Oliqotrof göl
Oliqotrof göl (yun. oligos-za miqdarda, cüzi və trophe-qida) — su layında optimal miqdarda oksigen olduğu halda plankton və qida maddələri ilə kasıb olan göllərə deyilir. Oliqotrof göllər adətən orta və böyük dərinliklə yamacların sıldırımlığı, suyunun soyuq və şəffaf olması ilə xarakterizə olunur. Məsələn, Kareliyanın gölləri, Qafqazın, Uralın, Altayın dağ gölləri, Baykal, Canevrə gölləri oliqotrof göllərdir.[1]
İstinadlar
- Ş. G. Həsənov, S. B. Məmmədov, Y. Q. Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti " Təhsil" Bakı- 2005.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.