Opera kabusu (film, 2004)
Opera kabusu (ing. The Phantom of the Opera) — 2004-cü il Birləmiş Krallıq və ABŞ-nin birgə istehsalı olan musiqili, romantik, dram filmi. Coel Şumaxer tərəfindən ekranlaşdırılmış film Endryu Lloyd Vebberin 1986-cı ildə yazdığı eyniadlı müzikl əsasında çəkilib. Əsər fransız yazıçısı Qaston Lerunun eyniadlı novellası əsasında yazılmışdır.
Opera kabusu | |
---|---|
ing. The Phantom of the Opera | |
Janr | romantik film[1][2][…], dram filmi[1][2], musiqili film[1][2][…], roman ekranlaşdırması[d] |
Rejissor | |
Prodüser | |
Ssenari müəllifləri |
|
Baş rollarda | |
Operator |
|
Bəstəkar | |
Montajçı | Terri Roulinqs[d] |
İstehsalçılar |
Joel Schumacher Productions Really Useful Films Scion Films |
Distribütorlar |
Entertainment Film Distributors (Birləşmiş Krallıq) Warner Bros. Pictures (ABŞ) |
İlk baxış tarixi | 10 dekabr 2004 |
Müddət | 143 dəq.[6] |
Büdcə | $70–80 milyon[7][8] |
Gəlir | $154.6 milyon[7] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli, ağ-qara[d] |
IMDb | ID0293508 |
Məzmun
1919-cu ildə xaraba qalmış Paris Opera Evində hərrac keçirilir. Hərraca əlil arabasına məhkum qalmış yaşlı Raul, Qraf de Şanyi fars geyimində zərb aləti çalan musiqili meymun oyuncağını alır. Hərrac zamanı o tanış simanı, gənc vaxtı tanış olduğu Madam Jirini görür. Madam Jiri indi daha yaşlıdır. Onların birgə diqqətini isə hərraca çıxarılmış 666 nömrəli lot cəlb edir; bu, yenidən bərpa olunmuş və elektrik naqilləri taxılmış nəhəng tavan şamdanıdır. Bu şamdanı hərrac işiləri yandırarkən ətraf yenidən köhnə illərə qayıdır, teatr öz əzəmətli və yaraşıqlı görkəminə qayıdır və 1870-ci ildə baş vermiş hadisələr yenidən canlanır.
- Kabus roluna Con Travolta və Antonio Banderas namizəd idi. Antonio Banderas hətta vokal dərsləri də almışdı.
- Kristina roluna Kira Naytli, Şarlotta Çerç, Enn Heteuey namizəd idi. Keti Holms rola təsdiqlənsə də, rejissor Ketini rol üçün yaşlı sayıb.
- Layihə 1990-cı ildə hazırlanmışdı. Layihədə baş rolları Maykl Krouford və Sara Braytman oynamalı idilər. Amma layihənin başlamağına az vaxt qalmış Endrü Lloyd Veber Sara Braytmanla boşandığı üçün layihə "rəfə" qaldırıldı.
- Hindistanlı Şexar Kapur rejissor kürsüsünə namizədlərdən biri idi.
- 13 il ərzində layihədə adı qeyd edilənlərin çoxu dəyişdirildi. Yalnız rejissor Coel Şumaxer qaldı.
- Baş rol ifaçısı Cerard Batleri qrimləmək üçün hər gün 4 saat vaxt sərf edilib.
- Filmin son səhnəsinin çəkilişinə 1 həftə vaxt gedib.
- 2004-cü ilin aprelində Londonda eyniadlı əsər teatrda göstərilirdi. Çəkiliş qrupu aktyorlardan səhnəni tərk etməməyi, film üçün səs effektləri yazmağa kömək etməyi xahiş ediblər.
İstinadlar
- http://www.metacritic.com/movie/the-phantom-of-the-opera.
- http://www.imdb.com/title/tt0293508/.
- http://www.filmaffinity.com/es/film653531.html.
- http://www.imdb.com/title/tt0293508/fullcredits.
- http://www.bbfc.co.uk/releases/andrew-lloyd-webbers-phantom-opera-2004.
- "Andrew Lloyd Webber's The Phantom of the Opera (12A)". British Board of Film Classification. 26 August 2004. 26 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2013.
- "The Phantom of the Opera". Box Office Mojo. 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-30.
- Harris, Dana. "Mavericks reap Oscar rewards". 6 March 2005. 22 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 September 2023.
Xarici keçidlər
- The Phantom of the Opera — Internet Movie Database saytında.
- The Phantom of the Opera Box Office Mojo-da
- The Phantom of the Opera Rotten Tomatoes saytında (ing.)
- The Phantom of the Opera Metacritic-də
- Michael Williams; Benedict Carver. "Banderas drawn to 'Phantom'". Variety. 5 April 1998.