Odinin Vəhşi ovu

Odinin Vəhşi ovu (norv. Åsgårdsreien, bukv. Asqard gəzintisi) — Peter Nikolay Arbo tərəfindən 1872-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri skandinav folklorunda olan Vəhşi ovu təsvir edir və Yohan Sebastiyan Velhavn tərəfindən yazılmış bir şeir əsasında çəkilmişdir. Rəsm əsəri Norveçin paytaxtı olan Oslo şəhərində yerləşir Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyinin kolleksiyasında saxlanır.

Odinin Vəhşi ovu
norv. Åsgårdsreien
Rəssam Peter Nikolay Arbo
Tarixi 1872
Üslubu mifologiya rəssamlığı[d]
Texnikası Yağlı boya
Ölçüləri 165,5 sm × 240,5 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyi
Saytı Nasjonalmuseet Collection online
İnventar nömrəsi NG.M.00258
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəmin

Rəsm əsəri skandinav folklorundakı Vəhşi ov mövzusuna əsaslanır. Skandinav ənənəsinə görə, Vəhşi ov tanrı Odin ilə bağlıdır. Bu hadisə Qış fəslində səmada keçirilən dəhşətli bir mərasimdan ibarətdir və gizlənməyə yer tapa bilməyən bədbəxt insanların oğurlanması ilə nəticələnir.

Norveç ənənəsinə görə, tanrı Odindən başqaları da ovun rəhbəri ola bilər. Bunlara Lüssi və Quro Rısserov kimi şəxsiyyətlər aiddir.[1] Folklorşünas Kristin N. F. Ayk mövzunun mənşəyinin Avropa ənənələrindən gəlməsini irəli sürmüşdür. Vaxtilə Milad bayramı zamanı gənc, evlənməmiş kişilər maska geyinib mərasim keçirərmiş.[2]

Odinin Vəhşi ovu. 1868-ci il. Yağlı boya ilə çəkilmiş rəsm əsəri. 169 × 241 sm.

Peter Nikolay Arbo (d. 1831 – ö. 1892) erkən XIX əsr romantiklərindən ilhamlanaraq german-skandinav mifologiyasına maraq göstərmiş son dövr romantik skandinav rəssamlarından idi. Bu dövrün ən tanınmış rəsamları norveçli Arbo, habelə isveçli Morten Eskil Vinge (d. 1825 – ö. 1896) və Yohan Avqust Malmsrtöm (d. 1829 – ö. 1901) idi.[3] Onlar Adam Qotlob ElenşlegerNikolay Frederik Severin Qrundtviq kimi dövrün yazıçıları ilə birlikdə mifik rəsm əsərlərini gerçək tanrıların təsviri yox, etik alleqoriyalar hesab edirdilər.[4] Vəhşi ov mövzüsu Yakob Qrimm tərəfindən populyarlaşdırılmışdı. O, müəllifi olduğu "Alman mifologiyası" (1835) kitabında bunu şeytani bir hadisə olaraq adaptə edilmiş, xristian dövrünə gəlib çatmış bir paqan elementi kimi təqdim etmişdir. Arbonun əsərləri ilə tanış olduğu Yozef fon FürixRudolf Henneberq kimi XIX əsr rəssamları onsuz da bu mövzuya toxunmuşdu.[5] Arbonun Norveç folklorşünası Peter Kristen Asbyörnsenin Vəhşi ov ilə bağlı yazdıqlarını oxuduğu təxmin edilir.[6] Arbo Vəhşi ov mövzusunda ilk yağlı boyalı rəsm əsərini 1868-ci ildə çəkmişdir.

Mövzu və tərkibi

Rəsm əsəri havada uçaraq qaranlıq səmada hərəkət edən süvarilərdən təşkil olunmuş bir ovçu dəstəsini təsvir edir. Onların ətrafında zəmindəki buludlardan çıxan qara qarğalar var. Öndəki ağ rəngli atdan başqa bütün atlar qara rənglidir. Ovçu dəstənin önündə gedən dəbilqəli bir kişi[lower-alpha 1] və iki açıq döşlü valkiriyadır. Ovçuların qalanları kişidir. Dəstədə əlavə olaraq, ələ keçirilmiş üç çılpaq qadın var. Dəstə üzvləri nizə, ox və qılınc kimi alətlərlə silahlanıblar. Öndəki iki kişi başlarının üzərində gön geyiniblər. Bu da onların berserk olduqlarını göstərir. Ova dəstənin daxilindəki tanrı Tor öndərlik edir. O, mindiyi iki keçi tərəfindən çəkilən döyüş arabası ilə daha hündürdə görünür. Tor burada tacını geyinib və döyüş çəkicini göyə qaldırır.[7]

Odinin Vəhşi ovu 1872-ci ildə Paris şəhərində çəkilmişdir. Rəsm əsəri Yohan Sebastiyan Velhavnın "Asqard gəzintisi" (norv. Åsgårdsreien) şeiri əsasında çəkilib. Şeirin giriş hissəsində "qaranlıq hava boyunca köpüklənən bir qara atlar qatarı qaçır" yazılmışdır.[6] Şeir Milad bayramında keçirilən bir toydan bəhs edir, hansı ki, Vəhşi ovun ziyarəti ilə şiddətlənir. Rəsm əsərinin tərkibi quruluşu diaqonal hərəkətləri ilə Arbonun "Stiklestad döyüşündə Müqəddəs Olaf" rəsm əsərinə bənzəyir.[8] Başqa bir vizual təsir Yohan Avqust Malmström tərəfindən çəkilmiş "Brovalle döyüşü" (isv. Bråvallaslaget; 1860–1862) rəsm əsəridir. Burada qədim skandinav tanrıları döyüş meydanından yuxarıda, səmada təsvir olunmuşdur.[5] Mifik mövzulara davranış tərzi İohann İoahim Vinkelmanın mövqeyi ilə eynidir. Onun fikrinə görə, german tanrıları Yunan-Roma mövzularına uyğun olaraq təsvir olunmalıdır. Nəticədə, Arbonun təsvir etdiyi Tor bir tac geyir və onun çəkici tarixi skandinav təsvirlərindən fərqlidir. Buradakı valkiriyalar yarı çılpaqdır və səliqəsiz saçları var, halbuki qədim skandinav şeiriyyətində onlar yığılmış saçlı olaraq təsvir olunublar.[8]

Populyar mədəniyyətdə

İsveç metal musiqi qrupu "Bathory" Arbonun rəsm əsərini "Blood Fire Death" (1988) musiqi albomunun üzlüyü kimi istifadə etmişdilər. Bu, Vəhşi ov mövzusunu metal musiqidə populyar mövzuya çevirmişdir.[9]

Qeydlər

  1. Bu kişinin Ziqfrid olduğu güman edilir.[7]

Mənbə

İstinadlar

  1. Løwe, 2012. səh. 40–44
  2. Løwe, 2012. səh. 4–5
  3. Ljøgodt, 2012. səh. 157
  4. Ljøgodt, 2012. səh. 161
  5. Ljøgodt, 2012. səh. 160
  6. Lerberg, 2014
  7. Huvaere, 2018. səh. 40–41
  8. Huvaere, 2018. səh. 44
  9. Heesch, Kopanski, 2017. səh. 29–30

Ədəbiyyat

Heesch, Florian; Kopanski, Reinhard. Klang - Text - Bild: Intermediale Aspekte der Black Metal-Forschung // Chaker, Sarah; Schermann, Jakob; Urbanek, Nikolaus (redaktorlar ). Analyzing Black Metal - Transdisziplinäre Annäherungen an ein düsteres Phänomen der Musikkultur (German). Transcript Verlag. 2017. ISBN 978-3-8376-3687-1.
Huvaere, Dani Kathleen Barrett. The Wild Hunt for Norway: Peter Nicolai Arbo and Artistic Hybridity in the Nineteenth-Century (Master). Montana State University. April 2018.
Lerberg, Ellen J. Highlights. Art from Antiquity to 1945. Nasjonalmuseet. 2014.
Ljøgodt, Knut. "'Northern Gods in Marble': The Romantic Rediscovery of Norse Mythology". Romantik. Aarhus University Press (1). 2012. ISBN 978-87-7124-339-0. ISSN 2245-599X.
Løwe, Hilde. Åsgårdsreia : en studie av folkelige forestillinger på 1800- og 1900-tallet (Master) (Norwegian). University of Oslo. 2012.
Reed Thomsen, Ingrid. "Peter Nicolai Arbo". Norsk kunstnerleksikon (Norwegian). 3 July 2013.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.