Omurtaq xan

Qurucu Omurtaq xan[1] (bolq. Кан Омуртаг; bilinmir831) — Bulqar xanı. 814-831ci illərdə hakimiyyətdə olmuşdur.[2][3] Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, yeni binalar tikilib hazırlanmışdır[4]

Qurucu Omurtaq xan
bolq. Кан Омуртаг
Omurtaq xan, XI əsr rəsmi
Omurtaq xan, XI əsr rəsmi
814 831
ƏvvəlkiKrum xan
SonrakıMalamir xan
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Vəfat tarixi
Fəaliyyəti suveren[d]
Atası Krum xan
Uşaqları Malamir xan
Enravota
Zvinitsa
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarici siyasəti

İlk illəri

Omurtaq xanın ilk illərində hakimiyyət 3 qəyyuma aid idi: Dukum, Diçenq və Çoq. Onlar xristianlığın yayılmasının qarşısını almağa çalışırdılar. Bizanslılarla 814-cü ildə baş verən döyüşdə Omurtaq xan qaça bilmiş, bulqarlar məğlubiyyət almışdı. Bizans Franklarla ittifaqa girmək istəyirdi. Omurtaq buna görə də 815-ci il sülhünü imzalamalı oldu. Bu sülhə görə sərhəd müəyyən olundu, həmçinin əsirlər dəyişdirildi. 30 il boyunca davam edəcək olan atəşkəs imzalandı.

Franklarla münasibətlər

818-ci ildə keçmiş Avar xaqanlığı ərazisində slavyanların üsyanı başlamış, franklar tərəfindən dəstək görmüşdü. Omurtaq xan frankları məğlub edərək üsyanı yatırtmışdı.

Daxili siyasəti

Bizansla sülh imzalandığı üçün stabil yaşayan ölkədə yenidənqurma işləri başlamışdı.

İdarəetmə

Xristianların edamı, X əsr

Xan üsyanlardan sonra qəbilə hakimiyyətini ləğv edərək ölkəni komitatlara böldü. Hər bölgənin komitatı xan tərəfindən təyin olunurdu. Komitatlar öz növbəsində jupilər adlanan mahallara bölünürdü. Paytaxt xüsusi statusa malik idi. Ordu təkmilləşdirildi və qəbilə şəklində bölünməkdənsə sistematik şəkildə say sistemi ilə bölünməyə başladı. Xan kovxaniçirqu-boyul vəzifələrini təsis etdi.

Yenidənqurma

Omurtaq xan dağılmış Pliskanın bərpası və digər şəhərlərin tikintisinə nəzarət etməyə başladı. Bu işlərinə görə ona Qurucu ləqəbi verilmişdir. Yeni saray, Göy Tanrı üçün böyük məbəd, TarnovoÇepelar qəsrləri də bu sıraya daxildir.

Xristianlığın təqibi

Omurtaq xan xristianlığın düşməni idi və onları təqib edirdi. Hətta böyük oğlu Enravota xristian olduğu üçün onu vərəsəlikdən çıxartmışdı.

Toponimlər

Antarktikanın Livinqston adasında Omurtaq keçidi mövcuddur.

İstinadlar

  1. Essential History of Bulgaria in Seven Pages, p. 3, Lyubomir Ivanov, Bulgarian Academy of Sciences, Sofia, 2007
  2. Mosko Moskov, Imennik na bălgarskite hanove (novo tălkuvane), Sofia 1988.
  3. Jordan Andreev, Ivan Lazarov, Plamen Pavlov, Koj koj e v srednovekovna Bălgarija, Sofia 1999.
  4. John V. A. Fine Jr., The Early Medieval Balkans, Ann Arbor, 1983.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.