Oliver Vilyamson
Oliver Uilyamson (ing. Oliver E. Williamson; 27 sentyabr 1932[1][2][…] – 21 may 2020[3], Berkli, Kaliforniya[3]) — amerikalı iqtisadçı. 2009-cu ildə Elinor Ostromla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Oliver Uilyamson | |
---|---|
ing. Oliver E. Williamson | |
Doğum tarixi | 27 sentyabr 1932[1][2][…] |
Vəfat tarixi | 21 may 2020[3] (87 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı[4] |
Vətəndaşlığı | ABŞ |
Elm sahələri |
Mikroiqtisadiyyat Kooperativ iqtisadiyyat |
İş yerləri |
Pensilvaniya Universiteti (1965-1983) Yel Universiteti (1983-1988) Kaliforniya Universiteti |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | 2009 İqtisadiyyat üzrə Nobel mükafatı |
groups.haas.berkeley.edu/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Oliver Uilyamson 27 sentyabr 1932-ci ildə ABŞ-nin Viskonsin ştatında anadan olmuşdur. Universitet təhsilini 1955-ci ildə Massaçusets Texnologiya İnstitutunda Menecment üzrə almışdır.
Fəaliyyəti
Bazarda və bazar xaricində qərar verməyə, idarə etməyə və xidmət göstərməyə diqqət çəkən Oliver Uilyamson 1980-1990-cı illərdə özəl sektor və ictimai sektorlar arasındakı sərhədlə bağlı araşdırmaçılar arasındakı mübahisələrə çox dəyərli nəzəri töhfələr vermişdir.
Oliver Uilyamson bir qərar qəbul etmək üçün informasiya toqquşma təsirləri terminini ilk istifadə edən tədqiqatçı olaraq qəbul edilir. Bu termin ilə Oliver Uilyamson bir qərar qəbul edərkən istənilən və istifadə edilən informasiyanın maliyyə xərclərinin əvvəlcədən müəyyən edilməsinin çətin olduğu halları və bunların vacibliyini açıqlamışdır.
Əsərləri
Kitablar
- Williamson O.E., Markets and Hierarchies : Analysis and Antitrust Implications, Free Press, 1975
- Williamson O.E., The Economic Institutions of Capitalism, Free Press, 1985
Məqalələr
- Williamson O.E., "Managerial Discretion and Business Behaviour", American Economic Review, 1963
- Williamson O.E., "Hierarchical Control and Optimum Firm Size", Journal of Political Economy, № 75, Cild. 2, 1967
- Williamson O.E., "The Modern Corporation : Origins, Evolution, Attributes", Journal of Economic Literature, Cild. 19, dekabr 1981
- Williamson O.E., "The New ınstitutional Economics", Journal of Economic Literature, Cild 38, 2000
- Oliver E. Williamson (2002). "The Theory of the Firm aş Governance Structure: From Choice to Contract". Journal of Economic Perspectives 16 (3): 171–195.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Nolen J. L. Oliver E. Williamson // Encyclopædia Britannica (ing.).
- Oliver Eaton Williamson // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- https://newsroom.haas.berkeley.edu/nobel-laureate-oliver-williamson-dies-at-87/.
- Nobel laureate Oliver Williamson, pioneer of organizational economics, dies at 87.
- https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/memoriam.