On iki imam
On iki imam – İslamın on iki imamçı şiə və ələvi qollarında Məhəmməd peyğəmbərin (s.ə.s) dini və siyasi xəlifələridirlər.[1] On iki imamçıların dini nəzəriyyələrinə görə, on iki imam təkcə cəmiyyəti ədalətlə idarə edən şəxslər yox, həmçinin şəriəti (İslam hüquq sisteminin) və Quranın ezoterik (sirli, yalnız seçilmiş şəxslərə məxsus) mənalarını qoruyan və təfsir (izah) edən nümunəvi insan fərdləridir. Muhəmmədin (s.ə.s) və imamların sözləri və əməlləri cəmiyyət üçün bələdçi və nümunə rolunu oynayır. Bu səbəbdən də onlar səhv və günahlardan uzaq olmalıdırlar (dini terminologiyada İsmət və ya məsumluq adlanır) və Məhəmmədin əli ilə ilahi hökmlə, və ya nəsslə təyin edilməlidirlər.[2][3]
İmamət inancı
İslamın on iki imamçı şiə qolunun inancına görə əql – ilahi müdriklik (hikmət) Peyğəmbərlərin və imamların ruhlarının mənbəyi olmaqla, onlara Hikmət adlanan ezoterik bilik aşılayır və onların iztirabları, onların tərəfdarlarına ilahi bəxşiş vasitələridir.[4][5]
Baxmayaraq ki, imam ilahi vəhyi almır, ancaq onun Allahla çox yaxın rabitəsi var, hansı ki, o rabitə vasitəsilə Allah imama, imam da öz növbəsində insanlara bələdçilik edir. İmamlara həmçinin sahib olduqları “əl-Cəfr”, “əl-Camiə” kimi gizli kitablar da aid edilir. İmamət, yaxud ilahi rəhbərliyə etiqad on iki imamçı şiə əqidəsində əsas inanclardan hesab edilir və “Allah bəşəriyyəti ilahi bələdçiliyə çıxış imkanı olmadan buraxmaz” nəzəriyyəsinə əsaslanır.[6]
On iki imamçıların inancına görə, hər dövrün müsəlman cəmiyyətində bütün əqidə və fiqh məsələləri üzrə ilahi hökmü müəyyən edən imamı var. Əli ibn Əbu Talib on iki imamın birincisidir və on iki imamçı etiqada görə, Məhəmmədin ədalətli səhabəsidir və onun qızı olan Fatimə yolu ilə ondan sonra Məhəmmədin kişi nəsli davam etmişdir. Bir-birləri ilə qardaş olan Həsən və Hüseyndən başqa hər bir imam özündən əvvəlki imamın övladıdır (oğludur). On ikinci və sonuncu imam Məhəmməd əl-Mehdidir və on iki imamçı şiələrin etiqadına görə, hal-hazırda həyatdadır (diridir) və dünyaya zühur edib ədaləti bərpa edənə qədər qeybdədir (bu hadisə Böyük Qeybət dövrü adlanır).[6] On iki imamçı şiələr və Ələvi müsəlmanların inancına görə, on iki imam barədə Məhəmməddən nəql edilən “On iki xəlifə” hədisinə əsasən öncədən xəbər verilmişdir. On iki imamçı şiə və ələvi inancına görə, hazırda qeybdə olan sonuncu imamdan başqa bütün imamlar qeyri-təbii ölümlə ölüblər.
On iki imam bəzi Sufi ordenlərdə aparıcı rola malikdir və İslamın siyasi yox, sadəcə dini rəhbərləri hesab edilirlər. Belə ki, Sufi ordenlərin əksəriyyəti on iki imamdan birinə gedib çıxır.
İmamların siyahısı
Nömrə | Adının xəttatlıqla ərəbcə yazılışı | Adı (Tam/Künyə) | Yazılış (Ərəbcə/Azərbaycanca) | Doğum və Ölüm |
Önəm | Doğulduğu yer | Ölüm səbəbi və yeri Dəfn yeri[7] |
---|---|---|---|---|---|---|---|
1 | Əli ibn Əbu Talib علي بن أبي طالب Əbu əl-Həsən أبو الحسن |
Əmirəlmöminin (Möminlərin əmiri)[8]
Birinci Ali[9] |
600–661[8] 23 (Hicrətdən əvvəl)–40[10] |
Şiələrə görə birinci imam və Məhəmmədin canişini; Sünniliyə əsasən dördüncü raşidi xəlifə. Bütün sufi müsəlmanlar arasında yüksək mövqeyə malikdir. Məhəmmədin soyunun onunla Fatimənin izdivacından davam etdiyinə inanılır[8] | Məkkə, Səudiyyə Ərəbistanı[8] |
Kufə məscidində namaz qılarkən xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən qətlə yetirilmişdir.[8][11] Məzarı İraqın Nəcəf şəhərindəki İmam Əli məscidindədir. | |
2 | Həsən ibn Əli حسن بن علي Əbu Muhamməd أبو محمد |
əl-Müctəba
İkinci Ali[9] |
624–670[12]
3–50[13] |
Məhəmmədin, qızı Fatimədən olan yaşca ən böyük nəvəsi. Həsən Kufədə xəlifəlik etmiş atasının ölümündən Muaviyyə ilə sülh müqaviləsi bağlayana qədər yeddi ay ərzində İraqa nəzarət etmişdir.[14] | Mədinə, Səudiyyə Ərəbistanı[12] |
On iki imam şiələrinə görə indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərində Muaviyyənin təşəbbüsü ilə arvadı tərəfindən zəhərlətdirilmişdir.[15] Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır. | |
3 | Hüseyn ibn Əli حسین بن علي Əbu Abdullah أبو عبدالله |
Seyyidüş-şühəda
Üçüncü Ali[9] |
626–680[16]
4–61[17] |
Məhəmmədin nəvəsi, Əlinin oğlu və Həsən ibn Əlinin qardaşı. Yezidin xəlifəliyinin qanuniliyinə qarşı çıxmış və bu səbəblə də Kərbəla döyüşündə öldürülmüşdür. Bu hadisədən sonar Hüseyn şiəlikdə mərkəzi, aparıcı mövqe tutur və ölümü qeyd edilir.[16][18] | Mədinə, Səudiyyə Ərəbistanı[16] |
Kərbəla döyüşündə öldürülüb.[16] Məzarı İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidindədir. | |
4 | Əli ibn Hüseyn علي بن الحسین Əbu Muhamməd أبو محمد |
əl-Səccad, Zeynül-abidin
Dördüncü Ali[9] |
658[19] – 712[20]
38[19]–95[20] |
"Əhli-beytin Zəburu" kimi tanınan "Səhifeyi Səccadiyyə"nin müəllifi.[20] | Mədinə, Səudiyyə Ərəbistanı[19] |
Əksər şiə mənbələrinə görə xəlifə I Vəlidin göstərişi ilə Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir.[20] Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır. | |
5 | Məhəmməd ibn Əli محمد بن علي Əbu Cəfər أبو جعفر |
Baqir əl-Ulum
Beşinci Ali[9] |
677–732[21]
57–114[21] |
Əksər erkən Sünni və Şiə mənbələrinə əsasən həyatı boyunca bir çox fəqih yetişdirmişdir.[21][22] | Mədinə, Səudiyyə Ərəbistanı[21] |
Bəzi şiə mənbələrinə görə xəlifə Hişam ibn Əbdülməlikin təşəbbüsü ilə İbrahim ibn Vəlid ibn Abdullah tərəfindən Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir.[20] Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır. | |
6 | Cəfər ibn Məhəmməd جعفر بن محمد Əbu Abdullah أبو عبدالله |
əs-Sadiq[23]
Altıncı Ali[9] |
702–765[23]
83–148[23] |
Adı ilə əlaqədar olaraq On iki imam şiəliyi məzhəbi Cəfərilik adlandırılmışdır. Əbu Hənifə və Malik ibn Ənəsin fiqh, Vasil ibn Əta və Hişam ibn Həkəmin hədis/kəlam, Cabir ibn Həyyanın cəbr və kimya üzrə müəllimi olmuşdur.[23][24] | Mədinə, Səudiyyə Ərəbistanı[23] |
Bəzi şiə mənbələrinə əsasən xəlifə Mənsur tərəfindən Səudiyyə Ərəbistanının Mədinə şəhərində zəhərlətdirilmişdir.[23] Məzarı indiki Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Bəqi məzarlığındadır. | |
7 | Musa ibn Cəfər موسی بن جعفر Əbu əl-Həsən أبو الحسن الاول[25] |
əl-Kazim[26]
Yedinci Ali[9] |
744–799[26]
128–183[26] |
Cəfər ibn Məhəmməddən sonra İsmaililər də daxil olmaqla şiələrə görə imam.[27] Xorasanda şiələrdən xumsun rahat yığılması üçün nümayəndələr şəbəkəsi qurmuşdur. Məhdəviyyətdə yüksək mövqeyə sahibdir. Əksər insanlar onun vasitəsilə öz soylarını Məhəmmədə bağlayırlar.[28] | Mədinə, Səudiyyə Ərəbistanı[26] |
Şiə inamına görə xəlifə Harun ər-Rəşidin sifarişi ilə həbs olunmuş və həbsxanada zəhərlətdirilmişdir. Məzarı İraqın Bağdad şəhəri yaxınlığındakı Kazımeyn şəhərində İmam Musa Kazım türbəsindədir.[26] | |
8 |
|
Əli ibn Musa علي بن موسی Əbu əl-Həsən أبو الحسن الثانی[25] |
ar-Riza, Reza[29]
Sekizinci Ali[9] |
765–817[29]
148–203[29] |
Xəlifə Məmun tərəfindən vəliəhd elan edilmişdir. Müsəlman və qeyri-müsəlman alimlərilə etdiyi mübahisələrlə məşhurdur.[29] | Mədinə, Səudiyyə Ərəbistanı[29] |
Bəzi şiə mənbələrinə görə İranın Məşhəd şəhərində xəlifə Məmunun göstərişi ilə zəhərlətdirilmişdir. Məzarı İranın Məşhəd şəhərində İmam Rza məscidindədir.[29] |
9 | Məhəmməd ibn Əli محمد بن علي Əbu Cəfər أبو جعفر |
əl-Təqi, əl-Cavad[30]
Dokuzuncu Ali[9] |
810–835[30]
195–220[30] |
Abbasi xəlifələrinin zülm və təqibləri qarşısında mərdliyi və təqvası ilə məşhurdur. | Mədinə, Səudiyyə Ərəbistanı[30] |
Şiə mənbələrinə görə xəlifə Mötəsimin sifarişi ilə arvadı, xəlifə Məmunun qızı tərəfindən zəhərlətdirilmişdir. Məzarı İraqın, Kazımeyn şəhərində İmam Təqi türbəsindədir.[30] | |
10 | Əli ibn Məhəmməd علي بن محمد Əbu əl-Həsən أبو الحسن الثالث[31] |
əl-Hadi, əl-Nəqi[31]
Onuncu Ali[9] |
827–868[31]
212–254[31] |
Şiə cəmiyyətindəki nümayəndələr şəbəkəsini genişləndirdi və gücləndirmişdir. Həmçinin şiələr tərəfindən verilmiş xümsu qəbul etdi[31] | Mədinə yaxınlığında Sürəyya kəndi, Səudiyyə Ərəbistanı[31] |
Bəzi şiə mənbələrinə görə xəlifə Mötəz tərəfindən İraqın Samirə şəhərində zəhərlətdirilmişdir.[32] Məzarı İraqın Samirə şəhərindəki İmam Əskəri məscidindədir. | |
11 | Həsən ibn Əli الحسن بن علي Əbu Muhamməd أبو محمد |
əl-Əskəri[33]
Onbirinci Ali[9] |
846–874[33]
232–260[33] |
Həyatının böyük bir qismi xəlifə Mötəmidin hakimiyyəti illərinə rast gəlmişdir. Atasının ölümündən sonra ona qarşı təzyiqlər artmışdır.[34] | Mədinə, Səudiyyə Ərəbistanı[33] |
Şiə mənbələrinə görə xəlifə Mötəmidin göstərişi ilə İraqın Samirə şəhərində zəhərlətdirilmişdir. Məzarı İraqın Samirə şəhərindəki İmam Əskəri məscidindədir.[35] | |
12 | Məhəmməd ibn əl-Həsən محمد بن الحسن Əbu əl-Qasim أبو القاسم |
əl-Məhdi, Qaim, əl-Höccət[36]
Onikinci Ali[9] |
868–h.h.[37]
255–h.h.[37] |
On iki imam şiələrinin mənbələrinə əsasən mövcud olmuş tarixi şəxsiyyət və vəd olunmuş Mehdi. İsa ilə birgə zühur edib haqsızlıq və ədalətsizliklə mübarizə aparıb, dünyada ədalət və nizamı bərpa edəcəyinə inanılır.[38] | Samirə, İraq[37] | Şiə mənbələrinə görə 872-ci ildə Allahın göstərişi ilə qeybə çəkilmişdir.[37] | |
Həmçinin bax
İstinadlar
- Olson (2005), səh. 65
- Təbatəbai (1979), səh. 10
- Momen (1985), səh. 174
- Təbatəbai (1979), səh. 15
- Korbin (2014), səh. 45-51
- Gleave, Robert. "Imamate". Encyclopaedia of Islam and the Muslim world; cild 1. MacMillan. ISBN 0-02-865604-0.
- On ikinci imam istisna
- Seyyed Hossein Nasr, Ali, Encyclopædia Britannica Online, 2007-10-12, http://www.britannica.com/eb/article-9005712/Ali Arxivləşdirilib 2007-10-18 at the Wayback Machine
- Encyclopedia of the Modern Middle East and North Africa, 2004, Gale Group, ISBN = 978-0-02-865769-1
- Təbatəbai (1979), səh. 190–192
- Təbatəbai (1979), p.192
- Hasan, Encyclopædia Britannica Online, 2007-11-08 , http://www.britannica.com/eb/article-9039439/Hasan Arxivləşdirilib 2007-10-16 at the Wayback Machine
- Təbatəbai (1979), səh. 194–195
- Wilferd Madelung, ḤASAN B. ʿALI B. ABI ṬĀLEB, Encyclopaedia Iranica, 2012-07-06, http://www.iranicaonline.org/articles/hasan-b-ali}}
- Təbatəbai (1979), səh. 195
- al-Husayn, Encyclopædia Britannica Online, 2007–11-08, http://www.britannica.com/eb/article-9041622/al-Husayn-ibn-Ali Arxivləşdirilib 2007-10-31 at the Wayback Machine
- Təbatəbai (1979), səh. 196–199
- Madelung Wilferd, ḤOSAYN B. ʿALI, Encyclopaedia Iranica, 2008–03-23 , http://www.iranicaonline.org/articles/hosayn-b-ali Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
- Madelung Wilferd, 'ALÈ B. AL-HUOSAYN, Encyclopaedia Iranica, 2007–11-08, http://www.iranicaonline.org/articles/ali-b-hosayn-b-ali Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine
- Təbatəbai (1979), səh. 202
- Madelung Wilferd, Wilferd Madelung, AL-BAQER, ABU JAFAR MOHAMMAD, Encyclopaedia Iranica, 2007–11-08, http://www.iranicaonline.org/articles/baqer-abu-jafar-mohammad Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
- Təbatəbai (1979), p.203
- Təbatəbai (1979), səh. 203–204
- Wasil ibn Ata, Encyclopædia Britannica Online, 2007–11-08, http://www.britannica.com/eb/article-9076198/Wasil-ibn-Ata Arxivləşdirilib 2007-11-06 at the Wayback Machine
- Madelung Wilferd, 'ALÈ AL-HAÚDÈ, Encyclopaedia Iranica, 2007–11-09, http://www.iranicaonline.org/articles/ali-al-reza Arxivləşdirilib 2012-09-21 at the Wayback Machine
- Təbatəbai (1979), səh. 205
- Təbatəbai (1979), səh. 78
- Sachedina (1988), səh. 53–54
- Təbatəbai (1979), səh. 205–207
- Təbatəbai (1979), səh. 207
- Madelung Wilferd, 'ALÈ AL-HAÚDÈ, Encyclopaedia Iranica, 2007–11-08, http://www.iranicaonline.org/articles/ali-al-hadi-abul-hasan-b Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine
- Təbatəbai (1979), səh. 208–209
- Halm , 'ASKARÈ, Encyclopaedia Iranica, 2007–11-08, http://www.iranicaonline.org/articles/askari-abu-mohammad-hasan-b Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine
- Təbatəbai (1979) səh. 209–210
- Təbatəbai (1979), səh. 209–210
- Muhammad al-Mahdi al-Hujjah, Encyclopædia Britannica Online, 2007–11-08, http://www.britannica.com/eb/article-9054165/Muhammad-al-Mahdi-al-Hujjah Arxivləşdirilib 2007-10-17 at the Wayback Machine
- Təbatəbai (1979), səh. 210–211
- Təbatəbai (1979), səh. 211–214
Ədəbiyyat
- Encyclopædia Britannica Online. Encyclopædia Britannica, Inc.
- Encyclopædia Iranica. Center for Iranian Studies, Columbia University. ISBN 1-56859-050-4.
- Martin, Richard C. Encyclopaedia of Islam and the Muslim world; vol.1. MacMillan. ISBN 0-02-865604-0.
- Encyclopedia of the Modern Middle East and North Africa. Gale Group. 2004. ISBN 978-0-02-865769-1.
- Corbin, Henry (1993 (original French 1964)). History of Islamic Philosophy, Translated by Liadain Sherrard, Philip Sherrard. London; Kegan Paul International in association with Islamic Publications for The Institute of Ismaili Studies. ISBN 0-7103-0416-1.
- Momen, Moojan (1985). An Introduction to Shi`i Islam: The History and Doctrines of Twelve. Yale University Press. ISBN 0-300-03531-4.
- Olsson, Tord; Elisabeth Ozdalga, Catharina Raudvere (2005). Alevi Identity: Cultural, Religious and Social Perspectives. Routledge. ISBN 9781135797256.
- Sachedina, Abdulaziz Abdulhussein (1988). The Just Ruler (al-sultān Al-ʻādil) in Shīʻite Islam: The Comprehensive Authority of the Jurist in Imamite Jurisprudence. Oxford University Press US. ISBN 0-19-511915-0.
- Tabatabae, Sayyid Mohammad Hosayn; Seyyed Hossein Nasr (translator) (1979). Shi'ite Islam. SUNY press. ISBN 0-87395-272-3.
Xarici keçidlər
- A brief introduction of Twelve Imams
- A Brief History Of The Lives Of The Twelve Imams Arxivləşdirilib 2008-03-29 at the Wayback Machine a chapter of Shi'ite Islam by Allameh Tabatabaei
- The Twelve Imams Taken From "A Shi'ite Anthology" By Allameh Tabatabaei
- A Short History of the Lives of The Twelve Imams Arxivləşdirilib 2008-06-18 at the Wayback Machine
- On İki İmam
- Hazreti Ali & the Twelve Imams — The Bektashi Order of Dervishes
- 12 İmam Kimdir ?
- On iki imam ələvilikdə