Omanlılar

Omanlılar (ərəb. لشعب العماني) — Oman Sultanlığı ərazisində yaşayan ərəb xalqı, Oman vətəndaşları. Omanlılar hal-hazırda Oman olaraq bilinən ərazidə min illərdir ki, yaşayırlar. VIII əsrdə Maskat şəhərində tacirlər və hakimlər arasında formalaşan ittifaq şəhəri İran körfəzinin ən böyük limanlarından birinə çevirmişdir. Omanlılar etnik baxımdan müxtəlifdirlər. Onların əksəriyyəti ərəb mənşəli olsa da, onlar arasında çoxlu bəluclar, lurlar, farslar var. Omanda Pakistan, HindistanŞri-Lankadan gəlmə şəxslər də yaşayır.[2]

Omanlılar
Nizvа şəhərində omanlılar
Özünüadlandırma
ərəb. لشعب العماني
Ümumi sayı
təx. 2,500,000
Yaşadığı ərazilər
 Oman 2,150,000[1]
Dili

Ərəbcə (əksəriyyət)
Bəlucca  · Suahili  · Farsca  · Urduca

İrqi
Avropoid
Dini

İbadilik (əksəriyyət)
Sünnilik  · Şiəlik

Daxildir
Samilər
Qohum xalqlar

Səudiyyəlilər  · Bəhreynlilər
Yəmənlilər  · İraqlılar

Omanlıların Omanın ümumi əhalisinin əksəriyyətini təşkil edir. Bir milyon yarımdan çox omanlı Orta Şərqin digər bölgələrində və Suahili sahili ərazisində yaşayır.

Din

Demək olar ki, omanlıların əksəriyyəti müsəlmandır, fəqət onlar İslamın üç fərqli məzhəbinə bölünürlər – ibadilər (Omanın dövlət dini), sünnilərşiələr. Omanlıların əksəriyyətidi ibadidir. Onlar əsasən Omanın dağlıq regionlarında yaşayırlar. Sünnilər ölkənin sahillərində yaşayırlar. Omanın bir neçə minlik şiə əhalisi Muskat və Sohar şəhərlərində yaşayırlar.

İqtisadiyyat

Əksər omanlılar kəndlərdə, qəsəbələrdə və şəhərlərdə yaşayırlar. Onların həyat tərzində fərqli-fərqli peşələr, güclü ailədaxili əlaqə və münasib qadın hüquqları var. Onlar qonaqpərvər hesab edilirlər. Onların əksəriyyəti köhnə ağ rəngli evlərdə qalır, dövlət işçisi, fəhlə, tacir və dənizçi olaraq işləyirlər. Onların bir hissəsi neft sənayesində işləyir. 1970-ci ildə Omanın yeni sultanı ölkənin müasirləşmə prosesini sürətləndirmək üçün bir neçə inkişaf proqramı yaratmışdır. Bunlara neft sənayesinin inkişafı, yeni yolların çəkilməsi, yeni xəstəxanaların və məktəblərin tikilməsi və yetkinlər üçün savadlılıq proqramlarının hazırlanması aiddir.

Kənd təsərrüfatı

Omanlıların əksəriyyəti ferma kəndlərində yaşayır. Bu kəndlər Omanın məhsular vadilərində və ya şərq sahillərində yerləşir. Vadilərdə yerləşən ferma kəndlərində meyvələr və buğdalar, sahilyanı ərazilərdə yerləşən ferma kəndləri isə daha çox balıqçılıqla məşğul olurlar. Kənd evləri adətən betondan, kərpicdən və ya taxtadan hazırlanır. Şəhərətrafı ərazilərdə kişilər ağ xalatlar, çalmalar geyinirlər.

Cəmiyyət

Omanlıların ailə strukturu müasirdir. Onların cəmiyyəti patriarxal və kişi dominantlıdır.

Suahili sahili

Suahili sahilində omanlıların yaşaması Nəbhanilər dövründə başlamışdır.[3] Oman imamı I Saif ibn Sultan XI əsrdə portuqaliyalıları Mombasada məğlub etdikdən sonra Zənzibar Omanın xarici mülklərindən birinə çevrilmişdir.[4] Xeyli sayda omanlı Suahili sahilinə köçmüşdür. 1832-ci ildə Oman sultanı Səid ibn Sultan öz sarayını Zənzibara köçürəndən sonra regiondakı omanlıların sayı qat-qat artmışdır. Region omanlılar üçün iqtisadi fürsət idi. Regiona köçən omanlılar iqtisadi uğur yaşayırdılar.[5] XX əsrin ortalarında omanlılar Zənzibara köçməyi buraxdılar. Bunun səbəbi 1964-cü ildə baş verən Zənzibar inqilabı idi. Oman-əsilli Zənzibar sultanı Cəmşid ibn Abdulla devrilmiş və minlərlə omanlı qətlə yetirilmişdi. İnqilabdan sonra omanlıların çoxu Zanzibarı tərk etdi. Onların çoxu Omana geri qayıtmış, digərləri isə Suahili sahili ərazisində qalmışdır.[6]

İstinadlar

  1. "Census 2010 Final results" (PDF). General Census of Population, Housing & Establishments 2010. 2013-12-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2018.
  2. Şarma, Aşutoş. "Oman's players of Pakistan origin caught in visa mix-up". Hindustan Times. 25 fevral 2016. 25 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2018.
  3. Nəbhan, Geri Pol. Arab/American: Landscape, Culture, and Cuisine in Two Great Deserts. The University of Arizona Press. 2008. səh. 78. ISBN 978-0-8165-2658-1. İstifadə tarixi: 1 noyabr 2018.
  4. Tomas, Gevin. The Rough Guide to Oman. Penguin. 1 noyabr 2011. ISBN 978-1-4053-8935-8.
  5. "THE OMANI ASCENDANCY". http://www.britannica.com/. 2015-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2018.
  6. Əs-Salam, Dar. "Regime Banishes Sultan". 14 yanvar 1964. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.