Onun 150 yaşı var (film, 1958)
Onun 150 yaşı var | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Şamil Mahmudbəyov |
Ssenari müəllifi | Nikolay Paniyev |
Operator | Teyyub Axundov |
Bəstəkar | Rauf Hacıyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1958 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1958 |
Texniki məlumatlar |
2 hissə 547 metr 35 mm |
Rəng | ağ-qara |
Məzmun
Film kinoportret janrında çəkilmiş və planetimizin ən qocaman sakinlərindən olan Mahmud Eyvazova həsr olunmuşdur. Müəlliflər mövzunu işlərkən bu adamın uzun ömürlülüyünün obyektiv və subyektiv səbəblərini göstərməyə, qocanın həyat tərzinin səciyyəvi cəhətlərini açmağa çalışmışlar.
Lerik rayonunun sakini olan bu qoca ömrü boyu işləmiş, zəhmətlə dolanmışdır. Sonra biz onu çobanların, məktəblilərin yanında, böyük ailəsinin əhatəsində, Moskvada ÜİKTS-in (Ümumittifaq Kənd Təsərrüfatı Sərgisi) Azərbaycan pavilyonunda görürük.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Şamil Mahmudbəyov
- Ssenari müəllifi: Nikolay Paniyev
- Operator: Teyyub Axundov
- Bəstəkar: Rauf Hacıyev
- Səs operatoru: Sabir İsgəndərov
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.