Oleq Yusupov
Oleq Yusupov (azərb. Yusupov Oleq Kərim oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Oleq Yusupov | |
---|---|
azərb. Yusupov Oleq Kərim oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Rus |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
Həyatı
Oleq Yusupov 1944-cü ilin 28 fevral tarixində Bakı şəhərində anadan olub. 1 nömrəli hərbiləşdirilmiş yanğın dəstəsində sürücü işləyib. Bir oğlu var. Yanvarın 20-də 00:38 dəqiqədə Azərbaycan nəşriyyatına çağırışa gediblər. Onunla birlikdə qarovul rəisi A. Eyvazov, bölmə komandiri Y. Nikanov, yanğınsöndürənlər Ələsgərov və Burov da olub, 01:10 dəqiqədə rabitə kanalı ilə xəbər veriblər ki, maşın atəşə tutulub. Yanğınsöndürmə maşını 53-31-AQA Naxçıvan mehmanxanasının yanından keçəndə maşın atəşə tutulmuş, Yusupov sinəsindən ağır güllə yarası almışdır. Şəhidlər xiyabanında dəfn edilib.
Ünvan
Bu ünvanda yaşamışdır: Bakı, Əhmədli qəsəbəsi, Şıxlinski küçəsi, keçid 828, ev 57, mənzil 133.
Həmçinin bax
İstinadlar
- Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.