Oliver Tvistin macəraları

Oliver Tvistin macəraları - Çarlz Dikkensin ikinci romanı. Oxuculara təqdim olunan "Oliver Tvist" romanı məşhur ingilis yazıçısı Çarlz Dikkens yaradıcılığından Azərbaycan dilinə tərcümə edilən ilk əsərdir. Bu roman Dikkensin yaradıcılığında xüsusi yer tutur və öz dərin ictimai məzmunu, həyat həqiqətini düzgün göstərməsi və bədii vüsəti etibarı ilə bütün dünya ədəbiyyatında geniş şöhrət qazanmışdır. Öz zəmanəsinin ictimai mənzərəsini geniş əks etdirən, kapitalist-burjua şəraitində yoxsulların ağır vəziyyətini, xüsusən səfillərin və kiçik yaşlı uşaqların ehtiyac üzündən çəkdiyi müsibətləri inandırıcı bir qələmlə təsvir edən bu roman XIX əsrin ingilis ədəbiyyatında tənqidi realizmin ən gözəl nümunələrindən biri sayılır və yarandığı vaxtdan indiyə qədər öz bədii təsir gücünü, idrak əhəmiyyətini itirməyən sənət əsəri kimi diqqəti cəlb edir, dünya xalqlarının dilinə tərcümə olunur.

Oliver Tvistin macəraları
ing. Oliver Twist
Müəllif Çarlz Dikkens
Janr roman
Orijinalın dili ingilis dili
Ölkələr
Orijinalın nəşr ili 1837-1839
Tərcüməçi Əkbər Ağayev
Səhifə 495
Növ roman
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmunu

Oliver dünyaya gələndə anası onun üzünü cəmi bircə dəfə görmüş və dünyadan köçmüşdü. Onun 9 yaşı olana qədər heç kim onun valideynlərinin kim olduğunu bilməmişdi. Hələ uşaqlıq illərində o bircə dəfə nə xoş bir söz, nə xoş bir baxış görməmiş, həmişə aclıq və sıxıntı ilə yaşamışdır. Bir dəfə o, yurdsuzlar evindən bir tabut düzəldənin yanına şagird vəzifəsinə göndərilir. Burda o ondan böyük və güclü olan Noe Kleypol ilə tanış olur. Noe həmişə onu təhqir edib ələ salsa da, Oliver heç vaxt ona fikir vermir. Lakin bir gün Noe Oliverin anası haqqında nalayiq sözlər deyir, Oliver bundan bərk qəzəblənib ona zərbə endirir. Noe ona şər atıb, hamıya deyir ki, guya onu öldürəcəkdi. Onlar Oliveri bərk cəzalandırıb döyürlər. Oliver isə buna dözməyib oradan qaçır. Londona gedən yol işarəsini görüb ora qaçmaq niyyətinə düşür. Küçələrdə yatır, günlərlə ac qalır. Nəhayət yeddinci gün öz yaşıdı olan Cek Daukins adlı oğru ilə tanış olur. Cek onu yedizdirib, doydurur və söz verir ki, ona Londona getməyə kömək edəcək və Oliveri ogruların başçısı olan yəhudi Fecin ilə tanış edir. Fecin ona söz verir ki, ona iş verəcək. Bir gün o Cek Daukins və Beytslə birlikdə işə gedirlər. Oliver onları kənardan müşahidə edib görür ki, onlar qoca bir kişinin cibindən (mister Braunlou) oğurluq edirlər. Kişi bunu hiss edir. Bundan həyəcanlanan Oliver qaçmağa başlayır. Hamı elə bilir ki, oğurluğu o etmişdir. Onu tutub döyürlər və həbsxanaya aparırlar. Mister Braunlounun isə balacaya yazığı gəlir və onu azad etdirib öz evində saxlayır. Oliver xeyli müddət xəstə yatır. Ona orda missis Beduin qulluq edir və həmişə orda divardan asılan bir portretdəki qadınla onların bir bir-birinə nə qədər oxşamasına məəttəl qalır. Fecin isə qorxur ki, Oliver onları ələ versin. Ona görə də onu oğurlayıb öz yanında saxlayır. Bu zaman onlar yeni bir oğurluq planı hazırlayırlar. Türmədən yeni çıxmış Billi Sayksa isə Oliver kimi oğlan uşağı lazım olur. Belə ki, onlar bir yerdə həmin evə gedirlər. Oliveri pəncərədən içəri salırlar ki,qapını açıb onları içəri buraxsın.

Lakin Oliver qəti qərara alır ki,içəridə qışqırıb hamını oyatsın. Elə bu zaman evin gözətçiləri güllə atmağa başlayırlar. Oliver isə bu zaman yaralanır.Sayks onu götürüb qaçır. Lakin sonra isə tab gətirə bilməyib,onu qanovda yerə atır. Oliver oyandıqda çox halsız olur. Həmin evə geri qayıdıb kömək istəyir. Orda onu missis Meyli və Roz xoş qaşılayırlar və onu polisə verməkdən imtina edirlər.

Bu vaxt Oliverin böyüdüyü yurdsuzlar evində onun anasına qulluq etmiş və öləndə yanında olmuş qoca qadın can verir. O nəzarətçi missis Kornini yanına çagırtdırıb deyir ki, o Oliverin anasının verdiyi əmanəti oğurlamışdır. (Bəlkə də bu əmanəti kimsə bilsəydi o vaxt həmin uşağa qarşı yaxşı rəftar edilərdi.). Qoca Salli sözünü axıra qədər deyə bilməyib ölür. Ovucundakı qəbzi isə ona verir.

Oliverin taleyindən xəbərsiz və narahat olan Fecin Sayksın rəfiqəsi olan Nensinin yanında qışqırıb, Oliverin böyük pullara dəydiyini söyləyir. Nensi özünü sərxoş göstərib Fecinin arxasınca düşüb, naməlum bir şəxslə gizlin söhbətinə qulaq asır. Məlum olur ki,Fecin bu naməlumun tapşırığı ilə Oliveri oğruya çevirmək niyyətində olur və söz verir ki, buna nail olacaq.

Sonrakı hadisələr

Oliver missis Meyli və Rozun himayəsi altında onların dostu həkim Losbernin köməkliyi ilə tez sağalır və onlara həyatındakı hər bir şeyi danışır. Bir gün mister Braunlounun evinə getmək istəyir, lakin xəbər tutur ki,o Hindistana köçmüşdür.

Sonra Oliver həmin xeyirxah qadınlarla onların yay evinə gedir və xoş günlər keçirir. Lakin bir gün oturduğu otağın pəncərəsindən Fecinin üzünü görür.Tez qışqıraraq hamını köməyə çağırsa da heç kim orda Fecini görmür.

Monks isə vaxtını boş itirmir. O qoca Sallinin danışdığı nəzarətçi missi Kornidən 25 funt əvəzində Oliverin anasına məxsus kisəni alır. Kisənin içində bir medalyon və üzük olur. Medalyonun içində "Aqnes" adı olur. Bir tərəfində isə Oliverin anadan olmasına bir il qalmış olan tarix yazılır. Monks bu kisəni çaya atır və birdəfəlik yoxa çıxardır. Bundan sonra o Fecinə hər şeyi danışır. Qardaşı haqqında olan son sübutları da məhv etdiyini və əgər missis Meyli və Rozun Oliverin kim olduqlarını bilmələri üçün nə qədər pul xərcləyərdilər sözlərini deyir. Bunlara yenidən qulaq asan Nensi Sayksa yuxu dərmanı verib, missi Rozun yanına gəlib hər şeyi danışır və növbəti dəfə görüşmək ümidi ilə ayrılırlar.

Bir gün Oliver küçədə mister Braunlounu görür və bunu Roza deyir. Roz onunla birlikdə ora gedir. Mister Braunlou çox sevinir. Daha sonra isə Roz təklikdə mister Braunlouya hər şeyi açıqlayıb deyir.

Sonluq

Beləliklə mister Braunlou və Roz Nensi iə gizlin görüşürlər. Fecin isə öz sahibini soyub qaçarq Londona gəlmiş Noeni Nensini izləmək üçün onun arxasınca yola salır. Nensi onlara hər şeyi danışır, Monksun əlamətlərini, gəlib getdiyi yerləri deyir. Lakin Nensi istəmir ki, onun əlbir olduqları o biri oğrular ələ keçsin. Bu onların razılaşması olur. Bütün bunlara qulaq asan Noe gəlib hər şeyi Fecinə danışır. Bundan xəbər tutan Sayks isə Nensini qəddarcasına öldürüb aradan çıxır.

Bu müddət ərzində Mister Braunlou öz təhqiqatını aparır. Belə ki,Edvin Lifordun (Monskun) atası onun köhnə dostu olur. O öz nigahında xoşbəxt olmur. Buna görə də boşanır. Daha sonra o Aqnes Fleminqi sevir. Lakin iş üzündən başqa ölkəyə getməli olur. Romada xəstələnir və ölür. Onun birinci arvadı və oğlu vəsiyyətdən məhrum olma qorxusu ilə Romaya gəlirlər. Onlar atasının sənədlərinin arasında mister Braunlounun ünvanına yazılmış bir zərfə rast gəlirlər. Bu zərfdə Aqnesə yazılmış məktub olur. Məktubda o Aqnesdən üzr istəyir və bunun müqabilində ona bir üzük və medalyon hədiyyə edir. Vəsiyyətnamə də isə birinci arvadına və oğlu Monska 800 funt miras qoyur.Qalanını isə həmin yazıq Aqnesə və onun doğulacaq körpəsinə qoyur.Şərt belə olur ki,əgər qız olarsa mülkiyyət dərhal ona qalacaqmış, yox əgər oğlan olsa o öz soyadına ləkə gətirməmiş halda bu mirasa sahib olacaqdı. Monskun anası bu vəsiyyatnaməni yandırır .Məktubu isə Aqnesi biabır etmək üçün saxlayır.

Biabırçılıq üzündən Aqnesin atası soyadını dəyişdirib iki qızı ilə yaşadığı yerdən qaçır. Sonra isə ölürr. Kiçik qızı Roz əvvəlcə kəndlilərin himayəsində qalır. Daha sonra isə missis Meyli onu övladlığa götürür.

18 yaşında Mosk anasını oğurlayıb qaçır, çirkin işlərlə məşğul olur. Anası isə sonra onu tapıb, bütün sirrləri ona deyir və ölür. Monsk isə öz qəddar planını hazırlayır. Sübutlar nəticəsində Mister Braunlou Monksu atasının arzusunu həyata keçirtmək üçün və bundan sonra başqa ölkəyə getməyə məcbur edir.

Bundan sonra Oliver öz xalası Roz və yaxınları ilə xoşbəxt həyat keçirir.

Sayks çox agır ölümlə ölür, Fecin isə tutulub ölüm cəzasına məhkum edilir.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.