Oqtay Əliyev (rəssam-dizayner)

Əliyev Oqtay Ərəstun oğlu (d. 1956) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Reklamçılar İttifaqının üzvü.

Oqtay Əliyev
Oqtay Ərəstun oğlu Əliyev
Doğum tarixi
Doğum yeri Surra, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam, dizayner

Həyatı

Ailəsi

Oqtay Əliyev 1956-cı ilin 1 oktyabrında Sabirabad rayonunun Surra kəndində doğulub. Atası Ərəstun Əliyev ibtidai sinif müəllimi olmuşdur. Anası Xanbəyim Əliyeva olmuşdur. 3 qardaşı və 2 bacısı var. Hal-hazırda evlidir və 2 oğlu var.

Təhsili

Orta məktəbi qurtarandan sonra 2 il tanınmış rəssamların emalatxanalarında rəssamlıq sənətinin sirlərini öyrənmişdir.

1975-1977-ci illərdə uzaq Sibirdə hərbi xidmətdə olmuş, xidməti dövründə də rəssam kimi çalışmışdır. Hərbi xidməti başa vurduqdan sonra Vətənə qayıtmışdır. 1981-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib.

Fəaliyyəti

Uşaqlıqdan rəsm çəkməyə böyük marağı olub. Orta məktəbi qurtarandan sonra 2 il tanınmış rəssamların emalatxanalarında rəssamlıq sənətinin sirlərini öyrənmişdir.

1973-cü ildən rəssamlıq fəaliyyətinə başlayıb, müxtəlif rəsm sərgilərində əsərləri təqdim olunub.

Yaradıcılığında, əsasən, bədii tərtibata, reklam və dizayn sahəsinə üstünlük vermişdir. Hələ tələbəlik dövründə gənc rəssamların sərgilərində müntəzəm iştirak etmişdir. Moskvada keçirilən “Olimpiada-80” sərgisində milli mövzuda çəkilmiş “Çövkən” əsəri ilə Respublikalar üzrə 3-cü yerə layiq görülmüşdür.

1981-ci ildə rəssamlıq təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra təyinat əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Bədii-tərtibat və Reklam İdarəsinə göndərilmişdir. Şəhərin, zavod və fabriklərin, təhsil müəssisələrinin, tədbirlərin və paradların bədii tərtibat, reklam və dizayn işlərini yerinə yetirmişdir. Bu idarədə paralel olaraq studiya rəhbəri və həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində çalışmışdır. Azərbaycan Reklamçılar İttifaqınınAzərbaycan Rəssamlar İttifaqının üzvüdür. Dünyanın müxtəlif ölkələrində keçirilən reklam festivallarında dəfələrlə iştirak etmiş və Azərbaycanı layiqincə təmsil etmişdir. Bədii-tərtibat və reklam idarəsində uzun müddət işlədikdən sonra müstəqil olaraq Bədii-tərtibat, reklam və dizayn Şirkəti yaratmış və əhatəsində olan istedadlı yaradıcı adamları bu şirkətə cəlb etmişdir.

Hal-hazırda öz şəxsi emalatxanasında yaradıcılıqla məşğul olmaqdadır.[1] Çoxlu savadlı tələbələr yetişdirmişdir. Əsərləri respublika səviyyəsində və xaricidə müntəzəm olaraq sərgilənir. İctimai işlərə vaxtaşırı dəvətlər alır [2] və öz təcrübəsini gənclərə öyrədir. Reklam haqqında qanunun hazırlanmasında ekspert kimi iştirak edib.

Öz fəaliyyəti dövründə müxtəlif bədii mövzulara toxunan rəssam bir çox təltiflərə layiq görülmüşdür. SOCAR-ın keçirdiyi "Əsrin müqaviləsi" adlı sərgi-müsabiqədə diploma layiq görülmüşdür.

İstinadlar

  1. "Azərbaycanda rəssamlıq (Baki-xeber.com saytına müsahibə)". 2018-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-12.
  2. ""Qrafika 2019" sərgisi - Xətai Sənət Mərkəzi". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.