Occam
Occam – paralel proqramlaşdırma üçün yüksək səviyyəli, prosedurlu dil. 1980-ci illərin başlanğıcında işlənib hazırlanıb. 14-cü əsr ingilis filosofu Okkamlı Uilyamın şərəfinə adlandırılıb. Occam dilinin təməl anlayışı hesablama prosesidir; prosesin əsas xarakteristikası ondan ibarətdir ki, o başladıla və sona çatdırıla bilər. Bu dildə bir neçə sadə proses təyin olunub: mənimsətmə prosesi, kanal vasitəsilə giriş və çıxış prosesləri (? və ! simvolları ilə göstərilir), SKIP və STOP formal prosesləri (birinci dərhal sona çatır, ikinci isə heç vaxt), taymerin və taymer ləngiməsinin oxunması prosesləri. Qalan bütün proseslər isə öncə təyin olunmuş proseslərdən iyerarxik qurma vasitəsilə alına bilər. Bu məqsədlə Occam dilində bir sıra proses konstruktorları vardır: SEQ (proseslərin ardıcıl yerinə yetirilməsi prosesini təyin edir), PAR (proseslərin paralel yerinə yetirilməsi prosesini təyin edir), eləcə də IF şərti proses, WHILE dövri proses, ALT proseslərin seçilməsi prosesinin konstruktoru. Mövcud qaydalara görə SEQ və ya PAR tipli mürəkkəb proses o zaman sona çatmış hesab olunur ki, onun təşkil edən bütün proseslər sona çatmış olsun. Proseslərə adlar verilə bilər və parametrlər verilməklə adına görə çağrıla bilər.
- Occam dilində proqram nümunəsi
ALT count1 < 100 & c1 ? data SEQ count1 := count1 + 1 merged ! data count2 < 100 & c2 ? data SEQ count2 := count2 + 1 merged ! data status ? request SEQ out ! count1 out ! count2
Ədəbiyyat
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.