Oko (Moskva)

OKO (rus. объединённые кристаллом основания)Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 16 nömrəli binalar kompleksi. Kompleks iki tikilidən ibarətdir: 16A və 16B.

Oko

55°44′58″ şm. e. 37°32′03″ ş. u.


Yeri Moskva
Tikilmə tarixi 2011-2016
Status tikili
Hündürlüyü
Dam 354 m 16A(Cənubi qüllə)
254 m 16B(Şimali qüllə)
Texniki göstəriciləri
Mərtəbə sayı 85 16A (Cənubi qüllə)
49 16B(Şimali qüllə)
Daxili sahəsi 249 600 m²
Memar Skidmore, Owings & Merrill
Sahibi Capital Group
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

OKO - sözü "Birləşmiş kristalların əsası" mənasının qısaltmasıdır.

Cənubi qüllə kompleksi hündürlüyünə görə tikilib qurtaran binalar arasında Avropada ikinci yerdədir. Həm yaşayış, həm də ofis yerləri təxminən eyni ölçüdə binalarda yerləşdirilib: ofislərə 122493 m², mənzil üçün 122507 m² yer ayrılmışdır.[1][2][3]

16A göydələni

Göydələnlərdən biri - Cənubi qüllə 354 metr və 85 mərtəbədən ibarətdir. Hər iki binanın hazırda yeraltı mərtəbələri mövcuddur.

16B göydələni

Şimali qüllə 49 mərtəbəli və 245 metr hündürlüyündədir. 16B nömrəli tikilidə üçulduzlu hotel , 330 otaq və 3740 avtomobil üçün dayanacaq yeri göydələn yerləşdirilmişdir. Otel 22 mərtəbədən ibarət və 79 metr yüksəkiyindədir.[4][5][6]

Qalereya

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.