Olein

Olein turşusu(tsis 9-oktadetsen turşusu)СН3(СН2)7СН=СН(СН2)7СООН -doymamış yağ turşusudır. Omega-9 doymamış yağ turşular qrupuna aiddir.

Olein
Ümumi
Sistematik adı tsis 9-oktadetsen turşusu
Kimyəvi formulu C₁₈H₃₄O₂[1]
Molyar kütlə 282,46 q/mol
Fiziki xassələri
Sıxlıq 0,895 (18°C, г/см3) q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 16,3 °S
Qaynama nöqtəsi 360 °C; при 10 мм рт. ст.: 225—226 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 112-80-1
PubChem
SMILES CCCCCCCC\C=C/CCCCCCCC(O)=O
RTECS RG2275000
ChEBI 16196
ChemSpider


Fiziki xassələri

Olein turşusu yağlı mayedir, sudan yüngüldür, qoxusuz, rəngsiz, suda həll olunmur, yalnız üzvi həlledicilərdə həll olunur (benzolda, xloroformda və s.).

Alınması

Texniki olein turşusu müxtəlif bitki yağlarının hidrolizi zamanı alınır, məsələn, günəbaxan, soya və ya xardal. Bu məhsul qida məqsədləri üçün tamamilə yararsızdır. Alınan turşuları fraksiyalara ayırmaqla və ya metanoldan və asetondan–400C temperaturda təkrar kristallaş- dırılma yolu ilə əldə edilə bilər. Təbiətdə müxtəlif heyvan mənşəli piylərin tərkibində olur məs. donuz, mal piyində həmçinin bitki yağlarındada (zeytun, badam, günəbaxan,avokado,palma, arqan və s. ).

Kimyəvi xassələri

Olein turşusuna ozonla təsiri nəticəsində ozonid alınır. Kalium permanqanatla qələvi mühitində oksidləşəndə pelarqon СН3—(СН2)7—СООН və azelain НООС—(СН2)7—СООН turşusu alınır. Stearin turşusuna qədər hidritləşir. Olein turşusunun qələvi metal duzları suda çox yaxşı həll olunur və toxuculuq sənayesində istifadə olunurlar (olein sabunu). Olein turşusunun qurğuşun duzu, doymuş yağ turşularının qurğuşun duzlarından fərqli olaraq, efirlərdə həll olunur, bu fərqə əsaslanaraq təbii yağların sabunlaşması nəticəsində alınan turşuların qarışığından olein turşusununu ayırmaq olur.

Tətbiqi

Olein turşusu və onun efirləri boyalar və laklar istehsalı üçün istifadə olunur.Sabun hazırlanmasında geniş tətbiq olunur. Olein turşusu və duzları emulqator kimi geniş istifadə olunur, xüsusəndə yağlayıcı-soyuducu mayelərin tərkibində metal kəsmə əməliyyatları zamanı. Olein turşusu qida sənayesindədə dad verən vasitə kimi istifadə olunur.

Olein turşusu aşqar kimi

Dizel mühərriklərində istifadə olunan yanacaqların istismar keyfiyyətlərinin yaxşılaşdırılması dedikdə , mühərriklər üçün ən vacib və önəmli olan yanacaqların yeyilməyə qarşı yağlayıcılıq, korroziyadan mühafizəedici və setan ədədinin yaxşılaşdırılması nəzərdə tutulur. Nəzərdə tutulan məqsədə, olein turşusunun dietilaminoetil efirinin alınması və tətbiqi ilə nail olunur. Olein turşusunun dietilaminoetil efirinin alınma reaksiyasının sxemi aşağıda təqdim olunur:

  • CH3 – (CH2)7 –-CH = CH - (CH2)7 – COOH +HO CH2 – CH2 – N(C2H5)2→-H2O →CH3 – (CH2)7 - CH=CH - (CH2)7 – COOCH2 – CH2 – N(C2H5)2


Reaksiyadanı göründüyü kimi, birləşmənin alınma üsulu sadə, istifadə olunan reagentlər asan əldə olunardır. Sınaqlar aprmaq üçün, olein turşusunun dietilaminoetil efirindən 0,3 – 0,5 % ənənəvi dizel yanacağına əlavə edərək, müvafik yanacaq kompozisiyaları işlənib hazırlanmışdır. Müəyyən edilmişdir ki, işlənib hazırlanan kompozisiyalardan dizel mühərriklərində istifadə edildikdə mühərrikin yeyilməyə qarşı yağlayıcılıq xassəsi 36 – 38 % yaxşılaşır, avadanlığın korroziyadan mühafizəsi 98 – 99 % təmin olunur, setan ədədi 1,5 – 2 vahid artıt. Setan ədədinin 1 vahid artması, yanacağın 1 % qənaət olunması deməkdir.



Təhlükəsliyi

Olein turşusu insan dərisi üçün zərərsizdir, suda həll olunmur. Çıxarılması üçün spirt, aseton, xloroform, efirdən istifadə etmək olar. İstifadə etdikdə hava ilə oksidləşir və rənqi qaralır. Bunu nəzərə alaraq olein turşusu sıx bağlı bir qabda saxlanılmalıdır.

Mənbə

  1. Рабинович В. А., Хавин З. Я. «Краткий химический справочник» Л.: Химия, 1977 стр. 170
  2. Гауптман 3., Грефе Ю., Ремане X., Органическая химия, пер. с нем., М., 1979
  1. oleic acid (ing.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.