Oleq Voronin

Voronin Oleq Vladimiroviç, (mold. Oleg Voronin), — Moldaviyalı sahibkar, rəhbər və siyasi xadim.

Şəxsi həyatı

4 noyabr 1962 ildə Moldaviya SSR Kriulyanı şəhərində (Criuleni) dünyaya gəlmişdir. Moldaviyalı iş adamı, Moldaviya Respublikasının üçüncü prezidenti Vladimir Voroninin oğludur. Ailəlidir, iki uşağı var, Yekaterina və Aleksey.

Voronin Vladimir Nikolayeviç, Oleq Voronin və onun ailəsi öz şəxsi həyatlarını nümayiş etməyi sevmirlər və dəbdəbəli mərasimlərdə iştirak etməkdən çəkinirlər. Konservativ dəyərlərin tərəfdarıdır: “Övladlarıma verdiyim tərbiyə prinsip etibarilə mənim və bacımın aldığı tərbiyədən seçilmir. Eləcə də mənim valideynlərim ənənəvi dəyərlər ruhunda tərbiyə almışlar. Bu dəyərləri mənimsədiyim kimi, onları öz övladlarıma da aşılayacağam" [1]

Təhsil

Orta məktəbi 1979-cu ildə Ungenı şəhərində bitirmişdir. 1984-cü ildə Kişinyov Dövlət Universitetinin biologiya fakultəsini „Torpaqşünaslıq“ ixtisası üzrə başa vurmuş, Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti Akademiyasının məzunu olmuşdur. İxtisası: "Dövlət və bələdiyyə idarəçiliyi", iqtisadçı, maliyyə və kredit üzrə mütəxəssisdir. 2011-ci ildə London Biznes Ali Məktəbinin İdarəçilik və inzibatçılıq üzrə magistr diplomunu (MBA) fərqlənmə ilə müdafiə etmişdir.

Karyera və biznes

İşgüzar fəaliyyəti ərzində Oleq Voronin maliyyə və bank, kənd təsərüfatı, üzümçülük, şərab istehsalı, bitkilərin qorunması, eləcə də elektronika və texnika sahələrində bir çox şirkətlərə rəhbərlik etmişdir.

  • 1984-cü ildən 1986-cı ilə kimi ixtisası üzrə „Vierul“ elmi istehsalat birliyində çalışmışdır.
  • 1986-cı ildən etibarən həmin elmi-istehsalat birliyinin biofizika laboratoriyasında aspirant kimi fəaliyyət göstərmişdir.
  • 1989-cu ildə BİOTEX şirkətini yaratmış və burada direktor vəzifəsində çalışmışdır. Şirkət tikinti, eləcə də meyvə və giləmeyvə bitkilərinin virussuz əkici materiallarının istehsalı və ixracı, bitkilərin qorunmasını təmin edən vasitələrin və elektronikanın idxalı ilə məşqul idi. SSSR-in dağılmasından öncə Moldova Respublikasında avtomatlaşdırılmış hesablama sistemlərinin istehsalı və ilkin kompüter mühasibat proqrammlarının hazırlanması sahəsində ilk çalışanlardan biri olmuşdur.
  • 1993-cü ildən Metal Market srl (sonralar MoldConctructMarket srl adını daşımış) şirkətinin direktoru olmuşdur. Firmanın fəaliyyətini müxtəlif malların, həmçinin metal və taxta-şalbanın və s. tikintisi, idxalı və ixracı təşkil edirdi.
  • 1992-ci ildə digər şirkətlərlə birgə ölkənin ilk banklarından biri sayılan FinComBank kommersiya bankının yaradılmasında iştirak etmişdir.

Siyasi fəaliyyəti

2007-ci ildə siyasətlə məşqul olmayacığını bəyan etsə də, 2011-ci ilin mart ayında Oleq Voronin Moldova Respublikasının Kommunistlər Partiyasının sıralarına qoşulmuşdur. O, öz qərarını bu cür izah etmişdir: „Hər bir vətəndaş iradəsindən asılı olmadan seçim qarşısında durur: o, ya Moldova ilə, ya da AİA ilə (Avropaya İnteqrasiya Alyansı), ya Moldova ilə, ya da ona qarşı olmalıdır. Mən Moldova ilə olmağı seçdim, qatı düşmənlərimizin deyil, xalqımın yanında olmağı qərara aldım. Moldova dedikdə mən heç də MRKP-nı nəzərdə tutmuram. Bu insanlığazidd rejimə göstərilən müqavimətin bir çox formaları var. MRKP bu formaların ən vacibi və güclüsü olaraq“.[2] Hesab edir ki, iqtisadi cəhəddən zəif inkişaf etmiş ölkələrdə dövlət siyasəti sosial-demokratik doktrinaya yaxın olmalıdır.“

Sahibkarlıq fəaliyyəti və istintaqlar

Müxalif liberal və Dnestryanı kütləvi informasiya vasitələrində ötən əsrin sonunda MRKP lideri Vladimir Voroninin başçılığı altında olan hakimiyyətə qarşı aktiv kampaniyalar keçirilirdi. Müşahidəçilər qeyd edirdilər ki, MRKP-yə qarşı çıxan müxalif qüvvələrin və prezident Voroninin motiv və məqsədləri tam fərqli idi. İstər hakimiyyət uğrunda aparılan mübarizədə, istərsə də dnestryanı bölgədən keçən kontrabandçı sxemlərinin məhv olunmasına görə qisasın alınmasında. Belə ki, , Voronin ailəsinin bankı kimi qələmə verilən FinComBank kommunist hakimiyyətinin tənqidi üçün səsləndirilən əsas mövzulardan biri idi.

Bu bank 1993-cü ildə „Vneşekonombank“ın Moldaviya filialının keçmiş əməkdaşları tərəfindən yaradılmışdır. Onların bu təşəbbüsünü dünyamiqyaslı "Krikov"kombinatı, Ungen xalça kombinatı, İnkon şirkəti, Kişinev tütün kombinatı kimi böyük müəssisələr və özəl firmalar dəstəkləmişdir. Bankın səhmdar tərkibi daim dəyişsə də, səhmdarların adları həmişə məlum olurdu. QSMK-nın verdiyi məlumata görə Oleq və Vladimir Voroninlər heç bir zaman FinComBankın kontrol aksiya paketinə sahib olmayıblar. Bankın səhmdarları arasında tanınmış Moldaviya sahibkarları, hətta MRKP-nın opponentləri, məsələn Moldaviyanın keçmiş baş naziri İon Sturzada olmuşdur.

MRKP-nin hakimiyyətdə olduğu dövrdə Oleq Voronin öz ünvanına səslənən tənqid və şayiələrə reaksiya vermirdi, çünki təziq altında atasının, prezident Voroninin, və MRKP-nin olduğunu hesab edirdi, buna görə də siyasi prosseslərə qarışa bilmirdi.

„Ölkənin ən imkanlı şəxsisinizmi?“ sualına cavab verərkən Oleq Voronin „Sadə vətəndaşla müqayisə etsək kasıb deyiləm. Lakin məşhur qaçaqmalçıların və reyderlərin timsalında Moldovanın qauleiterləri və onların əhatəsi ilə müqayisə apardıqda bütün vətəndaşlar kimi məni də səfil adlandırmaq olar.“[3] - söyləmişdir.

2010-cu ilin əvvəlində Kişinev nəşriyyatlarındandan birində Oleq Voroninə aid olan bir bank kartından çıxrılan xərclər anonim dərc olunmuşdur.

Beləliklə istintaq strukturları sinxron şəkildə Cinayət Məcəlləsinin „Cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərinin leqallaşdırılması“ və „Xeyli miqdarda vergidən yayınma“ maddələri üzrə istintaqa başladı.

Müstəqil siyasi analitiklər o vaxtlar qeyd etmişdilər ki, yuxarıda adı çəkilən məqalə və istintaq işləri 2009-cu ildə keçirilmiş parlament seçkilərindən sonra parlament koalisiyalarının yaranma və nüfuz dairələrinin parçalanması dövrünə təsadüf etmişdir.

Onların fikrincə bu MRKP-yə və onun liderinə təziq göstərmək üçün görülmüş tədbirlərdən biri idi.

Kiçik Voronin o vaxtlar bildirmişdir ki, onun başqa soyadı olsaydı, bu ölkədə heç bir problem yaşamazdı.

Moldovanın sabiq prezidenti Vladimir Voroninə qarşı aparılan istintaqa münasibətini bildirərkən Oleq Voronin burada siyasi amillərin olduğunu [4] söyləmiş və bunu mövcud hakimiyyətin, eləcə də onun tərəfindən idarə olunan hüquq-mühafizə orqanlarınının Voroninlər ailəsinin üzvlərinı nüfuzdan salmaq cəhdləri kimi qiymətləndirmişdi.

İki il aparılan istintaqdan sonra cinayət işləri cinayət tərkibinin olmadığına görə bağlanmışdır. Apelyasiya palatası vergilər orqanlarının Oleq Voronin tərəfindən elan edilməmiş gəlir vergisinin artırılması haqqında verilən qərarını ləğv etmiş və vergilər orqanlarından vurduqları mənəvi ziyana görə kompensasiya kimi cərimə ödəmələrini tələb etmişdir.

Oleq Voroninin adı Forbs kimi reytinqli jurnalların heç birində dövlətli şəxslərin siyahısında səslənməmişdir.

Onun üzərinə yazılan bank hesbları və xaricı əmlakı haqqında məlumatlar heç bir sənədə əsaslanan təsdiqini tapmamışdır.

Nüfuz və mükafatları

2012-ci ildə Oleq Voronin milli televiziya kanallarının biri tərəfindən "İlin ən yaxşı iş adamı" adına layiq görülmüşdür.

Oleq Voronin bu mükafatı ölkədə fəaliyyət göstərən sahibkarları ələ salma kimi qiymətləndirmişdir və « Hamımız bilirik ki, ölkədə yeganə gəlir yeri reyderlik, qaçaqmalçılıq və büdcə vəsaitlərinin oğurlanmasıdır. Məhs bu nominasiyalara görə də Publika kanalı müsabiqə təşkil etməli, və namizədləri sahibkarların arasında deyil parlament və hakimiyyət dəhlizlərində axtarmalı idi.» [5] - söyləmişdir.

Xeyriyyəçiliyi

Oleq Voronin yaxınları arasında xeyriyyəçiliyi, əsasən sosial yardım layihələri, məbədlərin və kilsələrin tikintisində iştirakı ilə tanınır.

Uzun illər ərzində o, məşhur Moldaviya idmançısı Olqa Kristya və digər idmançılara maddi dəstək göstərir.

Himayədar vəsaitlərin çox hissəsi sosial MRKP-nin kənd yerlərində apardığı sosial proqrammlara yönəldilir.

Maraqları

Dağ xizəyi, motosikllər, dayvinq.

Mənbələr

  1. "Arxivlənmiş surət". 2014-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
  2. "Arxivlənmiş surət". 2014-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-27.
  3. "Arxivlənmiş surət". 2014-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-04.
  4. http://logos.press.md/node/28586%5B%5D
  5. "Arxivlənmiş surət". 2014-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.