Onekotan
Onekotan adası (Аnakutan; ayn məşhəlli addır: Оnne kotan, onne "qədim, hörmətli, qiymətli, böyük", kotan "kənd, torpaq sahəsi, yaşayış yeri; şəhər, şəhərçik, yer", ilk əvvəllər adanın şimalında olan qəsəbəyə şamil edilirdi) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayəti Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur.
Onekotan adası | |
---|---|
rus. Oстров Онекотан | |
Ümumi məlumatlar | |
Sahəsi | 425 km² |
Uzunluğu |
|
Eni | 17 km |
Hündür nöqtəsi | 1324 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
49°27′00″ şm. e. 154°46′00″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
Adanın sahədi 425 km²[1], uzunluğu 43 km, eni isə 11–17 km təşkil edir. Şimal-şərqdə Paramuşir adasından 53 km aralıda yerləşir. Onu Paramuşirdən Dördüncü Kuril boğazı ayırır. Beşinci Kuril boğazı ilə isə Makanruşi adası ilə ayrılır. Maranruşi adasından 28 kilometrlik məsafədə yerləşir. Altıncı Kuril boğazı ilə isə Xarimkotan adasından ayrılır. İki ada arasında ən qısa məsafə 15 kilometrdir.
Kuroisi buxtasından şərqdə, sahilə yaxın ərazidı aynlara məxsus olan, hazırda isə tərk edilmiş kənd vardır. 2005-ci ilə qədər sərhəd zastavası mövcud olmuşdur. "Şestakov" adanln qərbində, "Onekotan" isə şərqində fəaliyyət göstərirdi. Adanın bir başından digər başına getmək üçün vaxtı ilə mövcud olmuş yol hələdə varlığını qoruyur.
Adada fəaliyyətdə olan vulkanlar və kalderalar mövcuddur: Krenisın vulkanı (1324 metr, 1-ci ranq kapitan Pyotr Kuzmiç Krenisının şərəfinə adlandırılmışdır. Adanın cənubunda yerləşir) və Nemo vulkanı (1019 m, adanın şimalında qərarlaşır).
Kalderada göl qərarlaşır. Krenisın vulkanının cənub kalderası su ilə dolmuşdur. Göl 15 kilometrlik çevrəyə malikdir. Dərinliyi 369 metr təşkil edir[2]. Göl quruluşuna görə Kolçevoy adlanlr. Nemo vulkanının isə kalderasının şimal-şərqi su ilə dolmuşdur. Çornaya gölü 4 kilometr uzunluğa və 2 km enə malikdir. Adada uzunluğu 5 kilometrdən çox olan 7 çay vardır. Ən uzun çayı Ozernaya Nemo kalderası yaxınlığından başlayaraq Oxot dənizinə tökülür. Bu uzunluqda olan Kedrov çayı isə adanın mərkəzi ilə Sakit okeana axır (8 km). Sıx cəngəlliklərə sahibdir. Bəzi ağacların hündürlüyü 2–4 metrdir. Bataqlaşmış ərazilərə sahibdir. Ərazisinin böyük hisdəsini kol bitkiləri örtmüşdür. Giləmeyvələrdən: Empetrum, cır qaragilə, Rubus chamaemorus.
Ada ərazisində tülkü və kiçik gəmiricilər yaşayır. Sahilində — Əsl suitilər, dəniz şirləri üzür. Adada ilk dəfə geodeziyacılar İvan Evreinov və Fyodr Lujin (1720) olmuşdur.
İstinadlar
- "International Kuril Island Project(IKIP)". University of Washington Fish Collection or the respective authors. 2013-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.
- "Kuril adalarlarına təşkil olunan böyük elspedisiya başa çatmışdır". 2015-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-05.