Oliviya de Hevillend

Oliviya de Hevillend (ing. Olivia de Havilland; 1 iyul 1916[2][3][…], Tokio, Yaponiya imperiyası[4][1][…]26 iyul 2020[5][4][…], XVI arondisman (Paris)[d], Fransa[4][1][…]) — ABŞ-İngiltərə aktrisası, iki dəfə "Oskar" mükafatı laureatı (1946, 1949).

OLİVİYA DE HEVİLLEND
ing. Olivia de Havilland
Oliviya de Hevillend 1940-cı ildə
Oliviya de Hevillend 1940-cı ildə
Doğum adı Olivia Mary de Havilland[1]
Doğum tarixi 1 iyul 1916(1916-07-01)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 26 iyul 2020(2020-07-26)[5][4][…] (104 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Volter Avqustus de Hevillend
Anası Lilian Fonteyn
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1935-bu gün
Mükafatları "Oskar" (1946, 1949)
IMDb ID0000014
İmzanın şəkli
oliviadehavilland.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Oliviya Meri de Hevillend 1 iyul 1916-cı ildə Tokioda anadan olmuşdur. Onun anası Lilian Avqusta Roz teatr aktrisası idi və daha çox tamaşaçılara Lilian Fonteyn ləqəbi ilə tanınırdı. Oliviyanın atası isə Britaniya vəkili Volter Avqustus de Hevillend idi. 1917-ci ildə onun bacısı Coan Fonteyn anadan olur. Sonradan onların aktyorluq fəaliyyətinin təşəkkülündə rəqabət o qədər uzağa getdi ki, onlar nəinki bir-birilə görüşməyi, hətta söhbət etməyi də kəsdilər. Onun əmisi oğlu tanınmış Britaniya təyyarə konstruktoru Ceffri de Hevillend idi. O, tarixə yaratdığı "De Havilland Mosquito" təyyarəsi ilə düşdü.

1919-cu ildə onun valideynləri boşanırlar. Bundan sonra Oliviya anası və bacısı ilə Kaliforniyanın Saratoqa şəhərinə gəlir. O, Kaliforniyanın Los-Qatos şəhərində orta təhsil alır.

Onun aktyorluq fəaliyyəti 1930-cu illərdə başlamışdı. Oliviyanın bu sahədə debütü "Yay gecəsində yuxu" quruluşundakı Germiya rolu olur. Bu əsər Kaliforniyanın tanınmış Hollivud-boul teatrında göstərilmişdi. Lakin 1935-ci ildə o, teatrda işləməyi kinoya dəyişdi. Onun ilk çəkildiyi filmlərdən "Kapitan Bladın odisseyi" (1935), "Robin Qudun macəraları"nı (1938) misal çəkmək olar. 1939-cu ildə Oliviya əfsanəvi "Küləklə sovrulanlar" filmində Melani Uilks rolunu ifa etdi. Bu uğurlu roluna görə o, İkinci planda ən yaxşı qadın roluna görə "Oskar"a namizəd oldu[11].

Oliviya de Hevillendin Şöhrət Xiyabanında ulduzu

1941-ci ildə Hevillend Amerika vətəndaşlığını qəbul etdi. 1940-cı illərin əvvəlində Oliviya "Warner Bros." kino şirkətinin onun boynuna qoyduğu rollardan narazı idi. O, hesab edirdi ki, artıq daha dramatik rollar ifa etməlidir. Bu narazılıqdan sonra onunla studiya arasında qalmaqal baş verdi və bu, işi məhkəmə prosesinə gətirib çıxardı. Lakin o illərdə bağlanmış aktyor müqaviləsinə görə o, kinostudiyadan ayrılandan sonra yarım il də ondan asılı qalmalı idi. Bu, o demək idi ki, Oliviyanın həmin müddətdə rol almaq şansı yox idi. Oliviya de Hevillend Kinoaktyorlar Gildiyası ilə birlikdə məhkəmə iclasından qalib çıxdı və prodüserlərdən asılı olmayaraq yaradıcılıq azadlığı əldə etdi. Hevillendin cəsarəti və təzyiqi digər aktyorlar arasında ona daha çox hörmət qazandırdı. Həmin aktyorların içində onun bacısı Coan Fonteyn də var idi.

1940-cı illərdə aktrisa 3 dəfə Ən yaxşı qadın roluna görə "Oskar"a namizəd və iki dəfə isə qalib oldu. Ona bu mükafatı 1946-cı ildə "Hərəyə özününkü", 1949-cu ildə isə "Vərəsə" filmləri qazandırır.

Uzun illər kino aktrisası kimi fəaliyyət göstərən Oliviya de Hevillend kino fəaliyyətini başa çatdırandan sonra televiziyada çəkilməyə başladı və 1987-ci ildə "Anastasiya: Annanın sirri" filmindəki Mariya Fyodorovna roluna görə "Qızıl qlobus" və "Emmi" mükafatlarına layiq görüldü.

De Hevillend 2003-cü ildə gözlənilmədən Amerika kinoakademiyasının 75-ci mükafatlandırma mərasiminə gəldi. Bir il sonra isə "Küləklə sovrulanlar" filminin 65 illiyinə həsr olunmuş sənədli filmin çəkilişlərində iştirak etdi.

17 noyabr 2008-ci ildə ABŞ prezidenti kiçik Corc Buş Oliviya de Hevillendi Milli İncəsənət mükafatı ilə təltif etdi. 9 sentyabr 2010-cu ildə isə aktrisaya Fransa prezidenti Nikolya Sarkozi tərəfindən Fəxri Legionun Kavaler Ordeni titulu verildi[12].

Şəxsi həyatı

1940-cı illərdə Oliviyanın Con Hyuston, Ceyms Stüart və Hovard Hyuz ilə sevgi macərası olmuşdu. 1946-cı ildə o, Markus Qudrixə ərə gedir. Bu nikah 1953-cü ilə qədər davam edir. Onların oğlu Bencamin 1949-cu ildə anadan olmuşdur və sonradan riyaziyyatçı olmuşdur.

Oliviya 1955-1979-cu illərdə fransız jurnalisti Pyer Qalante ilə ailəli olmuşdur. Bu evlilikdən 1956-cı ildə onların Jizel adlı qızları anadan olmuşdur. Boşanmadan sonra onların dostluq münasibəti qalmaqda idi.

Filmoqrafiya

  1. Yay gecəsində yuxu (1935) / A Midsummer Night’s Dream
  2. Kapitan Bladın Odisseyi (1935) / Captain Blood
  3. Entoni Edvers (1936) / Anthony Adverse
  4. Böyük Qarrik (1937) / Great Garrick
  5. Robin Qudun macəraları (1938) / Adventures of Robin Hood
  6. Dörd nəfərlik banda (1938) / Four’s a Crowd
  7. Doc-siti (1939) / Dodge City
  8. Elizabet və Esseksin gizli həyatı (1939) / Private Lives of Elizabeth and Essex
  9. Küləklə sovrulanlar (film, 1939) / Gone with the Wind
  10. Santa-Feyə yol (1940) / Santa Fe Trail
  11. Çiyələk-sarışın (1941) / Strawberry Blonde
  12. Dan yerinin ağarmasını ləngidin (1941) / Hold Back the Dawn
  13. Onlar vəzifə başında öldülər (1941) / They Died with Their Boots On
  14. Bizim həyatımız bundadır (1942) / In This Our Life
  15. Şahzadə O'Rurk (1943) / Princess O’Rourke
  16. Hərəyə özününkü (1946) / To Each His Own
  17. Tünd güzgü (1946) / Dark Mirror
  18. Sədaqət (1946) / Devotion
  19. İlan çuxuru (1948) / Snake Pit
  20. Vərəsə (film, 1949) / The Heiress
  21. Bu xanım (1955) / That Lady
  22. Yad kimi yox (1955) / Not as a Stranger
  23. Böhtan (1959) / Libel
  24. Meydanda işıq (1962) / Light in the Piazza
  25. Sakit... sakit, sevimli Şarlotta (1964) / Hush... Hush, Sweet Charlotte
  26. Papa İohan (1972) / Pope Joan
  27. Aeroport 77 (1977) / Airport '77
  28. Dəstə (1978) / Swarm
  29. Sevgi qayığı (1979) / Love Boat
  30. Beşinci muşketyor (1979) / Fifth Musketeer
  31. Aqata Kristinin detektivləri: Sadə qətl (1982) / Murder Is Easy
  32. Şimal və cənub-2 (1986) / North and South, Book II
  33. Anastasiya-2: Annanın sirri (1986) / Anastasia: The Mystery of Anna
  34. Onun sevdiyi qadın (1988) / Woman He Loved

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.