Okinoşima adası
Okinoşima adası (Yaponca: 沖ノ島). Yaponiyanın Kyuşo bölgəsindəki Fukuoka prefekturasının Munakata şəhərindəki bir ada.[1] Okinoşima adasının sahəsi 0.7 kvadrat kilometr (240 hektar) və maksimum hündürlüyü 799 fut (244 m) təşkil edir. Ölkənin cənub-qərbində yerləşən adaya ancaq dini ziyarət məqsədli kişilər gedə bilər.
Okinoşima adası | |
---|---|
沖ノ島 | |
Ümumi məlumatlar | |
Sahəsi | 0.7 km² |
Uzunluğu |
|
Eni | 1 km |
Hündür nöqtəsi | 244 m |
Əhalisi |
|
Yerləşməsi | |
40°28′23″ şm. e. 50°19′48″ ş. u. | |
Ölkə | Yaponiya |
Arxipelaq |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Munakatadakı Taişa Okitsu Məbədi
Dəniz ilahəsinə həsr olunmuş Munakata Taişa Okitsu məbədi Okinoşimanın cənub-qərb hissəsində yerləşir. Məbəd 17-ci əsrin ortalarında tikilmiş və quruluşdan əvvəl müqəddəs bir təbii məkan olan ərazidə ibadət yeri kimi istifadə olunurdu. Məbəd 1932-ci ildən əvvəl bir neçə təmir və bərpa işlərindən sonra şova dövründə eyni qalmışdı.
Adaya ibadət etmək üçün yalnız kişilərə icazə verilir. Kişilər əvvəlcə soyunmalı və təmizlənmə mərasimində iştirak etməlidirlər. Onlara adadan bir şey götürməyə və bu adada etdiklərini söyləməyə icazə verilmir. Okinoşima adasına qadınların gəlişinin qadağan olunması səbəbi tam olaraq bilinmir, bəzi mütəxəssislərin fikrincə, Şinta torpağının qanı "pis" olaraq qəbul etməsi və qadınların menstruasiya zamanı adanı çirklədiklərinə inanıldığı üçün alınmırdılar. Digər tərəfdən, məbəd rəsmiləri bu iddianı rədd edərək, dəniz gəmilərinin qədim dövrlərdə təhlükəli olduğunu və insan nəslini davam etdirən qadınların qorunmaq üçün adaya getməmələrinin və bunun bu günə qədər bir ənənə olaraq qaldığını bildirmişlər. [1]
UNESCO namizədliyi
2009-cu ildə Okinoşima adası və Munakata bölgəsindəki bağlı ərazilər üçün namizədliyi çərçivəsində UNESCO-nun Dünya Mədəni İrsinin müvəqqəti siyahısına daxil edilmişdir. [2] 9 iyul 2017-ci ildə Polşanın Krakov şəhərində keçirilən 41-ci sessiyada adanın UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi qərarı alındı.[3] [4]Okinoşima yerli sakinləri adanın UNESCO-nun siyahısına daxil edilməsinin adanın müqəddəsliyinə və turizmin artacağına dair narahatlıqlarını ifadə etdilər. Munakata Taişadakı baş rahib Takayuki Aşizu "Okinoşima UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil olub-olmamasından asılı olmayaraq ictimaiyyətə yayılmayacaq və insanların maraq səbəbi ilə ziyarət etməmələri olduqlarını bildirdi".[5]
Həmçinin bax
İstinadlar
- Alistair Coleman. "Men-only island set for UNESCO World Heritage status" (İngilis). bbc.com. 8 may 2017. 13 May 2017 tarixində arxivləşdirilib.
- "Okinoshima Island and Related Sites in Munakata Region" (ingilis). unesco.org. 5 yanvar 2009. 2017-01-29 tarixində arxivləşdirilib.
- "Japonya'da 'kadınlara yasaklı' ada, UNESCO Dünya Miras Listesi'nde" (türk). sputniknews.com. 10 iyul 2017. 2017-07-10 tarixində arxivləşdirilib.
- "Sacred Island of Okinoshima and Associated Sites in the Munakata Region" (İngilis). unesco.org. 2017-08-04 tarixində arxivləşdirilib.
- Ryo Hashimoto. "'Sacred' men-only Japanese island to make UNESCO bid, but locals fear tourism" (İngilis). japantimes.co.jp. 12 yanvar 2016. 2016-03-18 tarixində arxivləşdirilib.