Okavanqo çayı
Okavanqo çayı (Anqola ərazisində Kubanqo) — Afrikanın cənub-qərbindən axan çay. Cənubi Afrikanın çay sisteminin uzunluğuna görə dördüncüsüdür. 1600 km uzunluğa malikdir. Orta su sərfiyyatı 475 m³/s-dir. Öz başlanğıcını Anqoladan götürür və burada Kubanqo adlanır. Cənub hissədə Anqola və Namibiya ilə sərhəddən axır. Sonradan Botsvana ərazisinə axır.
Okavanqo çayı | |
---|---|
Ölkələr | |
Mənsəbi | Okavanqo deltası |
Uzunluğu | 1600 km |
Su sərfi | 500 ± 0,001 m³/s |
Hövzəsinin sahəsi | 800000 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Okavanqo nə dənizə, nə də gölə tökülür. Labirintvari şəkildə hərəkət edərək çayın 95 % Kalaxari səhrasının şimal-qərbində yoxa çıxır. Bu ərazini Okavanqo deltası adlandırırlar. Bu dünyada sahəsinə görə ən böyük deltalardan biridir. Deltanın sahəsi 15 000 km² təşkil edir.
Nadir hallarda çay suyunu Nqami gölünə çatdırır. 15-20 il ərzində çay suyunu Makqandikqadi çökəkliyinə çatdırır. Bura bir neçə min il öncə böyük göl ərazisi olmuşdur.
Okavanqo hövzəsində Moremi qoruğu yerləşir. Bura zəngin təbiəti ilə seçilir.
Mənbə
- Okavango River: the Flow of a Lifeline
- Safari in the Delta Arxivləşdirilib 2007-06-02 at the Wayback Machine
- Map of the Okavango River basin at Water Resources eAtlas
- Map of the Okavango Delta at RhinoAfrica
- OKACOM Homepage
- OKACOM's EPSMO Project Arxivləşdirilib 2015-09-21 at the Wayback Machine
- Botswana destinations
- Okavanqo çayı