Oncallı
Oncallı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Oncallı | |
---|---|
41°16′56″ şm. e. 46°51′27″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 211 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
| |
![]() |
Toponimikası
Oncalı adının dəyişikliyə uğramış variantı hesab edilir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində İlisu sultanı Əhməd xan tərəfindən yaradılmış kəndlərdən biridir. Tədqiqatçılar oykonimi qıpçaqların əncə tayfasının adı ilə bağlayırlar.[1]
Tarixi
Oncallı kəndinin yaşayış məskəni kimi məskunlaşma tarixi XIV əsrə aid edilir. Kəndin adı qıpçaq türklərinin incəli (orta əsr rus salnamələrində ançebiçi kimi qeyd olunub) tayfasının adı ilə bağlıdır. Bu adla İncəçay (hidronim) və İncəli kəndi (Şəki rayonu ərazisində) və Gürcüstan ərazisində İnçxevi (İncə dərəsi) kimi bir cox toponimlər mövcuddur. Saruxan şəhəri (Ukraynanın indiki Xarkov şəhəri) mərkəz olmaqla vaxtilə mövcud olmuş qıpçaq xanlığına daxil olan tayfa birliklərindən biri olmuşdur (Xarkov şəhərinin adı Saruxan adından götürülmüşdür). XII əsrdə Atrak adlı qıpçaq xanının başçılığı altında Dəryal keçidindən keçərək bu ərazidə məskunlaşdıqları məlumdur.[2]
Tarixi abidələri
Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi bu kənddə yerləşir.
İstinadlar
- Oncallı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- A.Pletnyova. Qıpçaqlar. Moskva: 1990