Opatiya
Оpаtiya (xorv. Opatija, alm. Sankt Jakobi, it. Abbazia) — Xorvatiyanın Adriatik dənizi sahilində, Riyekanın cənub-qərbindəki bir şəhərdir. 2011-ci ildən etibarən şəhərin 11,659 əhalisi var, mərkəzdə isə 6,657 nəfər yaşayır.[3] Məşhur yay və qış tətil yeridir, qışda orta istilik 10 °C və yayda 25 °C olur. Opatiya dəfnə meşələri ilə əhatə olunmuşdur. Şimalda və cənubda bütün dəniz sahili qayalıq və mənzərəlidir.
Opatiya | |||
---|---|---|---|
Opatija | |||
![]() | |||
|
|||
45°20′05″ şm. e. 14°18′25″ ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Sahəsi | |||
Mərkəzin hündürlüyü | 0 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +385 051 | ||
Poçt indeksi | 51410 | ||
Digər | |||
opatija.hr | |||
| |||
![]() |
Tarixi
1872-ci ildə Matulyiyə dəmir yolları çəkildi və bununlada Opatiyada və Lovranda turizmin inkişafına səbəb oldu.
Avstriya imperatoru I Frans İosif bir neçə ay qış aylarında burada qalmış və 19-cu əsrin sonlarından qalma lüks otel və villada dəfələrlə məskunlaşmışdır.
1920-ci ildə Opatiya İtaliyaya bağlandı. İki il sonra, faşistlər hakimiyyətə gəldikdə, İtaliya hökuməti əhalinin məcburi italyanlaşma proqramına başladı və ictimai ərazilərin əksəriyyəti italyan dilli vətəndaşlar üçün ayrıldı.
1947-ci ildə Opatiya Yuqoslaviyaya verildi, əvvəlki illərdə xeyli artan italyan dilli əhalinin əksəriyyəti İtaliyaya köç etdi. 1963-cü ildə memar Andria Cicin-Sain və komandası tərəfindən "Adriatik" otelin inşası tamamlandı. "Adriatik" oteli Avstriya-Macarıstan İmperiyası dövründən sonra Opatiyada tikilən ilk otel oldu.
1991-ci ildə Yuqoslaviyanın dağılmasından sonra şəhər Xorvatiyaya bağlandı.
2010-cu ildə Zalsburq yaxınlığındakı Bad Isçl şəhəri, Opatiyanın ilk Avstriya qardaş şəhəri oldu.
Görkəmli şəxsləri
- Teodor Bilroz (1829–1894), Opatiyada öldü.
- Robert Qerle (1924–2005), Opatiyada anadan oldu.
- Draqo Qervais (1904–1957), Opatiyada anadan oldu.
- Kosta Hakman (1899–1961), Opatiyada öldü.
- Franz, Count of Meran (1839–1891), Opatiyada öldü.
- Qustav Maler (1860–1911), bir neçə dəfə Opatiya (Abbaziya) bölgəsinə səyahət etdi.
- Andria Mohorovicic (1857–1936), Opatiyada anadan oldu.
- Leo Sternbaç (1908–2005), Opatiyada anadan oldu.
- Qyula Szapary (1832–1905), Opatiyada öldü.
Qardaş şəhərlər
Qalereya
- Qız qağayı ilə
- Müqəddəs Yaqub kilsəsi
- Villa Anqiolina
- Kvarner otel
- Opatiya otel
- Fiat Mokarabia şokolad festivalında
- Muzey
- Miroslav Krleza heykəli
- Opatiyada gecə
- "Ambasador" otel
- Çimərliklər
- Anton Çexovun bürünc büstü
Həmçinin bax
İstinadlar
- Register of spatial units of the State Geodetic Administration of the Republic of Croatia.
- Popis stanovništva, kućanstava i stanova 2021. – stanovništvo prema starosti i spolu po naseljima, 2021 Croatian census: population data by age, sex, settlement. Croatian Bureau of Statistics, 2022.
- "Census of Population, Households and Dwellings 2011" (ingilis dili). www.dzs.hr. 14 noyabr 2013 tarixində arxivləşdirilib.
- "Opatija's Twin towns — Sister cities" (ingilis dili). www.opatija.net. 2011-10-05 tarixində orijinalından arxivləşdirilib.