəyov), "Uzaq və yaxın Lütvü Zadə " , "Alban abidələri" , "Alim" (Rafiq Əliyev) və s. filmlərin ekran həyatı bu mənada çox uğurlu olmuşdur.

Azərbaycan Kinematoqrafiya İttifaqının və Respublika Jurnalistlər Birliyinin üzvüdür.O.Babazadə gənc kadrların hazırlanmasında da səmərəli iş aparır – BDU və Mədəniyyət və İncəsənət Universitetlərin dosentidir. O.Babazadə "Respublikanın əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, Lütvü Zadə adina Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. Əmək veteranıdır. Ailəlidir, bir oğlu, iki nəvəsi vardır.

Filmoqrafiya

  1. Ən birinci (film, 1963) – (Neftçi, buruq ustası, Sosialist Əməyi Qəhrəmani Kaveroçkin haqqında) 1963 – cü il – rejissor, ssenarist
  2. Güləş qrosmeysteri (film, 1964) -(İlk azərbaycanlı dünya çempionu, SSRİ-nin əməkdar idman ustası və SSR-nin əməkdar məşqçisi Aydın İbrahimov haqqında) 1964-cü il – rejissor.
  3. Hakim (film, 1966) – ("Qızıl fit" sahibi, futbol üzrə beynəlxalq hakim Tofiq Bəhrəmov haqqında) 1966-cı il – rejissor. "Promotey-67", "Qran-Pri", "Yaradıcı axtarışlar" prizi və diplomlar ilə təltif olunub.
  4. Hücumçu həmişə irəlidədir (film, 1968) – (Avropa çempionu, dördqat SSRİçempionu, SSRİ-nin əməkdar idman ustası və SSRİ-nin əməkdar məşqçisi) 1968-ci il – Leninqradda keçirilən ümumittifaq kinotelefestivalın laureatı.
  5. Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) – (2-ci seriya) 1970-ci il – rejissor, Dövlət mükafatı nominantı.
  6. Xəzərin qonaqları (film, 1970) (Yapon-sovet gənclərinin festivalına hazırlıq) – 1970-ci il – rejissor, ssenarist
  7. Əgər bütün dünyanın oğlanları... (film, 1970) – (Yapon-sovet gənclərinin festivalı haqqinda) – 1970-ci il– rejissor, ssenarist
  8. Leyla və onun dostları (film, 1971) – (Leyla Zülfüqarova Azərbaycan Televiziyasının ilk rəngli uşaq bədii filmdə) 1971-ci il – rejissor. Moskvada keçirilən Ümumdünya Gənclər Kino Festivalının laureatı (2-ci yer).
  9. Şamaxı rəsədxanası (film, 1973) – 1973-cü il– rejissor, ssenarist
  10. Qubanın ağ alması (film, 1973) – 1973-cü il – rejissor.
  11. Ülviyyənin mahnıları (film, 1973) – (on yaşlı bəstəkar Ülviyyə Vəliyeva haqqında) 1973-cü il – rejissor.
  12. Günəşlə dolu dünya (film, 1973) – (Azərbaycanın və SSRİ-nin xalq rəssamı Mikayıl Abdullayev haqqında) – 1973-cü il – rejissor.
  13. Buraxılışa hazırdır (film, 1974) (Bakının Vano Sturua adına gəmitəmiri zavodunun buraxdığı gəmilər haqqında) – 1974-cü il – rejissor. Kalininqradda keçirilən "İnsan və dəniz" kinofestivalının laureatı (2-ci yer)
  14. Torpağın rəngi (film, 1974) – (Qubadlı rayonu) - 1974-cü il – rejissor.
  15. Mənim sevimli oyunum (film, 1975) – (həndbol üzrə SSRİ birinciliklərinin mükafatçıları "Spartak" komandası haqqında – 1975 – ci il – rejissor.
  16. Bir alaydan olanlar (film, 1975) – (1941 – 1945-ci il Böyük Vətən müharibəsi veteranları haqqında) – 1975-ci il rejissor.
  17. Çempionların hamisi (film, 1976) – (Yüngül atletika üzrə SSRİ-nin əməkdar məşqçisi Əfqan Səfərov haqqinda) – 1976-ci il – rejissor.
  18. Azərbaycan tütünü (film, 1976) – 1976-ci il – rejissor
  19. Muğam (film, 1976) – (İlk rəngli film-balet) 1976-cı il ssenari müəllifi.
  20. Xəzər-problemə nəzər (film, 1977) – 1977-ci il – rejissor.
  21. Gənc astronomlar (film, 1977) – 1977-ci il – rejissor.
  22. Sirlər xəzinəsi (film, 1979) – Əl yazmaları institutunun unikal eksponatları haqqında) – 1979-ci il – rejissor.
  23. Ürək döyüntüsü – (Pianoçu və bəstəkar Vaqif Mustafazadə haqqında) – 1979-cu il – rejissor.
  24. Stop-kadr – (Satirik film) – 1979-cu il – rejissor.
  25. Rənglərin melodiyası (film, 1981) – (Azərbaycanın və SSRİ-nin xalq rəssamı, Azərbaycanın və SSRİ-nin Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov haqqında) – 1980-ci il – rejissor. Alma-Atada keçirilən Ümumittifaq kinofestivalın laureatı və "Ən yaxşı rejissor" mükafatı, Kann (Fransa) kinofestivalının sənədli filmlər bölgəsinin iştirakçısı.
  26. Futbol – mənim sevincimdir – ("Neftçi" futbol kamandası haqqında) – 1983-cü il – rejissor.
  27. Sarı çiçək (film, 1983) –(azərbaycanın dərman bitkiləri haqqında) – 1983-cü il – rejissor.
  28. Yalnız şəxsi məsələ deyil (film, 1984) (Keşlə Maşınqayirma zavodunun istehsal etdiyi məhsullar haqqında) – 1984-cü il – rejissor.
  29. Onun taleyinin səhifələri (film, 1986) – (İki dəfə Sosialist Əməyu Qəhrəmanı, kolxoz sədri Şamama Həsənova haqqında) – 1986-cı il – rejissor.
  30. Ən gənc (film, 1987) – (14 yaşlı beynəlxalq qrosmeyster Aynur Sofiyeva haqqında) – 1987-ci il - rejissor, ssenarist
  31. Zirvəyə doğru (film, 1991) – (Sambo üzrə ikiqat dünya çempionu Ceyhun Məmmədov haqqında) – 1991-ci il – rejissor.
  32. Mişa dayının qayıdışı – 1992-ci il rejissor.
  33. Səhər sübhdən - (Gecə işləyən zəhmətkeşlər haqqında) – 1992-ci il – rejissor.
  34. Yaddaşa qayıdış - (Xalq hərəkatı haqqında) – 1992-ci il rejissor.
  35. Təbriz görüşləri - (Azərbaycan alimləri beynəlxalq konfransda) – 1992-ci il rejissor.
  36. Səni kim unudar? – (Rəssam Vəciyə Səmədova haqqında) – 1995-ci il – rejissor.
  37. Bir ömrün hekayəti – (Xalq rəssamı Güllü Mustafayeva haqqında) – 1995-ci il rejissor.
  38. Könlüm deyir ki... – 1995-ci il – rejissor.
  39. Savalana bahar gəlir – (İranda yaşayan azərbaycanlılar haqqında) – 1995-ci il rejissor.
  40. Analar qalxır kürsüyə (iki seriya) – (Çində keçiriləcək Qadınların Beynəlxalq konfransa hazırlığı haqqında) – 1995-ci il – rejissor.
  41. Çin səddini aşanda (beş seriya) – (Çində keçirilmiş Qadınların Beynəlxalq konfransı haqqında) – 1995-ci il rejissor.
  42. Mikayıl Abdullayevin sənət dünyası – 1996-cı il – rejissor.
  43. Toğrul Nərimanbəyov – ikinci görüş – 1996-cı il – rejissor.
  44. Səttar Bəhlulzadənin Füzuli dünyası – 1996-cı il – rejissor.
  45. Deyilməyən söz – (İsmayıl Şıxlının epistolyar yazıları) – 1996-ci il rejissor.
  46. Azərbaycan alimləri Almaniyada – 1996-cı il rejissor.
  47. Bir ulduz altında – (Musiqi komediya teatrın aktyorları haqqında) – 1997-ci il – rejissor.
  48. Danışır Bakı – 1997-ci il – rejissor.
  49. Müqəddəs ocaqlarımız (on bir seriya) – 1995-1997ci illər rejissor.
  50. Televideosalon (səkkiz seriya) – 1997-1998-ci illər rejissor.
  51. Həm də futbol haqqında (iki seriya) – Futbol üzrə Fransada keçirilən dünya çempionatı haqqında) – 1998-ci il – rejissor.
  52. Uzaq və yaxın Lütvi Zadə (dörd seriya) – (Amerikada yaşayan dünya şöhrətli alim, professor Lütvi Zadə haqqında) – 1998-ci il – rejissor.
  53. Səhnə fədailəri – (Məmmədkamal Kazımov haqqında) – 1999-cu il – rejissor.
  54. Əlvan yuxular – 2000-ci il rejissor.
  55. Gözəllik – 2000-ci il – rejissor.
  56. Ömür - (Akademik Tofiq Əliyev haqqında) – 2001-ci il – rejissor.
  57. Zərgər – 2002-ci il – rejissor.
  58. Alban abidələri – 2003-cü il – ssenari müəllifi və rejissor.
  59. Ömürün səhifələri – (Şahsuvar İbrahimov haqqında) – 2004-cü il – ssenari müəllifi və rejissor.
  60. Körpülü – (İndi Ermənistan ərazisində yerləşdirilən Azərbaycan torpağının bir kəndi) – 2004-cü il rejissor.
  61. Güldürən və düşündürən rəsimlər – (Karikaturaçı-rəssamlar haqqında) – 2005-ci il – rejissor.
  62. Ömür geri dönə bilsə... – 2005-ci il – rejissor.
  63. Rənglərin hekayəti – 2006-ci il – rejissor.
  64. Sakura budağı və nar çiçəyi – (Xalq rəssamı Arif Hüseynov və oğlu Orxanın Yaponiyada keçirilən sərgisi) – 2006-ci il – rejissor.
  65. Daşları yığmağın vaxtıdır – (Xocalı soyqırımı haqqında teletamaşa) – 2007-ci il – rejissor.
  66. Poeziya yollarında – "Şair Ramiz Məmmədzadə - 70" – 2007-ci il – rejissor.
  67. Alim (film, 2007)

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.