Olqa İsmayılova
Olqa Panarina-İsmayılova (16 sentyabr 1985) — Belarusu və Azərbaycanı təmsil edən velosipedçi, Dünya və Avropa Çempionatlarının qalibi.[1]
Olqa İsmayılova | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Olqa Yuriyevna İsmayılova |
Vətəndaşlığı |
Belarus → Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Belorusiya SSR |
Boyu | 170 sm. |
İdman növü | Velosipedi idmanı |
Məşqçisi | Stanislav Solovyov |
Karyerası
Olqa Panarina 2010-cu ilin martında Ballerup şəhərində baş tutan UCI Dünya Çempionatında mübarizə apardı. Olqa Panarina zamana qarşı 500 metr məsafəyə velosipedi sürmə turnirində 33.778 saniyə nəticə göstərdi və Dünya Çempionatının bürünc medalına sahib oldu. Keyrin turnirində də Olqa Panarina turniri bürünc medalla başa vurdu. Həmin ilin noybarında Polşada baş tutan UEC Avropa Çempionatında isə Olqa Panarina qızıl medalın sahibi oldu (Keyrin turnirində).
2011-ci il də Olqa Panarina üçün uğurlu oldu. Həmin ilin martında Niderlandın Apeldorn şəhərində baş tutan UCI Dünya Çempionatında Olqa Panarina zamana qarşı 500 metr məsafəyə velosipedi sürmə turnirində qızıl medalın sahibi oldu. Keyrin turnirini isə Olqa Panarina gümüş medalla başa vurdu. Həmin ilin noyabrında baş tutan UEC Avropa Çempionatında Olqa Panarina sprint turnirində gümüş medalın sahibi oldu.
Olqa Panarina 2012-ci ilin avqustunda Belarusu London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Keyrin turnirini 15-ci pillədə başa vuran Olqa Panarina gərgin idman mübarizəsi şəraitində baş tutan sprint turnirində 8-ci pillənin sahibi oldu.[2][3] Həmin il noyabrında Olqa Panarina həm də sprint turnirində Avropa Çempionatının qalibi oldu.
2015-ci ildə Azərbaycan Velosiped Federasiyası (AzVF) Olqa Panarinanı Azərbaycan yığmasının heyətinə cəlb elədi və o, beynəlxalq turnirlərdə Olqa İsmayılova adında çıxış eləməyə başladı.[1] Olqa İsmayılova 2016-cı ildə Birləşmiş Krallıqda baş tutan Dünya Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Bununla da Olqa İsmayılova bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü.
Olqa İsmayılova Rio-de-Janeyro Olimpiadasında avqustun 12-də mübarizə apardı.[4] Keyrin turnirində çıxış edən Olqa İsmayılova təsnifat mərhələsinin dördüncü qrupunda 11.696 saniyə nəticə göstərdi.[4] Bu nəticələrə əsasən Olqa İsmayılova qrupu yeddi velosipedçi sırasında dördüncü pillədə başa vurdu və mübarizəni təsəlliverici qrupda davam elədi.[4] Bu qrupda da Olqa İsmayılova uğursuz çıxış elədi.[4] 11.442 saniyə nəticə göstərən Olqa İsmayılova dörd idmançı sırasında sonuncu — dördüncü pillədə qərarlaşdı və Rio-de-Janeyro Olimpiadasında mübarizəsini başa vurdu.[4]
Avqustun 14-də isə Olqa İsmayılova Rio-de-Janeyro Olimpiadasında sprint növündə mübarizə apardı.[5] Təsnifat mərhələsində Olqa İsmayılova 11.152 saniyə nəticə göstərdi və mərhələni 27 velosipedçi sırasında 18-ci pillədə başa vurdu.[5] 1-18-ci pillələrin sahibi 1/16 final mərhələsinə vəsiqə qazandı.[5] Olqa İsmayılova bu mərhələdə Dünya Çempionatının qalibi Birləşmiş Krallıq nümayəndəsi Bessi Ceyms ilə mübarizə apardı.[5] Nəticədə Olqa İsmayılova 11.532 saniyə, Bessi Ceyms isə 11.366 saniyə nəticə göstərdi.[5] Rəqibindən 0.164 saniyə geri qalan Olqa İsmayılova mübarizəsini təsəlliverici qrupda davam elədi.[5] Bu qrupda Olqa İsmayılova Niderland nümayəndəsi Laurin van Reyssen və Avstraliya nümayəndəsi, olimpiya çempionu Anna Mares ilə mübarizə apardı.[5] Nəticələrə əsasən Olqa İsmayılova 11.784 saniyə nəticə göstərdi və sadəcə Anna Maresdən geri qaldı.[5] Bununla da Olqa İsmayılova olimpiadada mübarizəsini dayandırdı və turniri 20-ci pillədə başa vurdu.[5]
İstinadlar
- Olympedia.org. "Olqa PANARİNA-İSMAYILOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2020-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Olympedia.org. "2012 Summer Olympics / Cycling / Sprint / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Olympedia.org. "2012 Summer Olympics / Cycling / Keirin / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Olympedia.org. "2016 Summer Olympics / Cycling / Keirin / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- Olympedia.org. "2016 Summer Olympics / Cycling / Sprint / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.