Oktay Mehdiyev
Mehdiyev Oktay Nüsrət oğlu (22 oktyabr 1976) — Azərbaycan aktyoru.
Oktay Mehdiyev | |
---|---|
Oktay Nüsrət oğlu Mehdiyev | |
Doğum tarixi | 22 oktyabr 1976 (47 yaş) |
Fəaliyyəti | aktyor |
Təhsili |
Həyatı
Mehdiyev Oktay Nüsrət oğlu 22.10.1976-cı ildə anadan olub. 1994-cü ildə Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsinə qəbul olunmuş, 1998-ci ildə oranı bitirmişdir.
1999-cu ildən hal-hazıradək H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktyor işləyir. Diplom işi olaraq Akademik Milli Dram teatrında hazırlanan "Şadlıq sorağında" (V. Rozov) tamaşasında baş rolun ifaçısı olmuşdur.
Sumqayıt teatrında oynadığı rollardan Bəhruz (T. Vəliyeva "Mənim ağ göyərçinim"), Talıb (Ə. M. Lələdağ "Tələ"), Vəliqulu (C. Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Göstəbək (G. Xuqayev "Bir köpək vardı"), Təkgöz (K. Həsənov "Sehrli yaylıq"), Birinci xidmətçi (Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu"), narkoman (Y. Həşimov "Həkimlər nobata gedir"), Teymur (Ə. M. Lələdağ "Dağlarda tufan"), Şair (Anar "Yaxşı padşahın nağılı"), Qozbel (Ə. Əmirli "Varlı qadın"), və s. göstərmək olar.
Filmoqrafiya
- 220 №-li otaq (film, 2010)
- Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015)
- Mən burdayam, İlahi!