Opera teatrı

Opera teatrı, opera salonu və ya opera evi — opera tamaşalarının nümayişi üçün istifadə edilən binalara verilən addır. Binaya səhnə, orkestr yeri, tamaşaçı oturacaqları və səhnə arxası xidmət bölmələri (geyimlər və səhnə dekorasiyası üçün) daxildir. Bu binalar bəzi şəhərlərdə yalnız opera tamaşalarına həsr olunmuş binalar olarkən, digər şəhərlərdə isə daha böyük tamaşa sənəti mərkəzlərinin bir hissəsi kimi xidmət edirlər.

Opera teatrının panoraması

Tarixdə ilk tanınmış və ictimaiyyətə açıq olan opera teatrı İtaliyanın Venesiya şəhərində yerləşən və 1637-ci ildə açılan Teatro San Cassiano opera teatrıdır. Tarixən təkcə elit təbəqənin deyil, həm də ictimaiyyətin bütün təbəqələrinin operaya maraq göstərdiyi bir ölkə olan İtaliyada bu gün də çox sayda opera salonları mövcuddur.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.