Optik cihazlar

Optik cihazlar — optik şüalanmanı çevirməklə görmə imkanlarını genişləndirən cihazlar. Geniş yayılmış optik cihazlara misal kimi persikop, mikroskop, teleskopkameraları göstərmək olar.

1858-ci ildə İngiltərədə laboratoriyada işlədilən bəzi optik cihazların təsviri.

Təsvirin təkmilləşdirilməsi

İlk optik cihazlar uzaqdakı cisimlərin böyüdülmüş xəyalını almaq üçün istifadə edilən teleskoplar və çox kiçik obyektlərin təsvirini böyütmək üçün istifadə edilən mikroskoplar idi. Qalileyvan Levenhukun dövründən bəri, bu cihazlar çox təkmilləşdirilmiş və elektromaqnit spektrinin digər hissələrini də əhatə etməyə başlamışdır. Binokl daşınabilən yığcam cihazdır. Kamera optik cihazların bir növü hesab olunur, stenopobskura kamerası belə cihazların çox sadə nümunələridir.

Analiz

İşıq və ya optik materialların xassələrin analiz etmək üçün başqa bir optik cihazar sinfi tətbiq olunur. Onlara daxildir:

  • İnterferometr — işıq dalğalarının interferensiya xassələrini ölçür
  • Fotometr — işığın intensivliyini ölçür
  • Polyarimetr — polyarlaşmış işığın dispersiyasını və ya polyarlaşma müstəvisinin fırlanmasını ölçür
  • Reflektometr — səth və ya obyektin qaytarma qabiliyyətini ölçür
  • Refraktometr — müxtəlif materialların sındırma əmsalını ölçür
  • Spektrometr və ya monoxromator — kimyəvi analiz və ya material analizi məqsədilə optik spektrin bir hissəsini generasiya edir və ya ölçür
  • Avtokollimator — bucaq sapmalarını ölçür
  • Vertometr — kontakt linzaların, eynək və lupa linzalarının sındırma qüvvəsini təyin etmək üçün istifadə olunur

DNT sekvenserləri də optik cihazlar hesab edilə bilər, çünki onlar DNT zəncirinin xüsusi nukleotidinə qoşulmuş flüoroxrom tərəfindən buraxılan işığın rəngini və intensivliyini analiz edirlər.

Səth plazmon rezonansına əsaslanan cihazlar biomolekulyar qarşılıqlı təsirləri ölçmək və analiz etmək üçün refraktometriyadan istifadə edir.

Həmçinin bax

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.