Olenok körfəzi

Olenok körfəzi[1]Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir. Körfəzdə çoxlu ada vardır. Onlardan ən irisi Canqılaxdır. Ətrafında tundra bitkiləri yayılmışdır. Buxtanın sahil bölgəsi Böyük Arktik qoruğu ərazisinə daxildir. Buxtaya çoxlu sayda çaylar axır. İnzibati cəhətdən buxtanın böyük hissəsi Rusiya Federasiyası Krasnoyarsk diyarı ərazisinə daxildir.

Olenok körfəzi
saxa Өлөөн хомото
Ümumi məlumatlar
Tip Körfəz
Sahil uzunluğu 65 km
Dərin yeri 15 m
Orta dərinliyi 3 m
Yerləşməsi
73°11′31″ şm. e. 122°14′46″ ş. u.
Ölkələr
Akvatoriyası
Olenok körfəzi xəritədə
Olenok körfəzi
Olenok körfəzi
Olenok körfəzi xəritədə
Olenok körfəzi
Olenok körfəzi

Araşdırılma tarixi

Körfəz 1633—1634-cu illərdə yenisey kazaklarının rəhbəri İvan Rebrov tərəfindən kəşf edilmişdir. 17351736-cı illərdə Vasili Vasilyeviç Pronçişev tərəfindən tətqiq edilmiş və xəritəyə salınmışdır. uzaq məsafədən kəşf edilmişdir. Sahillərində Vasili Vasilyeviç Pronçişev və Tatyana Pronçişevanın rəhbərlik etdiyi ekspedisiya qışlamışdır. 1736-cı ilin sentyabrında ər və arvad geri qayıdarkən yolda həlak olmuş və Olenok çayı mənsəbində dəfn olunmuşlat.

2002-ci ildə frsansız yazıçısı və səyyahı Jil Eklem kayaklsa körfəz boyu 60 km üzmüşdür.

2003-cü ildə Olenok axarı ilə yol 561 kmtəşkil edirdi[2].

İstinadlar

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.