Opoka
Opoka — gilli maddənin, orqanizmlərin skelet hissələrinin (diatomea, radiolyariya və silisiumlu süngərlərin spikulaları), mineral dənələrinin (kvars, çöl şpatları, qlaukonit) qarışığı olan, amorf silisium oksidi — opaldan (92–98%-dək) təşkil olunmuş mikroməsaməli süxurlar. Bəzi müəlliflər opokalar diatomit, sponqolit və trepellərin dəyişilmə məhsulu, digərləri isə onları dəniz kimyəvi əmələgəlmələri hesab edirlər. Opokalar təbaşir və alt dördüncü dövr çöküntülərində geniş yayılmışdır.
Opoka | |
---|---|
![]() | |
![]() |
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.