Opalinkimilər dəstəsi
Opalinkimilər dəstəsi (lat. Opalinida ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə.
Opalinkimilər dəstəsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Opalinkimilər dəstəsi |
||||
Beynəlxalq elmi adı | ||||
Opalinida | ||||
|
Haqqında
Opalinkimilər, demək olar ki, sırf suda – quruda yaşayanların parazitləridir. Opalinlərin bədəni bərabər kirpiklərlə örtülüdür. Onlarda həzm və ifrazat vakuolu yoxdur, qidalanma diffuz xarakterlidir. Müxtəlif opalinlər iki və daha çox eyni tipli nüvəyə malikdir ki, bununla infuzorlardan fərqlənirlər. Dəstənin xarakterik nümayəndələri qurbağa opalinasıdır. Bədəni yastıdır, yarpaqşəkillidir və 1mm uzunluqdadır. Bədənin üzəri çoxlu miqdarda qısa və bərabər qamçılarla örtülmüşdür. Endoplazmada onlarla kiçik nüvə vardır. Yumulan vakuolu yoxdur. Qidalanması osmotik yolladır. Parazit, qurbağanın düz bağırsağında yaşayır və ilboyu burada qeyri-cinsi yolla çoxalır. Yazda qurbağa kürü tökərkən opalın bir neçə dəfə bölünür və əmələ gəlmiş kiçik fərdlər sistalaşaraq suya tökülür. Sista çömçəquyruq tərəfindən udulur. Çömçəquyruğun bağırsağında opalinlərdən mikroqametlər və makroqametlər əmələ gəlir və onlar birləşərək ziqota əmələ gətirir. Ziqota sistalaşır, suya düşür və çömçəquyruq tərəfindən udulur ki, o da inkişaf edərək çoxnüvəli opalinə çevrilir.[1]
Mənbə
B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh
Həmçinin bax
Xarici keçidlər
İstinad
- B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı, "Təhsil" 2008, 568 səh