Opet festivalı

Opet festivalı və ya Opet bayramı (q.misir Ḥb-nfr-n-Jp(3)t) — Qədim Misirdə AmonMutun nikahının hər il qeyd edilməsi. Burada həmin tanrıların və onların uşağı Xonsunun (Teben triadası) təsvirləri olan barkalar Karnak məbəd kompleksindən (İpet-İsut və ya İpet-sut)[1] Luksor şəhərinə aparılırdı.[2] Prosesin kulminasiya nöqtəsi İpet-İsutdan olan Amon-Ranın Tebendən olan Amon ilə görüşü olmuşdu.[3] Yenidən doğuş festivalın əsas mövzularından biridir, buna görə də fironun yenidən tacqoyma mərasimi adətən orada keçirilirdi.[4] Bayram Yeni padşahlıq dövründən qeyd olunur.

Müqəddəs barka ilə kahinlər. Karnak məbəd kompleksində təsvir.

İstinadlar

  1. Ольга Игоревна Павлова. Амон Фиванский: ранняя история культа, В-XVII династии. М.: Наука. 1984. 73.
  2. И. С. Кацнельсон. Мероэ: История, история культуры, язык древнего Судана. Наука. 1977. 137.
  3. Richard H. Wilkinson. The Complete Temples of Ancient Egypt. Thames & Hudson. 2000. 171. ISBN 9780500051009.
  4. Bell, Lanny. The New Kingdom ‘Divine’ Temple: The Example of Luxor. Ithaca, NY: Cornell University Press. Shafer, B. E. 1997. 174, 161.

Əlavə ədəbiyyat

  • Davies, V. & Friedman R. Egypt, British Museum Press, 1998
  • Nigel Strudwick and Helen Strudwick. Thebes in Egypt, Cornell University Press, 1999
  • Darnell, John C. Opet Festival // UCLA Encyclopedia of Egyptology. Jacco Dieleman, Willeke Wendrich. Los Angeles. 2010. 01 dekabr.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.