Oktyabrın şəfəqləndirdiyi yol (film, 1977)
Oktyabrın şəfəqləndirdiyi yol — rejissor Cavanşir Məmmədovun Azərbaycan Kommunist Partiyasının XXIX qurultayının yekunları haqqında çəkdiyi sənədli film.
Oktyabrın şəfəqləndirdiyi yol | |
---|---|
Janr | sənədli film |
Rejissor | Cavanşir Məmmədov |
Ssenari müəllifi | Əşrəf Hacıyev |
Operatorlar |
Fəraməz Məmmədov Elxan Əliyev |
Bəstəkar | Fikrət Əmirov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1977 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1977 |
Texniki məlumatlar |
5 hissə 1400 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
Filmdə Azərbaycanın bu günü, onun qayğı və sevincləri, əmək adamlarının bayramları, kənd təsərrüfatı və sənaye sahəsində çalışan əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin xeyirxah və fədakar işləri geniş şəkildə göstərilmişdir.
Azərbaycanın görkəmli adamları-akademik Həsən Abdullayev, məşhur neftçi-alim Fərman Salmanov, tanınmış pambıqçı Sürəyya Kərimova, neftçi İsrafil Hüseynov və başqaları filmin qəhrəmanlarıdır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Cavanşir Məmmədov
- Ssenari müəllifi: Əşrəf Hacıyev
- Operator: Fəraməz Məmmədov, Elxan Əliyev
- Bəstəkar: Fikrət Əmirov
- Səs operatoru: Şamil Kərimov
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.