Oklend adaları

Oklend adaları (ing. Auckland Islands) — Sakit okeanın cənubunda, Yeni Zelandiyaya məxsus olan vulkan məşəlli adalardır.

Oklend adaları
ing. Auckland Islands
Ümumi məlumatlar
Adaların sayı 8
Ümumi sahəsi 625,6 km²
Hündür nöqtəsi 600 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
50°42′00″ c. e. 166°05′00″ ş. u.
Ölkə  Yeni Zelandiya
Akvatoriya
Oklend adaları xəritədə
Oklend adaları
Oklend adaları
Oklend adaları (Sakit okean)
Oklend adaları
Oklend adaları, Sakit okean
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 877
ing.rus.fr.

Bu qrup adalar Yeni Zelandiyanın Daxili adaları ərazisinə daxildir. Adalar inzibati cəhətdən hec bir regionun tərkibinə daxil edilməsədə, dövlətin ing. Area Outside Territorial Authority adlı idarə etmə orqanı tərəfindən idarə edilir.

Oklend adaları UNESCO Ümumdünya irsi siyahısına daxildir[1]

Coğrafiya

Adaların sahəsi 625,6 km² təşkil edir. Arxipelaqın ən hündür nöqtəsi 600 metr təşkil edir. Arxipelaq bir necə ada və qayalıqlardan ibarətdir:

  • Oklend adası (Auckland Island) — (50°42′ c. e. 166°05′ ş. u.), 510 км²
  • Adams adası (Adams Island) — (50°52′59″ c. e. 166°04′59″ ş. u.), 97,3 км²
  • Enderbi (Enderby Island) — (50°31′ c. e. 166°17′ ş. u.)
  • Disappointment (Disappointment Island) — (50°36,25′ c. e. 165°58,38′ ş. u.)
  • Evinq (Ewing Island) — (50°31′43″ c. e. 166°18′14″ ş. u.)
  • Rouz (Rose Island) — (50°30′50″ c. e. 166°14′56″ ş. u.)
  • Dandas adası (Dundas Island) — (50°34′28″ c. e. 166°19′14″ ş. u.)
  • Qrin adası (Green Island)

Bitki örtüyü əsasən çırtdan ağac və kollardan ibarətdir. Heyvanları əsasən dəniz canlılarıdır: Yeni Zelandiya dəniz pişiyi, Dəniz fili, Pinqvinlər və dəniz quşları.

XIX—XX əsrləri adaya gətirilən məməlilər, artıq 1990-cı illərdə tamamən məhv edilmişdir. Səbəb isə adaların ilkinliyini qoyuyub saxlamaq olmuşdur. Adalarda dəniz təbiət qoruğu fəaliyyət göstərir.

Tarix

Adaların ilk kəşfi bölgənin yerli əhalisi tərəfindən olmuşdur. Enderbi adasında aparılan arxioloji qazıntılar zamanı polineziyalılara məxsus tapıntılar aşkarlanmışdır.

Belə guman edilir ki, adalar 1806-ci ildə Abraham Bristou tərəfindən kəşf edilmişdir.

Əhali

Adalar daimi əhaliyə malik olmasada, adaları tez-tez elmi məqsədlər üçün insanlar ziyarət edir. 19421945 ildə əsas adada qütb stansiyası fəaliyyət göstərirdi. Dəfələrlə adaları məskunlaşdırmağa cəhd göstərilsədə, sərt iqlim səbəbindən mümkünsüz olmuşdur.

İstinadlar

  1. "Ümumdünya irsi.N-877". 2020-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-21.

Mənbə

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.