Oleq Pavlenko
Oleq Pavlenko — SSRİ, Rusiya və Azərbaycan şahmatçısı,[1] FİDE ustası.[2] Məşqçi. SSRİ idman ustası (1966). Gənclər arasında SSRİ çempionu (1961). SSRİ çempionatının iştirakçısı (1967).[3]
Oleq Pavlenko | |
---|---|
Ölkə |
SSRİ → Rusiya→ Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Titulu |
|
Mükafatları |
Həyatı
Oleq Timofeeviç Pavlenko 1942-ci ildə Bakı şəhərində anadan olub.
Gənc yaşlarında şahmata olan marağı onu tezliklə idmanın bu növü ilə yaxından məşğul olmağa məcbur edib.
1959-cu ildən 1975-ci ilə qədər Oleq Pavlenko Azərbaycan milli komandasının şərəfini SSRİ xalqlar spartakiadasında qoruyub.
1960-cı ildə SSRİ-Yunanıstan dostluq matçında gənclərdən ibarət komandada SSRİ-ni təmsil edib. Veteranlar arasında keçirilən Azərbaycan çempionatının mükafatçısı olub.
O, ömrünün son 20 ilini Azərbaycanda istedadlı şahmatçıların üzə çıxmasına sərf edib. Onun məşqçi-müəllim kimi çoxsaylı istedadlı şahmatçıların inkişafında böyük əməyi olub.
Azərbaycanın veteran şahmatçısı Oleq Pavlenko 2010-cu ilin sentyabr ayında 68 yaşında vəfat edib.[4]
İstinadlar
- "FIDE rating history: Pavlenko, Oleg". OlimpBase. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2023.
- "Шахматисты почтили память мастера ФИДЕ Олега Павленко" (rus). Azertag.az.
- "Павленко Олег Тимофеевич" (rus). Sport-strana.ru. 27 yanvar 2023 tarixində arxivləşdirilib.
- "Azərbaycanın veteran şahmatçısı vəfat edib" (az.). Lent.az. 2010-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-16.