Oleq Yefremov
Oleq Nikolayeviç Yefremov (rus. Олег Николаевич Ефремов; 1 oktyabr 1927, Moskva, SSRİ — 24 may 2000, Moskva, Rusiya) — Sovet və Rusiya teatr rejissoru, kinorejissor, aktyor, pedaqoq və teatr xadimi, SSRİ xalq artisti (1976), Sosialist Əməyi Qəhrəmanı (1987), üç dəfə SSRİ dövlət mükafatı laureatı (1969, 1974, 1983) və Rusiya Federasiyasının dövlət mükafatı laureatı (1997, 2003), SSRİ Teatr Xadimləri İttifaqının yaradıcılarından biri və birinci katibi, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1955-ci ildən Sov.İKP-nin üzvü.
Oleq Yefremov | |
---|---|
rus. Олег Николаевич Ефремов | |
Doğum adı | Oleq Nikolayeviç Yefremov |
Doğum tarixi | |
Doğum yeri | Moskva, SSRİ |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya |
Vəfat səbəbi | ağciyər xəstəliyi[d] |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
Liliya Tolmaçyova İrina Mazuruk Alla Pokrovskaya |
Fəaliyyəti |
aktyor teatr rejissoru |
Fəaliyyət illəri | 1949–2000 |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
IMDb | ID0947238 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Oleq Yefremov 1 oktyabr 1927-ci ildə anadan olmuşdur. O, 1949-cu ildə MXAT məktəb-studiyasını bitirir və Mərkəzi Uşaq teatrında aktyor və rejissor olur. 1956-cı ildə Oleq Yefremov "Həməsr" ("Современник") teatrını yaradır və özü də ora başçılıq edir[1]. Daha sonra 1970-ci ildən etibarən M. Qorki adına Moskva teatrında çalışır. 1976-cı ildən MXAT-ın professoru olmuşdur. 1987-cı ildə rejissor Marina Qoldovskaya Oleq Yefremov haqqında sənədli film çəkmişdir. Oleq Nikolayeviç Yefremov 24 may 2000-ci ildə Moskvada vəfat etmişdir.
Filmoqrafiya
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1955 | Birinci eşelon | Первый эшелон | Aleksey Uzorov |
1957 | Lenin haqqında hekayələr | Рассказы о Ленине | Feliks Dzerjinski |
1957 | Bizimlə birgə | Рядом с нами | katib |
1958 | Çətin xoşbəxtlik | Трудное счастье | kürən oğlan |
1958 | Əsgərlər keçdi… | Шли солдаты… | Senka |
1960 | Sınaq müddəti | Испытательный срок | Ulyan Qriqoryeviç Jur |
1961 | Askaniyalı akademik | Академик из Аскании | Fedot Antipoviç Yakuşenko |
1961 | Ezamiyyət | Командировка | Mixail Arsentyeviç Şşerbakov |
1961 | Lyubuşka | Любушка | Olimp İvanoviç Lutoşkin |
1962 | Mənim kiçik qardaşım | Мой младший брат | Viktor Denisov |
1964 | Canlılar və ölülər | Живые и мёртвые | polkovnik İvanov |
1965 | Zəng çalınır, qapını açın | Звонят, откройте дверь | Vasili Dresvyannikov |
1965 | Körpü tikilir | Строится мост | Moskvalı müxbir |
1966 | Aybolit-66 | Айболит-66 | Aybolit |
1966 | Avtomobildən qorun | Берегись автомобиля | müstəntiq Maksim Podberyozovikov |
1967 | Hərb və sülh | Война и мир | Fyodor Doloxov |
1967 | Plüşşixada üç qovaq | Три тополя на Плющихе | taksi sürücüsü Saşa |
1967 | V.İ. Leninin portretinə ştrixlər | Штрихи к портрету В. И. Ленина | Martov |
1968 | Yenə məhəbbət haqqında | Ещё раз про любовь | Karsev |
1969 | Parla, parla, mənim ulduzum | Гори, гори, моя звезда | Fyodor |
1969 | Kral maral | Король-олень | Durandarte |
1969 | Anam ərə gedib | Мама вышла замуж | Viktor Stepanoviç Leonov |
1969 | Yalnız üç gecə | Только три ночи | İvan Petroviç Xvorostin |
1970 | Qaçış | Бег | ağqvardiyaçı polkovnik |
1971 | Sən və mən | Ты и я | Oleq Pavloviç |
1971 | Bütün kral ordusu | Вся королевская рать | Adam Stenton |
1972 | Qafqazda şəhər | Город на Кавказе | Viktor Sergeyeviç Nikolayev |
1972 | Salam və əlvida | Здравствуй и прощай | Qriqori Stepanoviç Burov |
1974 | Moskva, məhəbbətim mənim | rus. Москва, любовь моя yap. モスクワわが愛 | həkim |
1975 | Olqa Sergeyevna | Ольга Сергеевна | Viktor Anatolyeviç Kurdümov |
1976 | Cərrah Mişkinin günləri | Дни хирурга Мишкина | Yevgeni Lvoviç Mişkin |
1977 | Düşmənlər | Враги | Mixail Skrobotov |
1977 | Rudin | Рудин | Dmitri Nikolayeviç Rudin |
1977 | Açıq kitab | Открытая книга | Marlin |
1978 | Mən nəhəng olanda | Когда я стану великаном | Sergey Konstantinoviç |
1978 | Təhqiqat komissiyası | Комиссия по расследованию | Joludov |
1978 | Sonuncu şans | Последний шанс | Mixail İvanoviç Qoroxov |
1979 | Aktiv ərazi | Активная зона | Novikov |
1979 | Qanadlar haqqında poema | Поэма о крыльях | Sergey Raxmaninov |
1980 | Bir dəfə iyirmi il sonra | Однажды двадцать лет спустя | rəssam |
1981 | Atanın üç oğlu vardı | Было у отца три сына | ata |
1981 | Bir reys üçün sürücü | Шофёр на один рейс | Mixail Antonoviç Artüxin |
1982 | Yaddaş formulu | Формула памяти | Zelenin |
1983 | Bədbəxt olmaq istəmirəm | Не хочу быть несчастливым | Pyotr Kondratyeviç Mokin |
1984 | Davam et, davam et, cazibə… | Продлись, продлись, очарованье… | Anton Nikolayeviç Skvorsov |
1984 | Yad qadın və çarpayı altındakı ər | Чужая жена и муж под кроватью | Aleksandr Demyanoviç |
1985 | Batalyonlar atəş tələb edir | Батальоны просят огня | polkovnik Qulyayev |
1986 | Maaşdan maaşa | От зарплаты до зарплаты | Yefimov |
1986 | Qar kraliçasının sirri | Тайна Снежной королевы | nağılın səsi |
1987 | İlk görüş, son görüş | Первая встреча, последняя встреча | ixtiraçı Zanzyeveyev |
1989 | Qərarsız | Неприкаянный | Vetlugin |
1990 | Papaq | Шапка | Pyotr Lukin |
1991 | Və külək qayıdır | И возвращается ветер | Sergey Yutkeviç |
1995 | Şirli-mırli | Ширли-мырли | Nikolay Qriqoryeviç |
1998 | Qələbə gününə həsr olunmuş əsər | Сочинение ко Дню Победы | Dmitri Kilovatov |
1998 | Çexov və K | Чехов и К | ata |
İstinadlar
- Марков П. А. О театре: В 4 т.. — М.: Искусство, 1977. — Т. 4. Дневник театрального критика: 1930–1976. — С. 291. — 639 с.
.
Xarici keçidlər
- Oleq Yefremov — IMDb səhifəsi