Oksana Rəsulova

Oksana Rəsulova (19 dekabr 1982[1], Dəvəçi rayonu) — Hind rəqslərinin mahir ifaçısı, aktrisa, ginekoloq və dəri zöhrəvi həkimi. "OksiMedia" MMC şirkətinin rəhbəri.

Oksana Rəsulova
Doğum tarixi
Doğum yeri Əli Bayramlı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti rəqs, aktrisa, müğənni, həkim
Fəaliyyət illəri 1999 - indi

İxtisasca ginekoloq və dəri zöhrəvi həkimi olmasına baxmayaraq 19 ildir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub. 2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə "Şavratri" adlı ilk keçirilən müziklda "Apsara" rolunu ifa edib. 2008-ci ildə isə Peterburqda keçirilən "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"-də 1-ci yerə layiq görülüb. Nəhayət 2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyət festivalı "Divali 2009" da təmsil edib və 1-ci yerə çıxıb. Daha sonra "Hind rəqsləri üzrə 3-cü açıq konkurs"-da iştirak edib və 3-cü yeri tutub. Oksana hind dilində sərbəst danışır, həmçinin azərbaycanrus dillərini də bilir.

Həyatı

Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Əli Bayramlı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 3 yaşından hind rəqslərinə böyük həvəsi Oksanada, bu həvəsi hind filmləri pərəstişkarı olan xalası yaradır. Ailəsi ilə birlikdə Rusiyaya köçən Oksana uzun müddət Rusiya Federasiyasında yaşayıb. Rəqs təhsilini buradada davam etdirir və Uşaq Xareoqrafiya məktəbinə daxil olur. Rəqslə paralel olaraq, orta təhslini də davam etdirən Oksana daha sonra "Tibb akademiyası"-a daxil olur və "ginekologiya" ixtisası üzrə təhsil alır. İki il ixtisası üzrə işləyir, lakin gələcəyini rəqqsiz təsəvvür etməyən Oksana həkimliyin daşını atıb, hind rəqsləri ilə daha ciddi məşğul olmağa başlayır. Səylə çalışmağı onu beynəlxalq müsabiqələrə qədər gətirib çıxarır. 1999–2000-ci illərdə keçirilən müsabiqlərədə 2-ci və 3-cü yerlərə layiq görülsə də 2008-ci ildə nəhayət qalib seçilir. 2006-cı ildə Sankt-Peterburq şəhərində keçirilən "Beynalxalq Hind rəqsləri" müsabiqəsində 2-ci dərəcəli laureat adını qazanıb. Elə həmin illər də vətənə qayıdan rəqqasə, bir il sonra Rusiyada keçirilən, beynəlxalq müsabiqədə bu dəfə Azərbaycanı təmsil edir və yenə də qalib olur. Öz üzərində dayanmadan çalışan Oksana 2001-ci ildə yaratdığı "Çandra Mukxi" rəqs qrupunu yenidən bərpa edir və müəllimlik fəaliyyətini davam etdirir. Şəhərin məşhur fitness mərkəzlərindən birində açılan kursda trener kimi də çalışıb.[2]

Qalmaqallardan kənar, öz sənəti ilə məşğul olan O. Rəsulova qısa bir zamanda populyarlıq qazandı.

Oksana Rəsulova 2017-ci ildə ailə həyatı qurub,2018-ci ildə Osman adlı oğlu dünyaya gəlib.

2014-cü ildə Hindistanın "Zee Tv" telekanalında "India's Best Cine Star Ki Khoj" adlanan 12 nəfərlik realiti şousunun finalçıları arasında 6 qızdan biri olmağı bacaran Oksana Rəsulova, məşhur rejissor və aktyorların münsif kürsüsündə əyləşdiyi verlişdə bütün münsifləri təəccübləndirməyi bacarıb. Münsiflər heyətində Bollivudun məşhurları Sonali Bendre, aktyor Ayuşman Xurana, tanınmış rejissor Vijat Krişna Açarya əyləşiblər.[3]

Karyerası

3 yaşından hind rəqslərinə böyük həvəsi olan, 8 yaşından isə rəqslə məşğul olan Oksana, 1999-cu ildən başlayaraq artıq böyük səhnələrdə rəqqasə kimi çıxış etməyə başlayıb. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib, eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub. Oksana hind rəqslərindən "Stilizasiya"(Qarışıq-klassik və estrada) və sırf estrada, Bollivud hind rəqslərinə üstünlük verir. 2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə "Şavratri" adlı ilk keçirilən müziklda "Apsara" rolunu ifa edib. 2008-ci ildə isə Peterburqda keçirilən "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"ndə 1-ci yerə layiq görülüb. 2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyəti festivalı "Divali 2009" da təmsil edib və 1-ci yərə çıxıb. Daha sonra "Hind rəqsləri üzrə 3-cü açıq konkurs"-da iştirak edib və 3-cü yeri tutub. Sözügedən "Divali 2009"-da müsabiqənin münsiflərindən biri erməni qizi Narina Laryan olub. Oksananın rəqsi erməni münsifi o qədər valeh edib ki, o, Oksanaya müsabiqənin ən yüksək xalı hesab edilən 10 xalı verib. Həmin ərəfədə Oksana daha bir müsabiqədə, "Hind rəqsləri üzrə 3-cü açıq konkurs"-da iştirak edib və 3-cü yeri tutub. Burda isə münsiflər heyətində məşhur klassik hind rəqsləri üzrə ustad Aşvani Niqam əyləşib.[4] Azərbaycanda prodüser Kemal Cenk İçten ilə tanış olan rəqqasə onun dəstəyi ilə müxtəlif verilişlərə dəvət alır və populyarlıq qazanır. 2008-ci ildə Oksana Rəsulova Azərbaycana gələndən sonra bir neçə işlərə imza atib. Aktrisa kimi İzzət Bağırov, Murad Sadıx, Təranə Vəlizadə, Orxan Ölməz, Nətavən Həbibi kimi sənətçilərin kliplərində çəkilir, qısametrajlı filmlərə və seriallara dəvət alır. 2010-cu ildə aktrisa kimi "Dostlar" serialının demo versiyasında baş rolda çəkilib. Həmin ildə Oksana Rəsulova "Mənim Atam" filmində də çəkilib (rejissor: Elçin Musaoğlu, Novruz Hikmət).[5] 2011-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycanda ilk hip-hop müzikılı olan "Leyli və Məcnun"da "Zeynəb" obrazını canlandırır. Öz üzrəində dayanmadan işləyən və peşəkarlığa doğru addımlayan Oksana 2001-ci ildə yaratdığı "Çandra Mutxi" rəqs qrupunu yenidən bərpa edir və müəllimlik fəaliyyətini davam etdirir.

Hindistanda bir neçə dəfə tədbirlərə dəvət alan rəqqasə, axırıncı səfərində Bollivudun məşhur aktyoru Anupam Kxerin aktyorluq məktəbində təhsil alır və Bollivudun ən tanınmış simaları ilə görüşür.[6] Bundan əlavə ilk müəllimi hesab etdiyi, Hindistanın rəqs kraliçası, Madhuri Dikşitın online rəqs məktəbinə aktirasının öyrətdiyi "Maina Mai" rəqsini, videoçarx şəklində öz ifasında göndərir. Oksananın rəqsini bəyənən aktrisa, onun istedadını yüksək dəyərləndirir, öz tələbəsi hesab edir və bu barədə hind telekanallarının birində müsahibə verir. Ən böyük arzusuna çatdığını deyən Oksana bununla kifayətlənməyib, daha çox uğur əldə etmək fikrinə düşür və 2014-cü ildə Hindistanın "Zee Tv" telekanalında "India's Best Cine Star Ki Khoj" adlanan realiti şouya qatılır. Münsiflər heyəti Bollivudun məşhurları Sonali Bendre, aktyor Ayuşman Xurana, tanınmış rejissor Vijat Krişna Açaryadır. Televerilişin final turlarında 2000 nəfər iştirak edib. Onlar arasından isə 100 nəfər seçilib. Bu 100 rəqqasə arasında Oksana Rəsulova da yer tutub. Finala 6 nəfər qız, 6 nəfər oğlandan ibarət 12 nəfər keçəcəyi halda Azərbaycanlı rəqqasə də finala düşüb və birinci yer uğrunda mübarizə aparır. Hal hazırda Oksana bu yarışmada mübarizə aparmaqda davam edir.[7]

2014-cü ildə Hindistanın Mumbay şəhərində, Zee TV telekanalında 6 ay müddətində yayımlanan "İndia’s Best Cinestars Ki Khoj" ("Hindistanın Ən Yaxşı Kinoulduzu") teleyarışmasında Azərbaycanı təmsil edib və yarışmanın qalibi seçilib. 2014-cü ildə Hindistanın Zee TV telekanalında yayımlanan "Maharakshak Aryan" adlı teleserialında rol almıb. Daha sonra 2014-cü ildə Hindistanda Zee TV telekanalında "Sapne Suhane Ladakpan Ke" adlı teleserialda rol alıb.2015-ci ildən etibarən "OksiMedia" MMC şirkətini yaradaraq oranın rəhbəri kimi fəaliyyətini davam etdirir.2015-ci ildə Azərbaycanın zəngin mədəni irsini dünyada tanıtmaq məqsədi ilə ölkəmizin tarixi məkanlarından olan Atəşgahda "Leyli və Məcnun" əsərinin motivləri əsasında "Eşq" Hind rəqsinin və "Şəki Xan" Sarayında "Sarı gəlin" Azərbaycan rəqsinin videoçarxlarını hazırlayıb dünyanın bir çox yerlərində Azərbaycanı tanıdıb. 2016-cı ildə triller janrında "Şər Qarışanda" tammetrajlı bədii filmin baş rolunda Günel obrazını canlandırıb(rejissor Samir Kərimoğlu). 2016-cı ildə melodram janrında "Zaman Adlı Qatar" tammetrajlı bədii filmin baş rolunda İradə və Leyla obrazlarına çəkilib (rejissor Kənan Musayev).2016-cı ildə Azərbaycandakı Hindistan Səfirliyi və Azərbaycanda Hindistan assosiasiyası tərəfindən "Azərbaycan və Hindistan arasında 25 illik dostluq körpüsü" ilə bağlı, Azərbaycanda Hindistanı və Hindistanda Azərbaycanı təmsil etdiyinə görə, fəxri diplom ilə təltif olunub. Daha sonra isə 2017-ci ildə Azərbaycandakı Hindistan Səfirliyi tərəfindən Azərbaycanda "Yoqa" üzrə səfir seçilib və "Beynalxalq Yoqa Günlərində" fəal iştirakçı olub.

Filmoqrafiya

  1. Mənim Atam (film, 2010)
  2. Bacanaqlar (teleserial, 2009) (bədii serial) (rol: özü)
  3. Zaman adlı qatar (film, 2016)
  4. Şər qarışanda (film, 2016)
  5. Mələyin öpüşü (film, 2017)[8]
  6. Bayram axşamı (film, 2017)
  7. Brat Li (film, 2017)
  8. Lal yuxu (teleserial, 2017)
  9. Qaragöz (film, 2018)
  10. Qış nağılı 1 (film, 2019)
  11. Qış nağılı 2 (film, 2020)
  12. Sevgi Romanı (film, 2020) (rol: Cəmilə)
  13. Yalan həqiqət (teleserial, 2021) (rol: Həlimə)
  14. Son nəfəs" (2022) teleserial
  15. Geri dönənlər (film,2023)

Musiqi klipləri

  1. İzzət Bağırov — Dünya
  2. Murad Sadıx — Sevməsəm Ölərəm
  3. Küçük İbo — Deniz
  4. Orxan Ölməz — Yasa Dışı
  5. Təranə Vəlizadə — Sarı Gəlin
  6. Əlişahin və Zabir Əliyev — Kimsə Sevəcək
  7. Elşad Xose — Yox Təbəssüm
  8. Nətavan Həbibi — Sus

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.