Olyokma çayı
Olyokma (saxa Өлүөхүмэ) — Rusiyanın Zabaykal diyarı və Yakutiya ərazisindən axan, Lena çayıın ilk qolunu təşkil edən çay.
Olyokma çayı | |
---|---|
saxa Өлүөхүмэ | |
Ölkə | Rusiya |
Mənbəyi | Yablonovı silsiləsi |
Mənsəbi | Lena çayı |
Uzunluğu | 1436 km |
Su sərfi | 1.950 m³/s |
Su hövzəsi | 210000 |
Hövzəsinin sahəsi | 210.000 km² |
|
|
DSR | 18030400112117200009486 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi məlumat
Çayı ilk dəfə 1633-cü ildə rus tədqiqatçılar tərəfindən ziyarət edildi. Onlar çayın mənsəbinə yaxın ərazidə isti qışlaq qurdular. 2 ildən sonra Pyotr Beketov qışlağı Olekminski məntəqəsinə çevirir. 1649-cu ildə Erofey Xabarov çay boyu səyahət etdi. 1843-cü ildə Olyokma hövzəsində zəngin qızıl yataqları aşkar edilmişdir.
Güman edilən çayın adı evenk dilində işlənən Olooxunay sözündən törəmişdir. Mənası «dələ ilə zəngin» deməkdir[1].
Coğrafiyası
Çayın uzunluğu 1436 km, hövzəsinin sahəsi 210 000 km²-dir. Lena çayının çay hövzəsinə görə 4-cü ən böyük və uzunluğuna görə isə ən böyük çayıdır.
Muramski silsiləsində başlayır, geniş dağlıq vadidə şimal-şərqə axır; şimala dönərək Çelbaus silsilələri (şərqdən), Cənubi və Şimali Dırındinski və Kalarski arasında axır. Sonra Udokan və Stanovı silsilələri arasındakı axır. Axın sürəti 5-5,5 m/s-ə çatır. Aşağıda dərin Olyokma vadisi Çuqinski və Çoruodski yaylalarını ayırır. Sonra Olyokma şərqdən Olyokmo-Çarskoye yaylasının ətrafına keçir. Burada dərə genişlənir, axın sürəti 0,5-1,2 m /s-yə enir.
Tunqurşan qolunun mənsəbində termal mineral bulaq var
Hidrologiya
Qidalanmasının əsasını yağış və qar suları təşkil edir. Aşağı axarlarda qar suları qidalanmada önəmli yer tutur. Yazda yazda güclü daşqınlar müşahidə edilir. Orta illik suyun sərfiyyatı 1950 m³/s, axınının həcmi 61,544 km³-dir. Oktyabr ayında dondur, yuxarı axarlarda donma fevral-mart aylarında baş verir. May ayında dondan tamamən açılır. Sürətli daşqınlar yayda baş verir. Maksimum illik su sərfiyyatı yağış seli zamanı mümkündür. İl ərzində səviyyə dalğalanmalarının diapazonu orta hesabla 11 m, maksimal - 17 m təşkil edir[2].
Suyun bulanıqlığı 12 q/m³-dir. Lilli çöküntü axınının sürəti 23,4 kq/s təşkil edir. Suyun minerallaşması ilin fəsilindən asılıdır və 100 ilə 300 mq/l arasında dəyişir. Çay suları karbohidrogen sinfinə aiddir.
Təsərrüfat əhəmiyyəti
TransfSibir Dəmiryolu ilə gətirilən mallar Olyokma çayı ilə lazımı mənqəqələrə daşınır. Ağızdan aşağı 406 km məsafədə, Yenyukaya qayıq naviqasiyası mümkündür. İlin yüksək su dövrlərində daha böyük gəmilərin hərəkəti də mümkün olur. Lenanın sol sahilində, çayın mənsəbində Olyokminsk şəhəri və bir neçə kənd vardır: Srednyaya Olyokma, Ust-Nyukja, Kudu-Kel.
Çayın yuxarı axınında Rusiyanın dördüncü ən böyük qoruğu olan Olyokma qoruğu yerləşir.
İstinadlar
- "Город Олекминск". Национальный архив Республики Саха (Якутия). 2019. 17 Jun 2019 tarixində arxivləşdirilib.
- "Olekma At Kudu-Kel'" (ingilis). R-ArcticNET. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-10.