Opeth
Opeth — 1990-cı ildə İsveçdə yaranmış proqressiv metal qrupu. Yarandığı ildən bəri bir neçə dəfə üzv dəyişikliyi yaşayan qrupda, vokal, gitarist və bəstəkar olaraq Mikael Akerfeldt hər zaman ön planda olmuşdur. Opeth fəaliyyətə başladığı ildən indiyədək caz, proqressiv rok, bluz, klassik tərzdəki musiqisi, metal musiqi ilə bağlılıq təşkil etmişdir, və bu bağlılıq bəstələrdə özünü göstərmişdir. İlk vaxtlarda death hətta black metal melodiyalarının çox sıx istifadə edən qrup, xüsusilə "Blackwater Park" və "Deliverance" albomlarından sonra progressiv metal təsirini artırmışdır. Bir çox mahnıda akustik gitara və sakit vokal hissələrə və eyni zamanda ani və güclü keçidlər ilə sərt melodiyalara və brutal vokallara rast gəlinir. Qrup bu şəkildə illər içərisində öz tərzini meydana gətirmiş və geniş bir dinləyici kütləsi əldə etmişdir. İlk dörd albom boyunca nadir hallarda səhnəyə çıxan qrup, xüsusilə Blackwater Park albomunun ardından çıxdıqları dünya turunda bir çox ölkədə səhnəyə çıxmışdır.
Opeth | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | proqressiv metal |
Fəaliyyət illəri | 1990—h.h. |
Ölkə | İsveç |
Şəhər | Stokholm |
Leybl |
Candlelight Records Peaceville Records Koch Records Music for Nations Roadrunner Records |
Heyət |
Mikael Okerfeldt Fredrik Okesson Martin Mendes Martin Aksenrot |
Keçmiş üzvlər |
Devid İzberq Anders Nordin Yohan Defarfalla Piter Lindqren Martin Lopez |
www.opeth.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Opeth'in on studiya albomu, üç ədəd konsert DVD'si, üç ədəd konsert albomu və iki xüsusi yığma albomu vardır. İlk debüt albomları "Orchid" 1995-ci ildə yayımlanmışdır. 2008-ci ildə yayımlanan "Watershed" albomu, ilk həftəsində Billboard 200 siyahısında 23-sırada yerini almışdır.
Qrup haqqında
Qrupun yaranması (1990 - 1993)
Opeth 1990-ci il yazında vokalist Devid İzberq tərəfindən Stokholm, İsveçdə yaranmışdır. İzberq, Eruption qrupunun köhnə bas gitaristi Mikael Akerfeldt'dən qrupa qatılmasını istədi. Sonrakı gün Okerfeldt qrupla birlikdə çalmağa gəldiyi vaxt, İzberq'in hal-hazırkı basçı da daxil qrup üzvlərindən kimə Akerfeldt'in qatılacağını demədiyi ortaya çıxdı. Bütün qrup üzvlərinin daxil olduğu müzakirənin nəticəsində İzberq və Okerfeldt, birlikdə yeni bir proyektdə iştirak etmək istədiklərini ifadə edərək qrupdan ayrılma qərarı aldılar. Bu yeni proyektdə, qrupun adı Uilbur Smitin Sunbird (Günəşin Quşu) adlı romanından alınmışdır. Bu romanda Opet adında bir "Ay Şəhəri" olur. Qrup üzvləri bunu dəyişdirərək "Opeth" adına qərar verirlər.
İzberq və Akerfeldt; barabanda Anders Nordin, bas gitarada Nik Dörinq və gitarada Andreas Dimeo'nu qrupa götürdülər. Qrupun yavaş irəliləməsindən narahat olan Döring və Dimeo, ilk performanslarından sonra qrupdan ayrıldılar. Bundan sonra Kim Pettersson və Cohan DeFarfalla bas və gitarada yerini aldı. İkinci performanslarından sonra DeFarfalla Almaniyaya getmək üçün qrupu tərk etdi və onun yerinə Akerfeldt'in yoldaşı olan Piter Lindqren qrupa gəldi. Bir sonrakı performansdan sonra Pettersson və İzberg də qrupu buraxma qərarı aldı. Akerfeldt, son ayrılıqlardan sonra vokallar üzərində işə başladı və üçlü, bir ili yeni mahnılar yazaraq keçirdi. Bu müddətdə tipik death xüsusiyyətlərindən uzaqlaşdılar, barabanda blast beatler'i daha az istifadə etdilər və mahnılarında akustik gitara hissələrinə da yer verdilər. Bu, Opeth'in əsas tərzinin formalaşmağa başladığı dövrlərə təsadüf edir.
Orchid, Morningrise və My Arms, Your Hearse (1994 – 1998)
Opeth ilk albomu Orchid-i 1994-cü ildə prodüser Dan Svanö ilə yazdırdı. Yeni qurulan Candelight Records'un yayımla əlaqədar problemləri səbəbilə albom 1995-ci ilin ortalarına qədər çıxmadı. Orchid albomu, progressiv təsirli death metalın sərhədlərini və insanların reaksiyalarını ölçdü, bir çox tənqidçi tərəfindən müvəffəqiyyətli və fərqli olaraq qiymətləndirildi. İngiltərədəki bir neçə canlı performansdan sonra, qrup studiyaya qayıtdı və yeni bir albom üçün işlərə başladı və 1996-ci ildə "Morningrise" adlı albomu yayımladılar. Yalnız beş mahnıdan ibarət olan albom təxminən bir saata yaxın idi. Bu albomdan sonra qrup təkrar tura çıxdı. Turun birinci hissəsi İngiltərədə, ikinci hissəsi isə Skandinaviyada Cradle of Filth ilə birlikdə olmuşdur. Bu turne zamanı qrup Century Media Recordsun diqqətini çəkmiş və bu sayədə qrupun ilk iki albomu Amerikada yayımlanmışdır. Festivalda sonra Akerfeldt və Lindqrin fərdi səbəblərə görə, baraban ifaçısı Nordin'dən xəbərsiz olaraq DeFarfalla'nı qrupdan çıxarmışdılar. Akerfeldt Nordin'ə xəbər verdiyi vaxt, Braziliyada olan Nordin qrupdan ayrılmağa qərar vermişdir. Yenidən üzv axtarışına başlayan qrup, qəzetə verdikləri elana cavab verən, köhnə Amon Amarth pianisti olan Martin Lopezi qrupa qəbul etdilər. Lopez, Opeth ilə olan çıxışını Iron Maidenin "Remember Tomorrow" adlı cover mahnısı ilə etmişdir. Ardından Century Media tərəfindən təmin edilən daha böyük bir büdcə ilə qrup üçüncü albomu üzərində işə başlamışdır. İşlərdən qısa bir müddət əvvəl Martin Mendez qrupa bas gitarist olaraq alınmışdır. Ancaq vaxt azlığı səbəbi ilə Okerfeldt bass'ları özü çalmışdır. "My Arms, Your Hears" albomu 1998-ci ildə bu işlər nəticəsində ortaya çıxmışdır və qrupun dünya səviyyəsində çıxardığı ilk albom olmuşdur. İnanılmaz bir reaksiya ilə qarşılanan albom Opeth'in daha geniş dinləyici kütləsi əldə etməsində bir dönüş nöqtəsi oldu. Progressiv təsir əvvəlki albomlara nisbətən azalmış, sözlər və melodiya isə sərtləşmişdi. My Arms, Your Hears öldükdən sonra dünyaya sevgilisini görmək üçün ruh olaraq qayıdan bir adamın yaşadıqlarını izah edir.
Still Life və Blackwater Park (1999 - 2001)
Dördüncü albom "Still Life", 1999-ci ildə nümayiş olundu və musiqi quruluşu baxımından, My Arms, Your Hears ilə eyni istiqamətli oldu. Candelight Records'un ilə müqaviləsi qurtaran qrup, İngiltərədə Peaceville adı ilə bilinən Music for Nations şirkəti ilə razılaşdı. Albomun üz qabığının dizaynındakı gecikmə və digər bütün problemlər səbəbiylə, albom bir ay gec çıxdı. Müqavilədəki problemlər səbəbi ilə albom Amerikada 2001-ci ilə qədər yayımlanmamışdır. Still Life, dini fikirləri, yaşadığı yerdəki hər kəsdən fərqli olduğu üçün qovulan, ancaq illər sonra geri qayıdan və itirdiyi sevgilisini, Melinda'nı tapan bir adamın başına gələnləri izah edir. "Face of Melinda" mahnısı albomdakı ən təsir edici mahnılardan biri olaraq qiymətləndirilir. Daha sonra Melinda adını, Akerfeldt qızına ad olaraq seçir.
Bir neçə konsertin ardından Opeth təkrar işlərə başladı. Prodüserləri bu səfər Porcupine Tree'dən Stiven Vilson oldu. Akerfeldt verdiyi reportajda, əvvəlki iki albomlarında əldə etdikləri müvəffəqiyyəti yenidən əldə etmək üçün studiyaya girdiyi vaxt bu səfər işinin çətin olduğunu, ancaq verdikləri əməyə qətiliklə dəydiyini demişdir. Bundan başqa bu albomda Stiven Vilsonun təsiri və yardımı ilə qrup yaradıcılığını təkrar ortaya qoymuşdur. Və bu əməyin sonunda "Blackwater Park" 2001-ci ildə ortaya çıxdı. Albom, tənqidçilərdən müsbət rəy aldı və qrup bu albomun ardından dünya turuna çıxdı. Bu turnedə ilk dəfə Avropaya səfər edən qrup, Almaniyada, Wacken Open Air festivalında altmış min dinləyici üçün konsert vermişdir.
Deliverance ve Damnation (2002 - 2004)
Blackwater Park turundan qayıtdıqdan sonra Opeth sıradakı albomu üçün işə başladı. Başda Akerfeldt, yeni işləri kateqoriyalaşdırıb bir araya gətirmək mövzusunda çətinlik çəkmişdir: "Gözardı etmək istəmədiyim və əmək verdiyim yumşaq mahnılara baxmayaraq, bu günə qədər yazdığımızdan da sərt bir şeylər yazmaq istəyirəm." demişdir. Akerfeldt'in köhnə dostu olan Katatonia'dan Yonas Renkse, mahnıları, biri sərt digəri isə sakit ritmlərə sahib olan iki ayrı albom halında yayımlamağı təklif etmişdir. Qrup üzvlərini və səsyazma şirkəti məsləhətləşmədən təklifi çox bəyənən Akerfeldt; "Biraz yalan danışmaq məcburiyyətində qaldım ... Onlara bu albomun çox qısa müddətdə və tək bir alboma ayrıla biləcək büdcə ilə yazıla biləcəyini dedim." demişdir. Cəmi bir məşq prosesi ilə girdikləri hazırlanma müddətini Akerfeldt "tarixlərinin ən çətin imtahanı" olaraq qiymətləndirmişdir. Mahnıların qaralamaları yazıldıqdan sonra qrup proyekti İngiltərəyə aparmış və sərt olan "Deliverance" albomunu prodüser Endi Sneap ilə tamamlamağa çalışmışdır. Akerfeldt, Sneap'in albomu və yarımçıq qalan işlərini tamamladığını demişdir.
Deliverance, 2002-ci ildə Dünya miqyasında yayımlanmış ve US Top Independent siyahısında 19-cu sırada yer almışdır. Bu eyni zamanda qrupun Amerika siyahılarındakı ilk uğuru idi. Digər albomdan əvvəl Stokholmda cəmi bir konsert verən qrup, daha sakit olan ikinci albomların vokal işləri üçün yenidən studiyaya daxil oldu. Akerfeldt iki albomun heç vaxt bitməyəcəyinə inansa da, Deliverance və Damnation albomları cəmi yeddi həftəlik bir müddətdə yekunlaşdı. Bu "Blackwater Park" albomu üçün sərf edilən müddətin hamısı qədər idi. Damnation, 2003-cü ildə çıxmış və "Billboard 200" sıralamasında 192-ci sırada yerini almış, həmçinin "Ən yaxşı Hard rok performansı" nominasiyasında Qremmi mükafatı almışdır.
Qrup 2003-2004-cü illər arasında 200-ə yaxın səhnə performansı ilə ən böyük turlarını təşkil etdi. İlk DVD olan Lamentations (Live at Shepherd's Bush Empire 200) albomu 2 saatlıq bir performansa sahib idi və bu albomda Damnation, Deliverance, Blackwater Park'dan mahnılar yer almışdı. Bu DVD albomda həmçinin, Deliverance və Damnation'ın hazırlanması ilə bağlı bir saatlıq bir film də var.
Qrup, İordaniyada, Yaxın Şərqdəki terrorist hücumların yaratdığı qorxu səbəbiylə komandaları olmadan bir konsert vermişdi. 6000 bilet satılan konsertdən sonra, Lopez Akerfeldt'ə narahatlığına dözə bilmədiyini söyləyərək turneyi ləğv etmək mövzusunda israr etmişdi. Daha əvvəl də 2004-cü ildə, Lopez gərgin vəziyyətlərə görə Kanadadan evə yollanmışdı. Qrup turu ləğv etmək yerinə, sonrakı konsertlərdə Lopezin yerinə başqa bir zərb ifaçısı götürməyi qərarı aldı. Lopezin əlindən gəldiyi qədər tez qayıdacağına söz verməsinə baxmayaraq, qrup Yenə Hoglan'a özlərinə yoldaşlıq etməsi üçün təklif etdi. Ardından Lopez nəhayət qayıtmış və Damnation və Deliverance turunun son konserti olan Sietl konsertinə çata bilmişdi. Həmçinin Per Viberq qrupa turne zamanı klavişçi olaraq qatılmışdır. Bir ildən çox müddət turnede qalan Opeth, nəhayət turu bitirdi və yeni bir albom üçün yenidən işə başladı.
Ghost Reveries (2005 - 2007)
Opeth'in Avropadakı səsyazma şirkəti olan Music for Nationsun qapılarını 2005-ci ildə bağlamasının ardından, qrup bir çox şirkətlə görüşmüş və axırda Roadrunner Records ilə razılaşmışdı. Bu xəbər eşidildikdən sonra Opeth'in bir çox pərəstişkarı, Roadrunner Records'un sıravi rok və metal qrupları ilə işləməsi səbəbiylə qrupun daha çox satmaq üçün bu yola əl atdığını iddia etmişdi. Akerfeldt reaksiya göstərmiş və "Bu çox qürur alçaldan bir şeydir, 15 illik kariyerimizde bir çox konsert verdik və albom çıxartdıq, bu müddətdə Opeth pərəstişkarlarının etibarlılığını itirmək utanc vericidir." demişdir.
2004-cü ilin sonlarına doğru albomdakı mahnıları bitirən Opeth, üç həftəlik bir məşqdən sonra albomun səsyazmasına başladı. Təxminən üç ay davam edən bir hazırlıq nəticəsincə Ghost Reveries nümayiş olundu. Amerika siyahılarında 64, İsveçdə 9-cu olan albom, qrupun müvəffəqiyyətinin artdığının göstəricisi oldu.
2006-ci ilin ortalarında Martin Lopez, Opeth'dən ayrıldığunı rəsmi olaraq bildirdi. Səbəb olaraq sağlamlıq problemlərini göstərən Lopezin yerinə, Martin Axenrot keçdi. Eyni il Gigantour çərçivəsində Megadeth ilə eyni səhnəni paylaşan qrup, həmin il bonus olaraq Deep Purple'dən "Soldier of Fortune" cover'inin də yer aldığı albomun fərqli bir versiyasını yenidən yayımladı. Bu versiyada eyni zamanda 5.1 Surround səslə mikslənmiş bir DVD də var idi. 2006-cı ilin sonlarında qrup, Camden Roundhouse'da verdikləri konsert qeydlərinin də yer aldığı ikili bir konsert albomu olan "The Roundhouse Tapes" albomunu çıxardı.
2007-ci ilin mayında Piter Lindqrin, qrupla keçirdiyi 16-ci ildən sonra ayrılma qərarı aldığını açıqladı. "Bu həyatımda etdiyim ən çətin seçimdir, amma fikirləşirəm ki, bu vəziyyətdə doğru olan budur." demişdir. "Bir neçə üzvdən ibarət olan və zamanla formalaşan, dünya miqyasında özünə yer etmiş bir qrupla işləmək üçün lazım olan maraq və ilhamımı itirdiyimi düşünürəm." deyərək qrupdan ayrılmışdır.
Bu ayrılıqdan sonra, köhnə Arch Enemy gitaristi Fredrik Akesson qrupa qatılmışdır. Akerfeldt belə açıqlamışdır: "Peter'ın gedişindən sonra ağılımıza gələn yeganə ad Fredrik idi və məncə İsveçdəki ən yaxşı üç gitaristdən biridir Fredrik. Bir-birimizi təxminən dörd ildir tanıyırıq və onun da bizə ayaq uydura biləcək təcrübəyə sahib olduğunu bilirik."
Watershed (2008 - 2010)
Ghost Reveries albomunun ardından verdikləri 200 konsertdən sonra, qrup 2007-ci ilin noyabrından 2008-ci ilin yanvarına qədər studiyada işləmiş, üçü cover olmaq üzrə on üç mahnı yazmışdır. Albomun tamamlanmış halında yeddi yeni mahnı var idi. 2008-ci ilin iyununda çıxarılan albomu Akerfeldt "bir az daha enerjili" olaraq tərif etmişdir. Bu albomun ardından qrup "UK Defenders of the Faith" çərçivəsində Arch Enemy ilə, Wacken Open Air'de, Progressive Nation'da Dream Theater ilə birlikdə səhnəyə çıxmışdır. "Watershed" qrupun siyahılarda ən çox müvəffəqiyyət tutduğu albomu oldu və Billboard 200 siyahılarında 23-cü sırada yerini aldı. Dünya turuna çıxan qrup bir çox ölkədə səhnəyə çıxdı, lakin İspaniyada və Braziliyadakı konsertlər, Burning Live Festival'ın ləğv olmasıyla verilmədi. Bundan başqa turne çərçivəsində dörd gündə suçiçəyi'nə yoluxan Mikael, bu müddət ərzində 2 konserti də ləğv etmək məcburiyyətində qaldı. Yaranan boşluqda Satyricon iki konsert verdi. Sonrakı iki ayda Opeth Şimali Amerikada High on Fire, BARONESS və Nachmystium'la səhnəyə çıxmışdır. Sonra isə Avropaya qayıtmış və Cynic və The Ocean ilə birlikdə turu yekunlaşdırmışdır.
Opeth, God of War III üçün The Throat of Winter adlı bir single da yazmışdır. Akerfeldt mahnını "qəribə" və "çox da metal deyil" kimi ifadə etmişdir.
20-ci ili qeyd etmələri çərçivəsində Opeth, "Evolution XX: An Opeth Anthology" adında bir turne təşkil etmişdir. Bu turnede "Blackwater Park" albomu bütövlüyü pozulmadan ifa edilmiş və daha əvvəl ifa olunmuş bir çox mahnı da çalınmışdır. Akerfeldt 20-ci il üçün: "Buna inana bilmirəm amma bəli, 20-ci ilimizi qeyd edirik. 16 yaşından bəri bu qruplayam, bu dəlilikdir!" demişdir.
Heritage (2011 - indiyədək)
2011-ci ilin aprelində yeni albomunu tamamladıqdan sonra Opeth, Per İlberqin qrupdan ayrıldığını açıqladı.
Opeth'in onuncu albomu "Heritaga" 2011-ci il 14 sentyabr tarixində yayımlandı və dinləyicilər tərəfindən müsbət qarşılandı. Albomun yazılış tərzi əvvəlki albomların musiqi stilindən uzaqlaşması ilə xarakterizə olunurdu.
Opeth, 2011/2012 Heritage turu çərçivəsində Şimali Amerika və Avropada konsertlər vermişdir. Qrup sentyabr və oktyabr aylarında Katatonia ilə, noyabr ayında isə Pain of Salvation eyni səhnəni paylaşdı. Qrup, 2012-ci ildə bu tur zamanı Türkiyə, Hindistan, Yaponiya, Yunanıstan, İsrail, Cənubi Amerika və İsveçdə konsert vermişdir. Qrup, 2012-ci il 5 fevral tarixində Summerstorm festivalı çərçivəsində ilk dəfə Banqalorda konsert verdi.
Opeth, 2012-ci ilin mayında Ghost tərəfindən təşkil edilən Şimali Amerika turunda Mastodon ilə birlikdə çıxış etdi. Operth və Mastodon bu xüsusi konsertin əsas qrupları idi.
2012-ci ilin avqust ayında, Akerfeldt Opeth'in on birinci albomu üçün hazırlaqlara başladığını açıqladı.
Musiqi stili və ilham qaynağı
İlham qaynağı
Mikael Akerfelt, Opeth'in vokalist/gitaristi və eyni zamanda mahnılarının da bəstəkarıdır. Akerfeldt gənc yaşlarda Iron Maiden, Slayer, Death, Black Sabbath, Deep Purple, Celtic Frost, King Diamond, Camel, Morbid Angel və ən əsası Judas Priest'dən təsirlənmişdir. Akerfeldt "Sad Wings of Destiny" albomunu bütün dövrlərin ən yaxşı metal albomu hesab edir. Və o ancaq Judas Priest'ə qulaq asdığını deyir. Akerfeldt, Opeth konsertlərindən əvvəl hazırlıq əsnasında qrupun "Here Come the Tears" mahnısını oxuyur.
Janr və musiqi stili
Akerfeldt'in qrupun musiqi tərzində təsiri böyükdür. Qrupun musiqi stili əsasən proqressiv rok və death metalın qarışığı olaraq ifadə edilir. Bunu, Opeth'in beşinci studiya albomu "Blackwater Park"-da görmək mümkündür.
Qrup üzvləri
- Mikael Akerfeldt - vokalist, gitarist (1990–indiyədək) bas gitara (1997)
- Martin Mendez - bas gitara (1997-indiyədək)
- Martin Axenrot - zərb alətləri (2006-indiyədək)
- Fridrik Akesson - gitarist, bekvokal (2007-indiyədək)
- Yoaxim Svalberq - klaviş, bekvokal (2011-indiyədək)