Ofis paketi

Ofis paketi (İnteqrallaşdırılmış paket) — müxtəlif funksiyaları yerinə yetirən proqram komponentlərini özündə birləşdirir.

Müasir inteqrallaşdırılmış tətbiqi proqram paketinə (TPP) mətn prosessoru, elektron cədvəl, qrafiki redaktor, verilənlər bazası idarəetmə sistemi (VBİS) və s. daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi, faylların eksport-importu, kalkulyator, təqvim, proqramlaşdırma sistemləri də daxil edilir. Bu cür paketlərə misal olaraq Microsoft Office, FrameWork, Ashampoo Office 2010 və s. göstərmək olar.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.