Onlayn şəxsiyyət

Onlayn şəxsiyyət, həmçinin internet kimliyi, onlayn kimlik və ya internet şəxsiyyətiinternet istifadəçisinin onlayn icmalarda və veb-saytlarda yaratdığı sosial şəxsiyyət. Bu, həm də şəxsin özünün fəal şəkildə formalaşdırılmış təqdimatı ola bilər. Bəzi insanlar onlayn olaraq öz həqiqi adlarından istifadə etməyi seçsələr də, bəzi internet istifadəçiləri özlərini təxəllüslər ilə təqdim edərək anonim qalmağa üstünlük verirlər. Bu, müxtəlif miqdarlarda şəxsiyyəti müəyyən edən məlumatları ortaya qoyur. Onlayn şəxsiyyət hətta istifadəçinin onlayn məkanda bir hissəsi olduğu müəyyən sosial qrupa münasibətilə də müəyyən edilə bilər. Bəziləri öz şəxsiyyətləri haqqında yanıldıcı məlumatlar ortaya qoya bilərlər.

Bəzi onlayn kontekstlərdə, o cümlədən İnternet forumlarında, onlayn söhbətlərdəkütləvi şəkildə çox oyunçulu onlayn rol oynayan oyunlarda (MMORPG) istifadəçilər avatar, ikon ölçülü qrafik təsviri seçməklə özlərini vizual olaraq təmsil edə bilərlər. Avatarlar istifadəçilərin onlayn şəxsiyyətlərini ifadə etmə üsullarından biridir. Digər istifadəçilərlə qarşılıqlı əlaqədə qurulmuş onlayn şəxsiyyət reputasiya qazanır və bu, digər istifadəçilərə şəxsiyyətin etibara layiq olub-olmaması barədə qərar verməyə imkan verir. [1] Onlayn şəxsiyyətlər identifikasiya vasitəsilə istifadəçilərlə əlaqələndirilir ki, bu da adətən qeydiyyat və daxil olmağı tələb edir. Bəzi veb-saytlar istifadəçiləri müəyyən etmək üçün istifadəçinin IP ünvanından və ya izləmə kukilərindən də istifadə edir. [2]

Mənlik anlayışı və bunun inkişaf etməkdə olan texnologiyalardan necə təsirləndiyi təhsil, psixologiyasosiologiya kimi sahələrdə tədqiqat mövzusudur. İnternetdə anonimlik və auditoriya məmnuniyyəti nəticəsində yaranan ağılsız və maneəsiz davranış anlayışına istinad edən onlayn disinhibisiya effekti diqqətəlayiq bir nümunədir.[3]

Statistika və tədqiqat

Sorğular nəticəsində müəyyən olunmuşdur ki, sosial şəbəkə mühitində və bloqosferdə yeni şəxsiyyət yaratmaq üçün hansısa şəxsin özü haqqında məlumatları təhrif etməsi birbaşa ünsiyyətdə yalan danışmaqdan daha çox sosial cəhətdən məqbul hesab olunur. Sosial şəbəkələrin istifadəçilərinin və blogerlərin yarıdan çoxu ən azı bir dəfə internetdə özləri haqqında müxtəlif dərəcədə yalan məlumatlar yerləşdirdiklərini etiraf etmişdilər.[4][5]

İnternet mühitində ünsiyyət zamanı kişilər əsas olaraq qazanc, karyera və təhsil ilə bağlı özləri haqqında məlumat təqdim edərkən qadınlardan daha çox təhrifə yol verirlər. Bundan başqa, qadınlar öz təhlükəsizliklərini təmin etmək üçün daha çox yalana əl atırlar.[6]

Bazar

Yaxşı reputasiya qazanmış onlayn şəxsiyyət iki səbəbə görə dəyərlidir. Birincisi, bir və ya bir neçə şəxs onlayn şəxsiyyətin reputasiyasını yaratmaq üçün çoxlu vaxt və səy sərf etmişdir. İkincisi, digər istifadəçilər həmin onlayn şəxsiyyətin kifayət qədər etibarlı olub-olmaması barədə qərar verməyə çalışarkən onun nüfuzuna nəzər yetirirlər. Bu səbəbə görə onlayn şəxsiyyətlərin onlayn auksion saytlarında satışa çıxarılması normal hala çevrilib. Bununla belə, onlayn şəxsiyyətlərin sahibliyi ilə bağlı münaqişələr yaranır. Bu yaxınlarda, "Sony Online Entertainment"ə məxsus "EverQuest" adlı kütləvi çoxnəfərli onlayn oyunun istifadəçisi öz "EverQuest" şəxsiyyətini "eBay"də satmağa cəhd etmişdi. "Sony" buna etiraz etmiş, personajın "Sony"nin əqli mülkiyyəti olduğunu irəli sürmüş və hərracın çıxarılmasını tələb etmişdi. ABŞ qanunvericiliyində Rəqəmsal əsrdə müəllif hüququ haqqında qanunun (DMCA) şərtlərinə əsasən, "eBay" riayət etmədiyi təqdirdə müəllif hüquqlarının pozulması ilə bağlı iddianın tərəfi olmaq təhlükəsində idi.

Tənqidi

Bəzi tədqiqatlar göstərir ki, istifadəçilərin sosial şəbəkələrdəki səhifələri çox vaxt şəxsi psixoloji xüsusiyyətləri və davranışları baxımından onların real kimliyini düzgün əks etdirir və beləliklə, onlayn şəxsiyyətin əksər hallarda real olandan güclü şəkildə ziddiyyət təşkil etdiyinə dair ümumi fikrə qarşı çıxır.[7][8]

Həmçinin bax

İstinadlar

  1. Nabeth, Thierry. Understanding the Identity Concept in the Context of Digital Social Environments (PDF) // D2.2: Set of use cases and scenarios. FIDIS Deliverables. 2. FIDIS. 26 May 2006. 74–91. 25 January 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 August 2023.
  2. "The Many Ways Websites Track You Online". 28 September 2016. 27 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2023.
  3. Suler, John. "The Online Disinhibition Effect". CyberPsychology & Behavior. 7 (3). 2004: 321–326. CiteSeerX 10.1.1.514.4718. doi:10.1089/1094931041291295. PMID 15257832.
  4. Adam Snape. "Over Three Quarters Of Brits Say Their Social Media Page Is A Lie". Custard. 6th April 2016. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-02.
  5. ВЦИОМ. Опрос от 6 февраля 2011 года.
  6. Whitty, M. T. Liar, liar! An examination of how open, supportive and honest people are in Chat rooms (PDF) // Computers in Human Behavior (journal) (английский). № 18 (4). 2002. 343—352. 2017-08-12 tarixində arxivləşdirilib (PDF).
  7. Back, M.D., Stopfer, J.M., Vazire, S., Gaddis, S., Schmukle, S.C., Egloff , B. & Gosling, S.D. Facebook profiles reflect actual personality not self-idealization (PDF) // Psychological Science (journal) (английский). № 21. 372—374. 2016-06-29 tarixində arxivləşdirilib (PDF).
  8. Samuel D. Gosling, Adam A Augustine, Simine Vazire, Nicholas Holtzman, Sam Gaddis. Manifestations of Personality in Online Social Networks: Self-Reported Facebook-Related Behaviors and Observable Profile Information // Cyberpsychology, Behavior, and Social Networking . 14 (9). 2011-01-23. 483–488. doi:10.1089/cyber.2010.0087. ISSN 2152-2715.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.